“Anamın kitabı” Ədəbi Mükafatı təqdim ediləcək

“Anamın kitabı” Ədəbi Mükafatı təqdim ediləcək
8 oktyabr 2014
# 09:20

17 oktyabr saat 16: 00-da Dövlət Gənc Tamaşaçılar Teatrında filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək. Layihənin rəhbəri yazıçı Müşfiq Xanın Kulis.Az-a verdiyi məlumata görə sentyabr ayı dərs ilinin əvvəlinə düşdüyü üçün təqdimat mərasimi bir qədər gecikib:

“AMEA-nın vitse-perezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəylinin münsiflər heyətinin sədri vəzifəsini öz üzərinə götürərək layihəyə verdiyi mənəvi dəstək layihənin vacibliyini və önəmini artırdı.

Azərbaycanda milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədi ilə təsis olunan “Anamın Kitabı” Ədəbi Mükafatı builki pyes müsabiqəsinə fevral ayının 21-də start verilib. Mayın sonuna qədər davam edən əsər qəbulu prosesində 50-dən çox pyes müsabiqəyə buraxılıb. İyunun 15-ə qədər əsərlər Ekspert Şurası tərəfindən qiymətləndirilib və onluq müəyyənləşib. Münsiflər heyətinin qərarına görə birinci yerin qalibi 72 balla Sevinc El Sevər olub.

İlk üçlükdə sonrakı yerləri müvafiq olaraq Şəbnəm Xeyrulla və Qanun Ümman Qahablı tutub. Onluqda müvafiq ballar üzrə siyahıda Günel Kərimli, Murad Nuriyev, Şəhriyar del Gerani, Ülviyyə Tahir, Elşən Feyzulla, Zöhrə İsmayılova və Natəvan Mikayılova yer alıb.

Münsiflər Heyətinin qərarı ilə Elçin Hüseynbəyli gənclərə dəstək məqsədilə müsabiqəyə təqdim etdiyi “Sezar” əsərinə görə “Anamın Kitabı” Fəxri Mükafatına, İlqar Fəhmi və Azad Qaradərəli isə müsabiqənin fəxri diplomlarına layiq görülüb.”

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata görə, ilk 4 yerin sahibi üçün 2 min manat həcmində mükafat fondu nəzərdə tutulub. Növbəti illərdə mükafat fondu arta bilər. Builki müsabiqədə I yerin sahibinə 1000 manat və “Anamın Kitabı” Ədəbi Mükafatı, II yer – 500 manat, III və IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul mükafatları təqdim olunacaq.

I yerin qalibinin pyesi Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə tamaşaya qoyulacaq. Bundan əlavə onluğa düşən bütün əsərlər toplu şəklində nəşr ediləcək. Baş tutacaq mükafatlandırma mərasimində qonaqlara və müsabiqə iştirakçılarına eyni zamanda Hədəf Nəşrləri tərəfindən yeni tərtibatda nəşr edilmiş Cəlil Məmmədquluzadənin “Anamın Kitabı” adlı kitabı hədiyyə olunacaq.

# 2455 dəfə oxunub

Oxşar xəbərlər

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
#
#
# # #