Roman nədi, povest nədi? - SORĞU

Roman nədi, povest nədi? - SORĞU
24 iyul 2015
# 14:46

Novella Award mükafatının təşkilatçıları yeni bir polemikaya start veriblər. Hekayə harada qurtarır, roman harada başlayır?

Təşkilat Komitəsinin rəhbəri Robert Qrahamın fikrincə 20 min söz hekayənin, 40 min söz isə romanın sərhədlərini müəyyən edir.

Lakin 2011-ci ildə Man Booker mükafatını qısa roman kateqoriyasında qazanan Culian Barnsın “Bir son duyğusu” romanı 43 869 sözdən ibarətdir. Yəni polemikalar hələ bir müddət də davam edəcək.

Təşkilatçılar isə yazıçıları Heminqueyin “Qoca və dəniz”i həcmində romanlar yazmağa həvəsləndirirlər.

Kulis Azərbaycan yazıçıları arasında roman janrının sərhəddi, povestlə romanın fərqi mövzusunda sorğu keçirdib.

Əkrəm Əylisli



- Hansı zaman gəlir gəlsin, “Anna Karenina”, “Karamazov qardaşları”, Floberin, Folknerin əsərləri öz yerində də qalacaq. Necə ki, Misir məbədləri yerində qalır və yanında daha modern tikintilər gedir. Sizə bir fakt deyim. Mənim sonuncu yazım vardı – “Dağlar deyir ki, soyuqdur”, Çingiz Hüseynov mənə dedi ki, bu romandır. Halbuki Çingiz Hüseynov da ənənəvi romanlar yazır. Mən heç o əsəri povest kimi də təqdim eləməmişdim. Hekayə kimi eləmişdim. İndi belə bir fikir atılıb ortalığa. Ola bilər ki, yaşasın, ola da bilər ki, yel kimi gəlib keçsin. Bir məsələ də var ki, indi “Hərb və sülh” kimi romanlar oxunmur. Cavanlıqda mən bir zülümlə oxudum. Dörd qalın kitabdır. İndi internet bu cür irihəcmli əsərlərin belini qırıb hardasa. İnformasiya aktivləşdi. Bu mənada mən də “Qoca və dəniz” kimi yığcam və gözəl romanların yazılmasını istərdim. Bu əsəri Markesin irihəcmli romanlarından aşağı tutmuram. Sözün qüdrəti onun həcmində deyil, daşıdığı mənəvi enerjidədi, təsir etmək qabiliyyətindədi. Bu mənada siz deyən tendensiya mənim ürəyimcədir əslində. Məncə də 140-150 min işarəlik roman mümkündür.

Etimad Başkeçid

- Müxtəlif mükafatların təşkilatçılarının yazıçıları qısa romanlar yazmağa təşviq etməsi başa düşüləndir – lakonik ifadə tərzi sadəcə trend deyil, bir növ tələbin doğurduğu təklifdir, o üzdən kommersiya cəhətdən də sərfəlidir. Romanla hekayə arasındakı fərqlər mövzusunda aparılan polemikalar isə, xüsusən də, onların həcmi ilə bağlı səsləndirilən mülahizələr, çox zaman predmetsizdir. Hekayə, iddia olunduğu kimi, ayrıca götürülmüş həyat epizodundan bəhs etməyə və yaxud roman epik xarakter daşımaya və ya polifonik xarakterə malik olmaya da bilər. Janrları çap işarələrinin sayı ilə müəyyənləşdirmək cəhdi lap gülməlidir. Bu, kommersiya maraqlarını hansısa mifik, efemer nəzəriyyələrlə pərdələmək cəhdidir. Ona görə də, yazıçılar əsərlərinin əvvəlində bunun hansı janrda yazıldığını heç qeyd etməsələr yaxşıdır. Necə ki, keçmişlərdə etmirdilər. Bu, ədəbiyyatşünasların işidir.

# 2400 dəfə oxunub

Oxşar xəbərlər

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

"Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır" - Anar Oğuz

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər