Xaç çevirən ağac - Şərif Ağayardan haykular

Xaç çevirən ağac - Şərif Ağayardan haykular
21 fevral 2015
# 12:00

Kulis.az Şərif Ağayarın “Haykular”ını təqdim edir.

Dostum Qismətə həsr edirəm

1.

Divara söykənmiş
qırıq və tozlu şüşədə
günəşin əksi

2.

Qəfil bir damcı düşdü
yarpağının üstünə
diksinib ətrafa boylandı yaşlı çinar

3.

Külək xoş xəbər gətirib
pıçıltıyla biri-birinin qulağına
nəsə deyir qovaqlar...

4.

Çay nə eşidibsə
qarşısına çıxanı
qucaqlayıb öpür

5.

Səhər alatoranlığı
düzənlikdə yuxuya getmiş kənd
səsini içinə qısmış dağ çayı...

6.

Çovğun
qorxudan xaç çevirir
cavan armud ağacı

7.

Həqiqətin dalınca düzü-dünyanı dolaşan münzəvi
onu bir söyüdün kölgəsində tapdı:
- ağac kimi məsum və təmənnasız olmaq...

# 1104 dəfə oxunub

Müəllifin son yazıları

# # #