Van Qoqun ən məşhur 10 əsəriSİYAHI

<b>Van Qoqun ən məşhur 10 əsəri</b> – <span style="color:red;">SİYAHI
30 mart 2019
# 18:04

Bu gün dünyaca məşhur holland rəssam Vinsent Van Qoqun doğum günüdür. Kulis.az bu münasibətlə “Rəssamın 10 əsəri” adlı layihədən Van Qoqun ən çox tanınan 10 əsərini təqdim edir.

Məşhur rəssam Vinsent Villem Van Qoq 30 mart 1853-cü ildə Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində anadan olub. 1869-1876-cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışıb. 1876-cı ildə İngiltərədə müəllim işləyib. Müəyyən dövrlərdə teologiyanı öyrənib, Belçikanın Borinaj şəhərində dini xadim kimi çalışıb. 1880-ci illərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında oxuyur, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edir.

1880-ci illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, "qəmgin" mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji problemlərə və gərginliklərə işarədir. 1888-ci ildə Van Qoq Arla gəlir. Məhz burada, o öz üslubunu tam formalaşdırır, işləmə stilini və təsvir metodlarını bütövlüklə yekunlaşdırır. Sanki, Arlda o metod axtarışlarını və üslub seçimi mərhələsini bitirib, yeni mərhələ işlərə başlayır.

Həyatının son illərində rəssamın gərgin iş rejimi, saysız maddi problemlər tez-tez stresslərə, depressiyalara, ruhi çatışmazlıqlara gətirib çıxarırdı. Son illər Arl, Sen-Remi və Ovür-sür-Uaz kimi ruhi xəstələr üçün xəstəxanalarda keçir ki, sonuncu xəstəxanada 1890-cı il 29 iyulda həyatını sui-qəsdlə bitirir. Ölüm ayağında, qardaşı Teo onun yanında olur və bu sözləri eşidir: "La tristesse durera toujours" ( Qəm daim davam edəcək).

Van Qoq müasirləri tərəfindən birmənalı şəkildə qarşılanmayıb. Ümumilikdə, impressionizmə və daha sonra post-impressionizmə həmin dövrdə müxtəlif baxışlar var idi. Ümumilikdə Van Qoq 2000-dən artıq şəkil, eləcə də 3000-ə yaxın rəsm çəkib, onlardan ən məşhurları həyatının son iki ilini əhatə edir.

Qeyd etmək lazımdır ki, bu iki il stresslərlə, qulağını kəsməsi və yaxın dostu, rəssam Pol Qogen ilə ayrılması kimi hadisələrlə müşayiət olunub. Van Qoqun qardaşı ilə məktublaşmaları epistolyar janrın ən ciddi nümunələrindən sayılır. Bundan başqa İrvinq Stounun “Yaşamaq yanğısı” əsəri Vaqn Qoqun həyatından bəhs edir.

2017-ci ildə çəkilən “Sevgiylə, Vinsent” filmi başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir. Film Van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir.

1. Ulduzlu gecə, 1889

2. Günəbaxanlar, 1888

3. Süsən çiçəkləri, 1889

4. Doktor Qaşenin portreti, 1890

5. Terrasdakı kafe gecə vaxtı, 1888

6. Sarğı dolanmış qulaqla avtoportret, 1889

7. Katrof yeyənlər, 1885

8. Arlda yataq otağı, 1888

9. Buğda zəmisi və sərvlər, 1889

10. Çiçəkləyən badam budaqları, 1890

# 28030 dəfə oxunub

Oxşar xəbərlər

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

"Yüz ilin tənhalığı"ndan "Əsrin qolu"na - Cənubi Amerika futbolunun magik realizmi

12:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər