“Tütək səsi”nin Cəbrayılı əməliyyata pul tapmır

“Tütək səsi”nin Cəbrayılı əməliyyata pul tapmır
9 iyun 2014
# 08:00

İlk əməliyyatlarda ona “Qaraçı” filmindən qazandığı dostu Klara Luçkonun çox köməyi oldu. Mixay Volontirin xərçəng olduğunu eşidən kimi bankda hesab açdırdı və yığılan bütün vəsaiti onun əməliyyatlarına sərf etdi”.

Sinif müəllimliyindən aktyorluğa

Mixay Yermolayeviç Volontir 1943-cü il martın 9-da Moldovada anadan olub. Orta məktəbi bitirəndən sonra pedaqoji peşə məktəbində təhsilini davam etdirib. Hətta bir müddət kənddə ibtidai sinif müəllimi də işləyib.

Sonralar klub müdiri kimi fəaliyyətini davam etdirib. Elə həmin illərdə respublika özfəaliyyət baxış müsabiqəsində iştirak etməsi onu kino aləminə gətirib çıxarıb. Müsabiqədən sonra onu Moldova-Rus Musiqili Dramatik Teatrına dəvət edirlər. Tezliklə Mixay Volontir həmin truppanın tam hüquqlu aktyoru olur.

Onun kinoya çəkilməsi isə teatrda işləməyə başlamasından düz 10 il sonra baş tutur. 1967-ci ildə “Bu bir andır” filminə baş rola dəvət alan aktyor tipik Moldovan surətini - romantik, amma avara Mixay Adam obrazını oynayır. 1973-cü ildə isə çəkildiyi filmdə yaratdığı rol Moldovanın dövlət xadimi, alim-filosof, tarixçi, linqvist, I Pyotrun məsləhətçisi və yaxın dostu Dmitri Kantəmirin obrazı idi. Bu obraza görə Moldovanın Dövlət mükafatına layiq görülür.

1977-ci ildə çəkildiyi “Əsas diqqət mərkəzində” Sovet döyüşçü filmində Volontir həmkarı Boris Qalkinlə iki əsas qəhrəmanı bölüşürlər. Film sovet ordusunun geniş miqyaslı hərbi təlimlərindən bəhs edirdi. Bu ekran əsəri uşaqdan böyüyə bütün sovetlər birliyinin ürəyini fəth elədi. Tezliklə filmin ikinci bölümü “Cavab gedişi” altında ekranlara çıxdı.

Sevimli Budulay

Bütün bunlarla bahəm Mixay Volontir əsas populyarlığı “Qaraçı” serialındakı Budulay obrazı ilə qazandı.

Qaraçı Budulayın öz xoşbəxtliyi yolunda bütün əziyyətlərə tab gətirib mübarizə aparması tamaşaçının ona qarşı ümumi sevgisi ilə müşahidə olunurdu. Mixay Volontir Budulay obrazına elə daxil ola bilmişdi ki, bu gün də tamaşaçı onu Budulay kimi qəbul edir. Bu serialın uğur dalğasında onun ardı “Budulayın qayıdışı” çəkildi.

Şəkərin acısı

90-cı illərin əvvəli aktyor üçün çox məşəqqətli oldu. Onu kinoya çəkmədiklərinə görə yox, dəhşətli diaqnoza görə. Şəkərli diabet onun gözlərini sıradan çıxartmışdı. Aktyor demək olar ki, görmə qabiliyyətindən məhrum olmuşdu. Mixay Volontir ova getməyi xoşlayırdı. Gözlərinin müalicəsi üçün sevimli tüfəngini satmalı olanda onu qucaqlayıb xeyli ağlayıb.

Təqaüdü cəmi 30 dollar olan aktyor ağır əməliyyat üçün külli miqdarda vəsait tapmalı idi. Kütləvi İnformasiya Vasitələrinin bu informasiyanı xalqa yayması nəticəsində lazımi məbləğ toplandı. Xüsusən də Moskvadan onu sevən iş adamları bu işdə öncül oldular. Sankt-Peterburqda iki göz əməliyyatından keçəndən sonra Mixay Volontir doğma şəhərinə qayıtdı. Bu müddətdə onun yeganə qızından nəvəsi dünyaya gəlmişdi, aktyor onun üzün yalnız əməliyyatdan sonra görə bildi.

2003-cü ildə doğma teatrının səhnəsinə Yuli Sezar obrazı ilə çıxdı.

Son illər çəkildiyi “Çandra” adlı filmə görə XX əsr Moldova filminin ən yaxşı aktyoru seçildi. Moldova Respublikası mədəniyyətinə göstərdiyi xidmətə görə fəxri adı da var. SSRİ və Moldova respublikasının xalq artistidir.

Dünyanın bir çox ölkələrində müxtəlif filmlərə çəkilib. O cümlədən “Azərbaycanfilm” Kinostudiyasında. Rasim Ocaqovun “Tütək səsi” filmində oynadığı Cəbrayıl obrazı onu Azərbaycanda da sevdirib. Təbii ki, bu işdə onun səsini dublyaj edən Şahmar Ələkbərovun da xidməti az deyil, amma aktyor özü də azərbaycanlı obrazının öhdəsindən ustalıqla gəlib.

Bağ, maşın, tüfəng - hamısı xərçəngin güdazına getdi

Şəkərli diabetin fəsadlarından yenicə qurtulub sağlam həyata qayıtmışdı ki, bir gün Mixay Volontir servimli itini yedirtmək üçün teatrdan tələsik gələrkən yıxılır, qıçı qırılır.

Həkimə gedəndə isə məlum olur ki, hələ bir-neçə il əvvəl şişdən əməliyyat olunan yerdə yenidən şişlər əmələ gəlib.

Bu dəfə aktyor səkkiz ağır əməliyyatdan keçməli olur. Şişlər atrıq həyat əhəmiyyətli orqanlara metastaz vermişdi. Bu ağır dövrlərdə ona “Qaraçı” filmindən qazandığı dostu Klara Luçko köməklik göstərib. Aktrisa bank hesabı açıb və yığılan vəsaitin hamısını Volontirin müalicəsi və əməliyyatı üçün sərf edib.

Belə bir köməyi Mixay Volontir Klara Luçkoya onun əri xəstə olanda eləyibmiş.

Mixay Volontir Klara Luçkonun ona görə bank hesabı açdığını eşidən kimi hesabı bağlatdırıb.

Aktyorun xanımı Yefrosiya Aleseyevanın dediyinə görə, Klara Luçko dünyasını dəyişəndə Mixay Volontir təzə əməliyyatdan çıxmış, hələ reanimasiyada imiş. Qəzetlərsə onu Klara Luçkonun dəfninə gəlmədiyinə görə vəfasızlıqda günahlandırırmışlar.

“Klara da vəfat edəndən sonra bizə əməliyyatlar üçün kömək edən olmadı, bağımızı, maşını satdım, yenə pul çatmır” – bunu da Mixay Volontirin xanımı danışır: “Vaxtilə Mixay ən yüksək qonorar alan aktyor idi, indi xəstə 78 yaşlı aktyor müalicəsi üçün pula möhtacdır.”

# 7440 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #