"Bacanaq" serialının ulduzu: “Yeni yazarlarımızdan heç kimi tanımıram”

"Bacanaq" serialının ulduzu: <span style="color:red;">“Yeni yazarlarımızdan heç kimi tanımıram”
19 oktyabr 2015
# 10:51

Kulisin kitabla bağlı suallarını rejissor, ssenarist, aktyor Ramin Hacıyev cavablandırır.

- Nə oxumusunuz, nə oxuyursunuz?

- İndiyə qəbər çox kitab oxumuşam. Anacaq məni maraqlandıran əsasən psixoloji və psixoanaliz mövzularıdır. Ziqmund Freydi cox xoşlayıram. Son zamanlar kitab oxumağa vaxt tapa bilmirəm.

- Sizcə sənət adamı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Nəinki sənət adamları, ümumiyyətlə insan cəmiyyətdə yer tapması, özünə yer eləməsi və iz qoyması üçün mütləq savadlı olmalıdır.

- Məşhurların bir çoxu mütaliə etmir. Eyni zamanda aktyorlar sözü, vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Rejissorlar arasında da savadsızlıq halları çoxdur. Bu məsələyə nəcə baxırsınız?

- Savadsızlığa bizi SSRİ-dən və müstəqilliyə addım atma dövrlərində oxumamaq və ya ailə dolandırmaq prinsipi aparırdı. Bunların arasında indiki rejissorlar da, aktyorlar da var. Əslində onlar qınanılası deyil. O ki qaldı aktyorun danışığına - belə dəyək, necə bacarır elə də danışır (gülür). Hər aktyoru buna görə qınamaq olmaz. Hamı bir ağızdan ədəbi dildə, kitabla danışa bilməz axı.

- Türkiyə və Rusiyadakı sənət adamları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Rusiya və ya Türkiyə o cür təqdim olunur sadəcə.

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Əminliklə deyə bilərəm ki, indiki gənclər, yeniyetmələr, cavanlar çox kitab oxuyurlar və "bizim dövr" adamlarından daha da savadlıdırlar. Misal olaraq deyə bilərəm ki, mənim qızımın 15 yaşı var o, oxuduğu kitabları mən hələ də oxumamışam.

- Bildiyim qədərilə ssenarilər yazırsınız… Başqa nəsə yazırsınız? Şeir, hekayə, povest, məktub və s.

- Universitet vaxtlarından komediya janrına üstünlük vermişəm və ancaq komediya janrında ssenri yazıram.

- Yeni seriallarımızın bədii səviyyəsi sizi qane edirmi?

- Yeni seriallarımızın səviyyəsini nəyəsə nisbətdə ölçmək olar. Demək olmaz ki, bu səviyyəlidi bu yox. Niyə biz rayon ləhcəsi ilə danışan seriallara səviyyəsiz deyirik, ancaq Baki ləhcəsi ilə nümayiş olunana səviyyəli? Məntiq, O da ləhcədi, bu da. O da səviyyədi bu da. Tamaşaçının istədiyini verə bilsək - bu səviyyədi.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Yeni dövr Azərbaycan yazarlari ilə, demək olar ki, tanış deyiləm, ancaq tanıyıb adlarını unutduqlarım da var.

- Şeir əzbərləyirsiniz?

- Yeseninin və Puskinin şeirlərini əzbərləyərdim. Vaxt olsaydı… Onu da deyim ki, Səməd Vurgunu, Nüsrət Kəsəmənlini sevirəm. Ancaq əzbərləməyə vaxt yoxdu.

- Qabriel Markesi tanıyırsınız?

- Qabriel Markesin əsərləri əsasinda bir cox filmlərə baxmişan Akademiyada oxuyanda. Ancaq biri yadimda qalib – “Gəminin sonuncu səyahəti”. Bəlkə də saəhv dedim, hər halda bələ yadimda qalib.

- Həmid Hərisçini nəcə?

- Xeyr, tanımıram

- Sizcə, niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Belə deməzdim. 5 manata kitab alan da var və həmin kitabı alib o müğənnini dinləyən də. Əslində, ürəkaçan hal deyil.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Təbii ki, Qurani. İncili də elə-bələ...

- Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- İnşallah deməyim son olmaz (gülür). Mən oz ovladlarima deyirəm - savadlı insan hər şeyə qadirdir. Mütləq oxumaq, mütləq savadlı olmaq lazımdı. İndi getdi o zamanlar. İki diplomu ola-ola bazarda kartoşka satır. İndi savadlının həmişə yeri var.

# 1725 dəfə oxunub

Oxşar xəbərlər

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

"Biz onu ifşa etdik..." - Hüseyn Cavidin günahı nə idi?

09:00 16 yanvar 2025
Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

17:00 14 yanvar 2025
Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

Əli bəy Hüseynzadə sovet təhlükəsini rənglərlə necə ifadə etmişdi? - Tanrıverdi Əliyev

15:00 14 yanvar 2025
Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

Qayıdış - Şərif Ağayarın yeni hekayəsi

09:00 14 yanvar 2025
Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

Adadan əsirləri oğurlayan Sona xanım kim idi? - Nargindən reportaj

09:00 10 yanvar 2025
Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

Milyonçu yazıçımız - Heydər Əliyev onun kitabı haqqında nə demişdi?

09:00 8 yanvar 2025
#
#
# # #