Ölüm ayağında çarpayısının zooparka aparılmağını istəyən qəhrəman

Ölüm ayağında çarpayısının zooparka aparılmağını istəyən qəhrəman
4 aprel 2014
# 07:45

Hər gün qəza, ölüm, müharibə, xəstəlik və s. kimi pis xəbərlər alırıq. Amma dünyada təkcə belə pis hadisələr olmur.

Kulis.az pozitiv xarakter daşıyan hadisələri təqdim edir.

1. Bütün həyatını Rotterdam zooparkında işləməklə keçirən 54 yaşlı Marioda xərçəng xəstəliyi aşkarlanıb. Ömrünün son günlərini yataqda keçirən Marionun son arzusu çarpayısının zooparka aparılması olub. Zoopark işçiləri zürafənin Mario ilə vida mərasiminin şəklini çəkiblər...

2. Amerikadan olan gənc ata Krisl Lou qızının itlə olan fotosunu paylaşıb. Ata yazır ki, əvvəlcə itin qıza nəsə edəcəyindən narahat idik. Sonra müşahidə apardıq, gördük ki, it sadəcə körpəni qorumaq məqsədi ilə bütün günü yanından ayrılmır. Körpəyə heç bir zərər vurmur.

3. Şəkildə gördüyünüz qız Brenna Martin bağçaya getməyə başlayarkən onun atası müəllimələrdən xahiş edib ki, bu dəftərə öz arzularını, fikirlərini yazsınlar. Qız böyüyür, kolleci bitirir. Bir gün atası bu sürpriz dəftərçəni ona hədiyyə edir. 13 il gizlin saxladığı və göstərmədiyi dəftərçəni. Qız dəftərə baxanda göz yaşlarını saxlaya bilmir.

4.

Videobloqqerlərdən biri evsiz Erikə kömək edib. Videoda bloqqer küçədə yaşayan bu qaradərili insana yaxınlaşıb ona pul verə bilmədiyini, amma lotoreya bileti verə biləcəyini deyir. Kişi əvvəlcə inanmır, itələyir gənci. Sonra bileti götürüb onunla birlikdə yoxlatmağa gedirlər. Və biletin 1 dollar udduğu “bəlli olur”. Yoxsul kişi gözyaşlarını saxlaya bilmir. Əslində isə bloqqer əvvəlcədən satıcı ilə razılaşmışdı ki, yalandan udduğunu desinlər və kişiyə 1000 dollar kömək etsinlər bu yolla. Video məşhurlaşdıqdan sonra insanlar həmin kişiyə kömək etdilər və 34 min pul yığıldı.

5. Onkologiya mərkəzinin sahibi Den. Həftədə iki dəfə bu adam xəstələrə kofe alır və öz əlilə aparıb verir.

6. Çinli Yu Xukanq arvadı ilə boşandıqdan sonra oğlu ilə tək yaşayır. Amma oğlunun ayaqları xəstə olduğuna görə yeriyə bilmir. Ata təhsil alması üçün hər gün oğlunu belindəki səbətdə 29 km uzaqda yerləşən məktəbə daşıyır. Valideynlər 9 il öncə - uşağın 3 yaşı olarkən boşanıblar. Ata deyir: “Mən oğlumun ayaqlarında problem olduğunu görürəm. Ancaq onun ağlında heç bir problem yoxdur”.

7. Bu balaca koalanı Avstraliyada şəhərdən kənarda tapıblar. Balaca varlıq o qədər zəif və köməksiz olub ki, insanlar onun üçün narahat olublar. Koalanı Culiya Jiznevski adlı şəxs götürüb, onu ailənin bir üzvü adlandıraraq evdə saxlamağa başlayıb. Culiya deyir ki, balacanı yedizdirmək çox çətindir.

8. “Makiyajsız selfi” flaşmobu 8 milyon funt pulun yığılmasına səbəb olub. Martın 18-də Fiona Kanniqem adlı şəxs Facebookda belə bir kampaniya başladıb. #nomakeupselfie haştaqı ilə yazan və özünün makiyajsız fotolarını paylaşan qızlar hər paylaşımın yanında 3 funt da bağışlayıblar. Beləliklə, xeyriyyə məqsədi ilə bu yolla xeyli pul yığılıb. Flaşmoba ABŞ ulduzları da qatılıb.

9. Qatarın pəncərəsindən sərnişinlər görüblər ki, bir fil balası deşiyə düşüb, çıxa bilmir. Onlar maşinistə xəbər veriblər, qatarı saxlayan maşinist filə kömək edib. Hadisə Hindistanda baş verib.

# 4412 dəfə oxunub

Oxşar xəbərlər

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

15:00 26 fevral 2026
Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

Əli bəy Hüseynzadə Azərbaycan dilini "kobud və kasıb" adlandırmışdı? - Yüzillik qalmaqalın pərdəarxası

12:00 26 fevral 2026
Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

Mən qanımı görmüşəm düşmənin qaşığında - Xocalı şeirləri

10:00 26 fevral 2026
Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

Öz kitabına təriflər yağdırdı, işdən qovuldu - Məşhur yazıçının böyük fırıldağı

17:00 25 fevral 2026
"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

"Nə vaxt ölsəm, məni Londonda basdırın, barı meyidim ingilislərdən..." - "Kəsişən eyhamlar” üsulu, yaxud klassik irsdəki sirli mətləblərin açarı

12:00 25 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər