Aydan Salahova: "İşimizi kişilərdən çox sevirik" MÜSAHİBƏ

Aydan Salahova: "İşimizi kişilərdən çox sevirik" MÜSAHİBƏ
26 mart 2013
# 02:11

Rəssam, heykəltaraş, videorejissor, performansist, diler, qalereya sahibi,müəllimə Aydan Salahova. O, incəsənətlə bağlı hər şeyi sınaqdan keçirməyə qərarlıdır. Daha doğrusu, çoxunu da sınaqdan keçirib.

“İnterviewrussia.ru” saytında isə məşhur model Naomi Kempellin Aydan Salahova ilə söhbəti yayılıb. Müsahibəyə həm də Aydan Salahovanın cəsarətli hesab edilə biləcək, açıq şəkilləri də əlavə olunub. Lent.az artıq sosial şəbəkələrdə müzakirə və mübahisələrə səbəb olan müsahibəni Azərbaycan dilində təqdim edir.

- Aydan, sənin atan tanınmış rəssam, çoxsaylı mükafatlar laureatı Tahir Teymur oğlu Salahovdur. Neçə yaşında atanın izi ilə getməli olduğunu hiss etdin?

-Təkcə atam yox, elə anam da rəssam olub. Uşaqlıqda mənə elə gəlirdi ki, bizim ailə belə qurulub: anamla atamın günləri nəsə çəkməklə keçir. Bundan başqa, atam SSRİ Rəssamlar İttifaqının birinci katibi idi. O, işgüzar görüşlərə gedəndə də elə yaracılıq emalatxanasında paltarını dəyişirdi. Düşünürdüm ki, onun əsl iş yeri oradır. Çünki o, orada pul qazanır. Bir çox səbəblərə görə rəssam olmağı qərara aldım. Burada mənim üçün heç bir təzad yoxdur. Həm incəsənətlə məşğul oluram, həm də qalereyanı idarə edirəm.

- Bəs oğlun necə?


- Təəssüf ki, oğlum nə iqtisadçı, nə də maliyyəçi oldu (gülür). O da arxitektordur.

- Sən özünü daha çox hansı sənətin sahibi hesab edirsən– rəssam, yoxsa qalereya sahibi?

- Mən 23 il ardıcıl olaraq hər iki rolda uğurla oyandım. Bu peşələrin fərqli tərəflərini öyrənmək üçün mənim yetərincə vaxtım oldu. Geriyə baxanda başa düşürəm ki, biznesə görə, yaradıcılıq karyerama elə də ziyan dəyməyib. Mənim ona həmişə vaxtım çatmayıb. Onda məmnuniyyətlə qalereyanı bağladım. Məni onsuz da hissiyat itkisi narahat edirdi.

- Bilirəm ki, sonucu sərginin açılışında sən tavandan ayparada endin.

- Türkcədən tərcümədə adımın mənası «ay işığıdır». Ona görə də düşündüm ki, bu daha maraqlı olar.


-Təəssüf ki, mən onu görmədim. Qorxmadın ki? Çox yüksək idi?

- Çox...


- Ümumiyyətlə, sən nədənsə qorxursan?

- Əlbəttə, məsələn, duş qəbul edəndə düşünürəm ki, birdən kimsə vanna otağına girər(gülür).

- Hətta ərim də gəlsə, o vəziyyətdə mən də qorxaram.


- Bir də sən yaxşı bilirsən, mən uçmaqdan qorxuram. Yadındadır, Romaya uçanda mən çox həyəcanlanırdım.


- Əlbəttə, xatırlayıram. Bir də deyirlər ki, sonuncu dəfə sərgidə nümayiş etdirdiyin görüntüdəki oğlanlar striptiz klubdandır. Bu, doğrudur?


- Hə, mən onları striptiz klubdan gətirmişdim. Hətta özüm də onlarla birlikdə rəqs etdim.


- Bu ideya necə yarandı?

- Çox sadə. Bir il öncə ad günümü həmin klubda qeyd etdim. Oradakı proqramda çadralı qadın yarıçılpaq kişi ilə rəqs edirdi. Klubun hazırladığı rəqs konsepsiyasına əsasən, kişilər qadınlar tərəfindən istismar olunur. Ona görə də biz qərara aldıq ki, o, tamaşanı təkrarlayaq. Bundan başqa, mən videonu çəkəndə üç gənc dəvət etdim – ağdərili, mulat və qaradərili.

- Aydan və onun gəncləri. Bilirsən nəyi xatırladım? Yadındamı, biz Florensiyada bir kilsəyə getdik. Sən onun tarixi barədə danışdın. Oradakı freskalar, ikonalar. Mənə elə gəlir ki, sən əsl tarixçisən. Çünki qaleriya açan, yaxud incəsəntlə maraqlananlar məsləhət üçün sənin yanına qaçır. Həmişə belə olub?

- 1990-cı illərin əvvələrində “yeni ruslar” əvvəlki, köhnə rəssamların əsərlərini almağa başladılar, müasir incəsənət barədə isə heç bir təsəvvürləri yox idi. İnsanların zövqünü dəyişməyə çalışmaq, onların başlarını aktual incəsənət “tezliy”inə yönləndirmək mənə maraqlı idi. Mən 1993-cü ildə Moskvada ilk dəfə Endi Uorholun əsərini satdım. Mənim köməyimlə Olqa Slutsker pop-artın əsasını qoyan ilk fərdi kolleksioner oldu. Mənim tövsiyyəmlə Umar Cabrayılov Rusiyada Aniş Kapurun işlərini alan ilk adam oldu. Sovet İttifaqında ilk qalereyanı biz açdıq və bu hamı üçün yenilik idi. Həmişə nəyisə ilk dəfə eləmək adama xoş gəlir. Sən ki, yaxşı bilirsən, mən incəsənəti puldan çox sevirəm və mənə diler olmaq çox xoşdur- əsərləri dünyanın bir yerindən başqa yerinə daşımaq və bunun müqabilində pul qazanmaq. Rusiya bazarı hələ çox cavandı, o 2000-ci illərin ortalarından daha aktiv inkişaf etməyə başlayıb. Çoxlu kolleksionerlər ortaya çıxıb, maliyyə vəziyyəti düzəlib, halbuki bu illər mənim üçün ən ümidsiz və darıxdırıcı illər idi.

- Sən mənim üçün zərif və həssas adam təsiri bağışlayırsan. Sənin sənətinə görə gərək belə də olsun. Bununla belə çox kobud və ağır materiallarla işləyirsən...

- Mən üç il öncə heykəltaraşlıqla məşğul olmağa başlamışam. Yavaş-yavaş daşlarla işləyib öyrəndim. İndi bütün işləri özüm görürəm. Daşlarla sevgi yaşayıram.

- Bu, səni rahatladır?

- Bəli, məhz elədir. Karrardan (İtaliyada məşhur mərmərlərin çıxdığı bir əyalətin adıdı-red) Moskvaya qayıdanda bir ay işləmirəm. Onda özümü çox pis hiss edirəm. Daşlar çox maraqlı materiallardır, rəssama üç ölçüdə özünü ifadə etməyə imkan verir. Bu vacibdir. İdeyana öz əlinlə toxunmaq möcüzədir.

- Layihəmizi müzakirə etmək üçün çox uğurlu şəraitdir. Az adam bilir ki, sənin heykəlin üçün mən də poz vermişəm. Bu asan deyildi. Mən modeləm, ancaq bu, başqa işdir. Sən birbaşa deyirdin: “mən istəyirəm, bu belə olsun”. Bizim heykəlimizi hamının görəcəyi günü gözləyirəm...

- İki aydan sonra hazır olacaq. Sənin fotonu çoxdan jurnallardan birində görmüşdüm. Onda sən özün mənə canlı, ideal bir sənət nümunəsi idin. Mövcud olan bir əsərin üzünü çıxarmaq çox çətindir. Nə qədər çalışsan da, əsli daha yaxşıdır.

- Sən niyə məhz italyan mərmərini seçdin? Çox baha görünür, ona görə xoşuna gəlib? Yoxsa bu daşla işləyəndə özünü Mikelancelo və ya başqa bir dahi kimi hiss edirsən?

- Bu daşdan sənə sözlə ifadə edə bilməyəcəyim qədər xüsusi bir şey hiss edirəm. Tarixin ruhunu.

- Mən sənin ilk “portretinəm”? Axı, sən başqaları ilə də çalışmısan.

- Mənim bir neçə heykəlim olub. Səninlə işləyəndə yeni texnikadan istiadə edirəm. Əvvəlcə modeli gillə yaradırdım, sonra artıq gipsdə bunu etməyə başladım.


- Çətin olanı nədir?


- Hamı bilir ki, Naomi necə görünür. Ən başlıca probelm budu. Ona görə də mən xarici görüşünün surətini çıraxtdım. Ondan sonra sənini xarakterini göstərdim. Yaxşı iş bütün yöndən şəxsiyyəti göstərməlidir. Texniki tərəfi isə daha mürəkkəbdir. Mən o heykəli qara mərmərdən hazırladım.


- Yadındadır, biz instaliyasiyanı birlikdə etdik?

- “Rəngli” performans?

- Hə, çox məzəli idi. Əvvəlcə öz-özümə dedim : “Aydan istəyir ki, mən kağızdan keçim. Yaxşı, bu çətin deyil. Bunu bacararam”. Ancan perormans zamanı çox qəribə hisslər keçirdim. Yaxınlaşanda kağız mənə kərpic divar təsiri bağışladı. Heç də nazik material deyilmiş.


- Sən addımladın və vərəqləri cırdın.

- Mən heç vaxt belə işləməmişəm. Doğrudan da yeni bir iş görmək qeyri-adi təcrübə qazanmaqdır. Allaha şükür ki, sən yalnız mənim heykəlimin başını gipsdən hazırladın. Əgər bütün bədənimi də gipsləsəydin, onda özümdə olmazdım. Bilirsən sənin heykəllərində nə xoşuma gəlir? Bu heykəllər tamaşaçını erotik baxımdan özünə cəlb edə bilir. Ötən il Venesiyada da sənin işinə qarşı ədalətsiz davrandılar…Bu haqda danış, nə olmuşdu orda?

- Kurator Beral Madra məni sərgidə Azərbaycan üçün ayrılmış pavliyonda iştirak etməyə dəvət etdi. Siyahı hələ yanvarda təsdiq olunmuşdu. Orda Mədəniyyət və Turizm Nazirliyi mənim iki işimi sərgidən çıxarmışdı. Onlardan biri “çadralı qadın” idi. Azərbaycanın səırf dini dövlət kimi tanıdılması istənilməmişdi. Digər iş isə “Qara daş” heykəli idi. Məkkədəki Qara daşın dəqiq surətini çıxarmışdım, amma “Qara daş”a göz yaşı damlası formasını əlavə etmişdim. Amma hesab etdilər ki, mən “Qara daş”ı müsəlmanları təhqir edəcək formada təqdim etmişəm. Sərginin açılışına iki gün qalırdı, buna görə də hər biri 2 ton ağırlığında olan əsərləri yığışdırmağa vaxt çatmadı, üstlərini ağ örtüklə bağladılar. Buna görə də qalmaqal yarandı. Bir həftə sonra isə həmin işləri oradan çıxartdılar. İtaliya pavliyonunun kuratoru Vittorio Sqarbi «Qara daş» əsərini öz sərgisinə qəbul etdi.

- Bu hadisə sən çox pis təsir etdi?

- Mən bütün tədbir boyu ağladım. Sən mənə dəstək oldun, başqaları isə qalmaqla görə təbrik edirdilər.

- Bu qalmaqlın müsbət tərəfi də var idi?

- Əlbəttə, işlərimin qiyməti anidən qalxdı. Mənimlə yeni adamlar maraqlanmağa başladılar.

- Belə başa düşdüm ki, sən Allaha inanmırsan...

- Yox. Mövcud dinlərin institutlaşdırılması xoşuma gəlmir. Mənim inamım teoloji sistemdən ötədir. Təbiət, kosmos…

- Bir tərəfdən sənin işlərində çoxlu etnik və şərq çalarları var. O biri tərəfdənsə heykəllərində təhrikedici amillər mövcuddur. Məsələn, heykəllərində sən fallosdan istifadə edirsən...

- Mən incənəsəti “azad ərazi” hesab edirəm. Son 20 ildə dünyada başa verənləri başa düşmürəm. Lap deyək ki, mən ateistəm, müəyyən məsələlərə öz baxışım var və bunu incəsənətdə ifadə etmək istəyirəm. Başqalarına mənfi təsir edəcəyinə görə mənə bunu etməyə qadağa qoyurlar. Niyə axı? Çağdaş incəsənəti başa düşmək üçün insanların müəyyən savadı, biliyi, geniş dünyagörüşü olmalıdır.


- Geniş dünya görüşü dedin. Çağdaş Rusiyada özünü necə hiss edirsən?


- Burada özünüifadə azadlığı yoxdur. Çağdaş incəsənətə olduqca mənfi münasibət bəsləyən xristian kilsəsi rus rəssamlarına qarşı müxalifətdədir. Kilsə bütün sərgiləri incəliyinədək yoxlayır. Dini tərəflər varsa və bunu bəyənmirlərsə, həmin əsərlərin sərgiyə çıxarılmasına icazə vermir. Əgər buina əməl etməsən, səni həbs edər, işlərinə qadağa qoyarlar. Yəni, çağdaş incəsənət üçün əlverişli şərait yoxdur. Məsələn , 10 ildir ki, Surikov adına Moskva Ressamlıq İnstitutunda dərs deyrəm, bu nə zamansa bəhrəsini verməldir. Mən qalereyamı tələbələrim üçün emalatxanaya çevrimişəm. Gəlib baxa bilərlər, biz nə iş görürük. Yaxud orada quraşdırılmış veb-kamera vasitəsilə baş verələri izləyə bilərlər.


- Ümumiyyətlə, incəsənət sahələrini gender prinsipləri ilə bölmək ədalətlidirmi?


- Axmaqlıqdır. Tamaşaçıya baxdığı əsəri qadın və ya kişinin yaratması önəmli deyil.


- Sən feministsən?


- Artıq postfeministəm (gülür).


- Qadına çağdaş dünyada incəsənətlə məşğul olmaq çətindir?


- Əlbəttə. Bu məsələləyə fərqli dövlətlərdəki tanınmış qadın rəssamlar, o cümlədən Marina Abramoviç, Luiza Burjua da toxunub. Çətinlki daha çox şəxsi həyatda olur. Ona görə ki biz işimizi kişilərdən çox sevirik. Belə bir halın da hansısa kişini razı salacağına inanmıram.


- Yuxu görürsən?


- Yox.


- Onda işlərinin ideyası hardan doğur?


- Çarpayıya uzanıb, televizora baxanda, ideyalar özü gəlir.


- Bu il üçün planın var?

- Əvvəla, sənin heykəlini bitirməliyəm. İkincisi, barəsində danışmaq istəmədiyim bir heykəl kompazisiyanı tamamlamalıyam. Heykəllər üçün yeni eskizlər çəkməliyəm. Fikrimcə, ilin sonunadək yeni layihələrim də olacaq.


- İsveçrədə «Art Basel»də, yaxud Mayamidə, ya da Venesiyada işlərinin sərgisi keçirilsəydi, çox gözəl olardı.


-Venesiyada? Heç bir halda.



- Yox. Sən mütləq Venesiyaya gedib, bu şəhəri ələ almalısan. Orada səni xeyli pərəstişkarın var. Elə götürək, keçən dəfə sən yardım etmiş cənab Vittirionu. Heç vaxt «heç vaxt» demə...

# 5726 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #