Zamiq konsert verəcək

Zamiq konsert verəcək
20 oktyabr 2017
# 12:08

Müğənni Zamiq Hüseynov noyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında canlı konsert proqramı ilə çıxış edəcək.

APA-nın məlumatına görə, “Kaman” adlanan konsertdə Zamiq öz ifasında populyarlıq qazanan mahnıları ilə yanaşı, görkəmli bəstəkarlar Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev, Cahangir Cahangirov və digər bəstəkarların unudulmaz mahnılarını ifa edəcək.

Müğənnini Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edəcək.

Konsertin informasiya dəstəkçiləri APA, APA.TV, Lent.azVesti.az-dır.

# 1082 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #