Bu məşhur idmançını məktəbdə tez-tez döyürdülər

Bu məşhur idmançını məktəbdə tez-tez döyürdülər
22 may 2014
# 08:00

Kulis.az məşhur aktyor və döyüş ustası Çak Norris haqda maraqlı faktları təqdim edir.


1. Onun əsl adı Çak deyil, heç Çarlz da deyil, əsl adı Karlos Rey Norrisdir.


2. 1968-ci ildə Çak Norris heç bir döyüşü uduzmayıb. Onun 10 məğlubiyyətinin hamısı əvvəl baş verib. Ümumi hesabında Norrisin 168 qalibiyyət və 2 heç-heçə var.


3. Çak Norris özünün karate döyüş növünü yaradıb.

Peşəkarlar arasında orta çəki üzrə 6 qat dünya çempionu olan Çakın yaratdığı karate döyüş növü “Çun-Kuk-Do” adlanır.


4. Çak Norris rejissor və aktyor Stiv Makkuinə karate dərsi keçib.

Əvəzində isə Makkuin ona filmində rol almağı təklif edib. Onlar həmçinin Brus Li ilə də dostluq ediblər. Birlikdə onu son mənzilə yola salıblar.


5. Əgər Çak Norris susursa, deməli düşünmək lazımdır.

Digər döyüş sənətlərdə olduğu kimi “Çun-Kuk-Do”nun da özünə görə etik kodeksi var. Onlar biri budur: “Əgər mən bir insan haqda yaxşı nəsə deyə bilmirəmsə, mən susuram...”


6. Çak Norris Qərbdən ilk insan idi ki, taekvando üzrə 8 dan qara kəmər ustası olub.


7. ABŞ-ın Hərbi Hava Qüvvələri sıralarında xidmət zamanı Çak hava polisi idi.

Onun döyüş sənəti ilə tanışlığı Cənubi Koreyada xidmət zamanı başlamışdı.


8. Çak Norris “Action Jeans” adlı cinslərin reklamına çəkilib.

Reklamda deyilirdi ki, bu cinslərin dizaynı rahat hərəkət etməyə və zərbə endirməyə imkan verir.


9. Çak Norris bir neçə kitab yazıb, hətta bestsellerə çevrilib.

Çak Norris — yeddi kitabın müəllifidir, hansı ki, onlardan üçü bestsellerdir. Onun yazdıqları: "Qara kəmər. Vətənpərvərlik: Amerikanı necə oyatmalı?", avtobioqrafik əsəri - "Bütün çətinliklərə baxmayaraq", həmçinin bədii əsərləri - "Ədalətin atlıları" və "Ədalət üçün təhdid”.


10. Uşaqlıqda heç bir idman növüylə məşğul olmurdu və onu məktəbdə tez-tez döyürdülər.

# 4362 dəfə oxunub

Oxşar xəbərlər

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər