Şəki YUNESKO-nun irs siyahısına daxil edilir

Şəki YUNESKO-nun irs siyahısına daxil edilir
11 iyul 2017
# 09:27

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Polşanın Krakov şəhərində keçirilən 41-ci sessiyası işini davam etdirir. İyulun 10-da keçirilən sessiyada komitə mühafizə olunan mədəni və təbii obyektlərin Ümumdünya İrs Siyahısına təqdim edilən nominasiyalarını nəzərdən keçirib.

Azərbaycan tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası Ümumdünya İrs Siyahısına daxil edilmək üçün təqdim olunub.

Sessiyada ölkəmizin təqdim etdiyi nominasiyanın müzakirəsindən əvvəl komitə üzvlərinə Şəki şəhəri haqqında ətraflı məlumat verilib, onun tarixi hissəsinin qədim İpək Yolunun üzərində yerləşdiyi və Azərbaycan memarlıq sənətinin incilərindən biri olduğu bildirilib.

Müzakirələr zamanı Ümumdünya İrs Komitəsinin üzv ölkələrinin əksəriyyəti məşvərətçi qurum olan İKOMOS-un mövqeyi ilə razılaşmayaraq, Şəkinin müəyyən edilmiş kriteriyalar üzrə ümumdünya irsi sayılmağa layiq olduğunu diqqətə çatdırıblar.

Sonda UNESCO-nun Ümumdünya İrs Komitəsi tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya faylı ilə bağlı “referral” qərar verilib. Yəni obyektiv olaraq abidənin müstəsna universal dəyəri Komitə tərəfindən bu mərhələdə tanınır və mühafizə, eləcə də digər məsələlərin həlli üçün Azərbaycan tərəfinə vaxt verilir.

Qeyd edək ki, hazırda “İçərişəhər” Memarlıq Kompleksi və “Qobustan” Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Krakov şəhərində keçirilən 41-ci sessiyası iyulun 12-dək davam edəcək.

# 1924 dəfə oxunub

Oxşar xəbərlər

"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?"  -  "Anna Karenina" tamaşasından qeydlər

"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?" - "Anna Karenina" tamaşasından qeydlər

10:00 13 iyun 2026
"Saçımızdakı sığalı atmaq mümkün deyil..."  - Məşhur yazıçının "Qalın dəftər" romanından bir hissə

"Saçımızdakı sığalı atmaq mümkün deyil..." - Məşhur yazıçının "Qalın dəftər" romanından bir hissə

15:00 12 iyun 2026
Ölmədən öncə mütləq oxunmalı kitablar - XX əsrin ən yaxşı 20 romanı

Ölmədən öncə mütləq oxunmalı kitablar - XX əsrin ən yaxşı 20 romanı

12:00 12 iyun 2026
Tanınmamış yazıçı ilə müsahibə - Aslan Quliyevin yeni hekayəsi

Tanınmamış yazıçı ilə müsahibə - Aslan Quliyevin yeni hekayəsi

10:00 12 iyun 2026
Şəlalə - Yaponiyanın ilk Nobel mükafatçısının hekayəsi

Şəlalə - Yaponiyanın ilk Nobel mükafatçısının hekayəsi

16:00 11 iyun 2026
Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

Rus rəssamlığının "Böyük Karl"ı - O, niyə İtaliyaya mühacirət etmişdi?

15:30 11 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər