Sevdiyiniz roman adları - SORĞU

Sevdiyiniz roman adları - <span style="color:red;">SORĞU
4 may 2017
# 14:22

Hər kəsin heç vaxt unutmadığı əsərlər var. O əsərlərin mövzusu, ideyası ilə bərabər adı da bizə doğmalaşır.

Görəsən, yazarlarımızın dünya və Azərbaycan ədəbiyyatında ən çox xoşuna gələn roman adları hansılardır?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Azər Abdulla

- Azərbaycandan “Məhşər”, “Qətl günü”, “Qılınc və qələm”, dünyadan “Anne Karenina”, “Hərb və sülh”, “İdiot”, “Mobi Dik”, “Yad”, “Səfillər”, “Qəzəb salxımları”, “Dərvişin ölümü”.

Məti Osmanoğlu

- “Səfillər”, “Tom Soyyerin macəraları”, “Hərb və sülh”, “Cinayət və cəza”, “Master və Marqarita”, “Ağ bayraqlar”, “Əsrdən uzun gün” dünya ədəbiyyatında, “Danabaş kəndinin əhvalatları”, “İdeal”, “Qətl günü”, "Maestro" bizim ədəbiyyatdan.

Pərviz Cəbrayıl

- “İdiot”, “Çovdarlıqda uçurumdan qoruyan”, “Qara kitab”, “Atalar və oğullar”, “Yalquzaq” və s.

Mehriban Vəzir

- Azərbaycanda Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında”, “Əli və Nino”, Aleksandr Zöhrabbəyovun “Şirvanşahlar”, İsmayıl Şıxlı “Dəli Kür” əsərləri. İndi bu qədəri yadıma düşdü. Dünya ədəbiyyatında Nabokov “Lolita”, Elif Şafaq “Aşk” və s. Bəlkə bunlardan da çox xoşuma gələnlər olub. Amma bunları xatırladım indi.

Mətləb Ağa

- Dünya ədəbiyyatından Umberto Ekonun "Qızılgülün adı". Azərbaycan ədəbiyyatından isə roman adı təəssüf ki, xatırlamıram. Yəqin xoşuma gələn ad olmayıb ki, yadımda qalmayıb. Ancaq povest adı çəkə bilərəm. Elçinin "Toyuğun diri qalması".

Mübariz Örən

- “Çovdarlıqda uçurumdan qoruyan”, “Fələk qırmancı”, "Avqust işığı", "Küləyi dişləyən", "Qəzəb salxımları", “Arzulardan sonrakı şəhər”, “Zəfər tağı”, “Yüz ilin tənhalığı”, “Gün var əsrə bərabər”...

Ramiz Qusarçaylı

- Cek Londonun "Martin İden"i, Viktov Hüqonun "Səfillər"i, L.Tolstoyun "Hərb və Sülh"ü, Dostoyevskinin "Cinayət və Cəza"sı, Heminqueyin " Dəniz və Qoca"sı, Ç.Aytmatovun "Edam kötüyü", İsa Hüseynovun "Məhşər"i, M.Süleymanlının "Köç"ü, N.Əbdülrəhmanlımın "Qurban"ı və s.

# 1747 dəfə oxunub

Oxşar xəbərlər

Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər