Karantində nəğmə dərsi

Karantində nəğmə dərsi
9 iyun 2020
# 11:35

Sənətin qeybdən gələn səs kimi, hənirti kimi heç vaxt görünməyən, izah olunmayan, şair demiş, şərhi-bəyana sığmayan bir yanı vardır.

Eşidirsən, duyursan, di gəl yazıb-yaradıb ifadə etməyincə heç kimə başa sala bilmirsən.

Mətnin alt qatından, "varağın o üzü"ndən, bəlkə də müəllifin yaddaşından, taleyindən, lap belə ruhunun cövhərindən süzülüb gələn o səsin adını şərti olaraq nəğmə qoymaq olar.

Nəğmənin varlığını qəbul etdik-edəli insanlıq gözümüz önündə iki yerə bölünür:

Nəğməsi olan adamlar
Nəğməsi olmayan adamlar

Birincilər o nəğməni eşitdirdiyi, ikincilər ona ehtiram bəslədiyi qədər dəyərlidir.

Böyük insanlıq adına başqa seçim yoxdur.

Dünyada nəğmədən daha gözəl, onu duyub-dəyərləndirməkdən daha müqəddəs heç nə yoxdur.

Nəğmə həm də hər cür şərə, pisliyə qarşı içimizdə parlayan müqavimət işığıdır.

Bəşəriyyət zaman-zaman ölümün özünə də nəğməylə meydan oxuyub.

Min illərin bu üzünə nəğmədən başqa bir şey qaldımı?

Tanrı bizi nəğməsiz qoymasın.

# 3897 dəfə oxunub

Müəllifin son yazıları

# # #