Uzun su, Maydanuçan, Devin deşiyi… – Laçının sirli yer adları

Uzun su, Maydanuçan, Devin deşiyi… – Laçının sirli yer adları
18 may 2021
# 13:07

Aşağıda təqdim etdiyim adlar kəndimizin (Laçın. Ağbulaq) ətrafındakı yerlərin adıdır... Bu adları laçının işğalından 21 il ötən vaxt - 2013-cü ildə yazmışdım. Yaza-yaza düz 21 ildən sonra o yerlərə bir də qayıtmışdım. 28 il sonra isə özümə Laçını ziyarət eləmək qismətim oldu. Bu gün - Laçının işğal günü - hansı ki, öz təqvim əhəmiyyətini itirib - Laçının azad olan bu yerlərinin adlarını paylaşmaqla bir daha o doğma yurduumuzu xatırlamağı lazım bildim.

Umarım, bu gün bu adların qəribə enerjisi sizi də öz aurasına alacaq. Həm də adları çəkildikcə o yerlərə agah olacağınıza mistik inam bəsləməkdəyəm. Bu sözlərin daşıdığı enerji təsadüfi ola bilməz!

Buyurun, oxuyun.

Uzun su

Qıqqının daşı

Çapıq daş

Çöplügöl

Yaş çökək

Hasarlar

Gep qaya

Yumru daş

Dərin dərə

Devin deşiyi

Soyuq bulaq

Sarı yolaq

Camal yurdu

Sünnət yaylağı

Lülpər

Qəhrəmanbəy təpəsi

Abadxeyir dərəsi

Ata yerinin qayası

Gülarənin armudu

Aşağakı tələ

Yalın başı

Bulağın gözü

Xudu çökəyi

Təpəl bulaq

Göy döş

Elçıxan

Sulaf

Kərimuçan

Xurşudun gölü

Gum gum

Gülənbərin piri

Qatardaş

Çömçələr

Qaracanın taxtaları

Salıbın yurdu

Çayqovuşan

Qaranlıq

Məcnun qayası

Əsli-Kərəm bulağı

Quyu çökəkləri

Şırran

Şorruq

Möhübün bulağı

Möhübölən

Qədir bəyin təpəsi

Qaçaq gölü

Yumurtalı bulaq

Orduxanın kahası

Çalın başı

Bəxşalının ağacı

Əzizin körpüsü

Novçalı

Farmaş təpə

Dəmirçi

Mıxtökən

Oyuqlu

Quşxana

Axtalıq

Qızılboğaz

Sağsağanlı dağ

Ayı qalağı

Qurdqapan

Xıdırın xəndəyi

Atlı bulağı

Cinli qaya

Şahbəndənin ağacı

Matəm

Qırcanın gölü

Nəzərin təpələri

Suvat

Xırdalar

Uzun yal

Qəmmaralı

Duzlu yal

Şomulu göl

Üçgöllər

Zeynəbin barığı

Faqqanın gölü

Əriməz

Ordil

Gaz

Zərəxanın suyu

Axarın başı

Dikin ayağı

Keçi çuxuru

Erməni qalaqları

Bəxtiyarın hasarı

Tubulğalı burun

Nurudüşən

Sultanheydər

Sallamalar

Ağ yoxuş

Tuğun altı

Gərdənə bulağı

Heydərin burunları

Ağcanın ağacı

Tanrıverdinin çöpləri

Bəxtiyarın sinəsi

Qarayıxan

Alıgedən

Kor bulaq

Hörümçəkli mağara

Qüzey qaya

Cilli göl

Cağar

Buzxana

Sıfanın bulaqları

Zığının tələsi

Qiblə qayası

Demyə göl

Maydanuçan

Susuz yurd

Dibək daşı

Məncə bəs edər...

# 6420 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #