“Əsir düşərgəsi”nin təqdimatı oldu – Xəbər-Reportaj

“Əsir düşərgəsi”nin təqdimatı oldu – <span style="color:red;">Xəbər-Reportaj
2 aprel 2019
# 18:38

- Siz Qarabəylidənsiniz?

- Yox, oğlum. Yuxarı sovxozdan.

- Hə. Siz tunellə keçdiz?

- Hə. Üç dənə maşınla.

- Bildim. Biz də ordan keçdik. Sizin maşın bizdən qabaqda gedirdi. Ən irəlidəki maşını vurdular.

Əslində, tədbir haqda xəbər yazısı belə başlamır. Sadəcə olaraq bu dialoqu yadda saxlayın. Bu, dostumuz Vüsalənin kitabının təqdimatında eşitdiyim dialoqdur. Əli kitablı insanlar bir-birinə yaxınlaşıb tanışlıq verir, bir-birini soraqlayırlar...

Aprelin 2-də “Gənclik Mall”da yerləşən Libraff kitab mərkəzində teleaparıcı, jurnalist Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabının imza günündəyik.

Kitab TEASS Press nəşriyyatında çap olunub və Qarabağ müharibəsində azərbaycanlı əsirlərin taleyindən bəhs edir. “Əsir düşərgəsi” Vüsalə Məmmədovanın Lent.az saytında apardığı eyni adlı layihədən ikinci kitabdır.

İlk olaraq Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu çıxış edir. Müəlliflə əməkdaşlıqdan kitabın yazılma prosesindən danışır. Müəllifdən və oxucudan psixoloji hazırlıq tələb edən kitabın müəllifinə öz doğma torpaqlarına qayıtmağı, kimsənin elə ağır xatirələr buraxacaq həyatının olmamasını arzu edir.

9 hekayənin - 9 talenin toplandığı kitabın qəhrəmanlarından bəziləri artıq vəfat edib. Bunu kitabın müəllifi Vüsalə Məmmədova söyləyir. Və kitabı açıb tanıyırmışıq kimi şəkillərini bizə də göstərir:

“Bu kitabın qəhrəmanlarından biri Nuranə tarix müəllimidir. Yaşadıqlarından sonra görmə qabiliyyətini itirib. Nuranə əsir düşəndə uşaq idi”.

Nuranənin nənəsinə yaxınlaşıram. Ağlıma yalnız bir sual gəlir:

- Sizin yaşadıqlarınızı nə unutdura bilər?

- Heç nə. Torpaqlarımızı geri alsaq ruhlar şad olar bircə. Mənim özümsə ölənə qədər olanları unutmayacam.

Xatırladaq ki, Qarabağ müharibəsinin əsirlərinin xatirələrinə əsaslanan “Əsir düşərgəsi” layihəsindən ilk kitab “Cəhənnəmdə böyük çığırtı” adlanırdı. Və hər iki kitabın bir ümumi qəhrəmanı var. Bu əsirlərin azad olunmasında böyük xidmətləri olan kitabda “Xilaskar mələk” adlandırılan “Qırmızı xaç” komitəsinin əməkdaşı Pyer Reyçeldir.

“Kitabı müharibədə öldürülmüş günahsız körpələrin ruhuna ithaf edirəm. Orada “Alça ağacının altındakı məzar” hekayəti var. Bu hekayəti səhnələşdirmək arzum var. Məqsədimsə bu tamaşa ilə beynəlxalq festivallara çıxmaqdır” – kitabın müəllifi əlavə edir.

Və “Əsir düşərgəsi” davam edir...

# 3564 dəfə oxunub

Oxşar xəbərlər

Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

14:20 26 avqust 2026
“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

12:40 26 avqust 2026
"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

16:00 25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

14:20 25 avqust 2026
“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?

16:00 24 avqust 2026
Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu  Madonna"

Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu Madonna"

14:20 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər