Şərif Ağayardan bir cümləlik hekayə: Yelçəkən

Şərif Ağayardan bir cümləlik hekayə: Yelçəkən
5 fevral 2021
# 11:12

Kulis.az Şərif Ağayarın bir cümləlik hekayəsini təqdim edir.

Atamın gözləri də, qulaqları da tutulur, məndən yavaş-yavaş uzaqlaşıb səssiz-səmirsiz zülmətinə çəkilir, oğlum qulağında qulaqlıq baxışlarını smartfondan ayırmır, mən bu iki dünya arasında – ömrün yelçəkənində canımdakı yalquzaq üşütməsini dinləyə-dinləyə saç-saqqalımı ağartmaqla məşğulam.

# 4675 dəfə oxunub

Müəllifin son yazıları

# # #