Toy gecəsi arvadına xatirələrini oxutduran dahi

Toy gecəsi arvadına xatirələrini oxutduran dahi
17 sentyabr 2019
# 21:00

Böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy 9 sentyabr, 1828-ci ildə anadan olub.

Kulis.az Tolstoyun həyatına aid maraqlı faktları və böyük yazıçıdan bir neçə sitatı təqdim edir.

Gələcəyin dahi yazıçısı Lev Tolstoy gənclik illərində müxtəlif oyunların qızğın azarkeşi idi. Bir dəfə öz qonşusu ilə kart oyununda ona miras qalmış malikanəni uduzmuşdu. Bu binada Tolstoy doğulmuşdu, uşaqlıq illəri keçmişdi, məhz bu evdə onun bütün xatirələri yatırdı. Elə buna görə də sonradan o evi girovdan çıxarmaq, geri qaytarmaq arzusunda idi, amma alınmadı.

Leva Nikolay öz arvadı Sofiya Andreyevna ilə

Bağda çay masasının arxasında ailəsi ilə

Tolstoy öz gələcək həyat yoldaşı Sofiya Berslə tanış olanda qızın 17, Tolstoyun isə 30 yaşı var idi. Evliliyin ilk gecəsi Tolstoy Sofiyanı öz gündəliyini oxumağa məcbur etdi. Bu gündəlikdə onun bütün həyatı, sevdiyi qadınlar haqqında hər şey vardı. O, istəyirdi ki, həyat yoldaşından heç bir sirri olmasın.

Onlar evləndikdən sonra 48 il birlikdə ömür sürdülər. 13 uşaq gətirdilər dünyaya. Sofiya Andreyevna təkcə həyat yoldaşı deyildi, o etibarlı dost, bütün məsələlərdə, həmçinin yaradıcılıq işlərində yardım edən köməkçi idi. İlk 20 ildə onlar xoşbəxt yaşadılar. Amma sonra aralarında tez-tez davalar olurdu. Tolstoy öz həyat tərzini dəyişmişdi və arvadı onun yaşayışını bəyənmirdi.

2010-cu ilin məlumatına görə Tolstoyun dünyanın 25 ölkəsində törəmələri yaşayır, 350-dən çox qohumu var

Böyük yazıçı Hindistana, vedalar fəlsəfəsinə böyük maraq göstərirdi. Tolstoyun öz əsərlərində ifadə etdiyi şərə qarşı qeyri-zorakı müqavimət göstərmək ideyaları gənc Qandiyə təsir etmişdi.

Tolstoyun “Hərb və sülh” əsəri əvvəlcə “1805-ci il”, sonra “Yaxşı qurtaran hər şey yaxşıdır” və “Üç vaxt” adlanırmış. Tədqiqatçıların bildirdiyinə görə roman 8 dəfə, onun müxtəlif hissələri isə 25 dəfə yazılıb. Bununla belə, yazıçının özü əsərinə skeptik yanaşırdı. Şair Afanasiy Fetə məktublarında Tolstoy yazırdı: “Elə xoşbəxtəm ki... bir də “Müharibə” kimi cəfəngiyat yazmayacam deyə”.

Tolstoy Çexovla, Qorki ilə dostluq edirdi. O, həmçinin Turgenevlə tanış idi, amma torpaq üstə gedən dava onların dostlaşmağına mane olmuşdu, hətta məsələ duelə qədər gedib çıxmışdı.

Aforizmlər:

Adamlar qarşısında həyalı olmaq yaxşı hissdir –özünün qarşısında həyalı olmaq daha yaxşıdır.

Ailə kişi üçün bir malikanə, qadın üçün isə bir istehkamdır.

Alimliyə bir tac kimi baxma-onunla öyünəsən, bir inək kimi baxma- onu sağasan.

Həqiqəti sevən adamı yalançı qohumlarından üstün tut.

Hər kəs insanlığı dəyişdirməyi düşünür, amma heç kim özündən başlamaq istəmir.

Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız səsə tabe olmalıyıq. Çünki o səs heç bir zaman yalan söyləməz.

Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək, həyatını özün qur.

Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.

Hiyləgərliklə edilən "xeyirxahlıq" aşkar edilən açıq bədxahlıqdan qat-qat artıq nifrət doğurur.

Arvadından boşandıqdan sonra səyahətə çıxan Tolstoy yolda sətəlcəm olur. Yaxınlıqdakı stansiyaya özünü çatdıran Tolstoy, stansiya rəisinin evində noyabrın 7-də, 1910-cu ildə vəfat edir.

Tolstoyun yası Rusiyada pravoslav qaydaları ilə həyata keçirilməyən ilk tanınmış dəfn idi.

# 5202 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #