Kulis.az “Əsl kino” layihəsində Marko Belokkyonun “Dayə” və Patris Şeronun “İntim” filmlərini təqdim edir.
İtalyan rejissoru Marko Bellokyonun “Dayə” filmi 1999-cu ildə ekranlara çıxıb. Və 52-ci Kann festivalının əsas müsabiqəsində iştirak edib.
Süjet: Mori (Fabritsio Bentivolyo) nüfuzlu psixiatrdır, mehriban ailəsi var. Onun arvadı Vittorio (Valeriya Bruni Tedeski) dünyaya oğlan uşağı gətirir. Ancaq uşaq anasına isinişə bilmir. Buna görə Mori Anneta (Maya Sansa)adlı sadə kəndlini dayə tutur. Mori onunla müqavilə bağlayır ki, Anetta bu müddətdə öz körpə oğlunu görə bilməyəcək, ancaq onun körpəsi ilə məşğul olacaq. Anetta pul müqabilində bununla razılaşır. Və qadın körpə ilə doğmalaşdıqca Vittorio depressiyaya düşür. O, hətta ərindən dayənin qovulmasını istəsə də əri razılaşmır. Günlərin brində Vittorio evdən gedir. Mori isə təsadüfən öyrənir ki, Anetta müqavilənin bəndləirini pozaraq oğluna gizli süd verirmiş.
Marko Bellokyo “Dayə” filmini itayan yazıçısı Luici Pirandellonun eyniadlı hekayəsi əsasında çəkib. Xəstələrini uğurla müalicə edən psixiatr öz evindəki problemi çözməkdə acız qalır və çıxış yolu tapa billmir. Çünki hər bir mürəkkəb vəziyyət yeni həyat təcrübəsidir, fərqli emosiaylardır və onun öhdəsindən gəlmək üçün çox hallarda qazanılmış təcrübə, praktika, öyrənilən nəzəriyyələr yetmir. Başqa bir məqam insan psixikasını, ruhunu öyrənən professor Morinin sinikcə sadə kəndli qızını satın almaq istəyidir. Gedişatda bəli olur ki, Anetta savadsız, aşağı təbəqəyə malik olsa da, onun zəngin, özünəməxsus dünyası, güclü iradəsi və o, pul müqabilində övladını atmır. Və savadsız Anetta mərhəməti, xarakteri ilə professora bir həyat dərsi verir.
Fransız rejissoru Patris Şeronun “İntim” filmi 2001-ci ildə Berlin kinofestivalında “Qızıl Ayı” mükafatna layiq görülüb.
Süjet: Hadisələr Londonda baş verir. Cey (Mark Raylens) barmendir, bir neçə il əvvəl ailəsindən ayrılaraq tək yaşayr. Onun həyatı boşdur, sıxıcıdır, sevgisizdir və həyəcanlı nəsə baş vermir. Digər qəhrəman Kler (Kerri Foks) aktrisadır, o, ərdədir və bir oğlu var. Kler və Cey hər çərşənbə görüşürlər və sekslə məşğul olurlar. Onlar bir-birinin adını bilmirlər. Çünki qəzetdə anonim elan vasitəsilə tanış olublar. Günlərin birində Cey qadın haqqında hər şeyi öyrənmək istəyir. Və bunun üçün onu izləyir...
Almaniya, Fransa, İngiltərə və İspaniyanın birgə istehsalı olan “İntim” filmi ingilis yazıçısı Hanifa Kureyşinin eyniadlı romanı əsasında ekranlaşdırıb. Kureyşinin atası pakistanlı, anası ingilisdir.
“İntim”qadın-kişi münasibətlərini ailə müstəvisində araşdıran psixoloji dramdır. Filmin yarısınadək qadının kimliyi haqda məlumatsız qalırıq. O vaxta kimi rejissor bizi kişinin keçmişi, yaşayışı ilə tanış edir. Sonra müəllif tədricən seyrçini qadınla tanışlığa hazırlaşdırır. Onları gündəlik həyatın sıxıntısı, sevgisizlik, ümidsizlik, qəlbin tənhalığı birləşdirir. Cey və Klerin danışmadan, susaraq intim münasibətdə olması, vəhşi istəyə əsaslanan seksi sevgiyə çevrilir. Cey Klerlə davamlı münasibəti isətəsə də qadın imtina edir. Çünki bu münasibətlərin də nə vaxsta hər şey kimi kimi ətalətə sürüklənmək qorxusu qadını narahat edir. O, bir- birini yaxından tanıdıqca, qarşılıqlı tələblərin ortaya çıxacağından və bunun hissləri öldürəcəyindən ehtiyatlanır.
Seks münasibətləri yaxın planlarda, təfərrüatı ilə, natural təsvir olunur. Fəqət, zərrə qədər də bayağı görünmür. Çünki seks qadın və kişinin ruh halına- kədərinə, yorğunluğuna, tənhalığına, vücudlarından axıb gələn ekzistensial ovqata qarışır. Patris Şero Cey rolunu məşhur ingilis aktyori Qari Oldmana təklif etsə də, o imtina edib. Buna səbəb filmdəki intim səhnələrin həddən artıq açıq göstərilməsidir.