Səlim Babullaoğlundan da açıqlama gəldi

Səlim Babullaoğlundan da açıqlama gəldi
30 iyun 2014
# 17:59

“Mənimlə Afaq Məsud arasında ziddiyyətlərin yaranması və yaşanması haqqında deyilənlər ağ yalandır”. APA-nın məlumatına görə, bunu Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu deyib.

Onun sözlərində görə, mətbuatda bununla bağlı yazılanlar həqiqətə uyğun deyil: “Yeni təyinatdan sonra mən Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin məlum binasında olmamışam, Afaq xanımla görüşməmişəm və deməli, aramızda da heç bir ziddiyyət baş verməyib”.

Qeyd edək ki, bir müddət əvvəl prezidentin sərəncamı ilə yazıçı A.Məsud Naizrlər Kabineti yanında yaradılan Tərcümə Mərkəzinin sədri təyin edilib. Yazıçılar Birliyinin qurultayından sonra isə şair-tərcüməçi S.Babullaoğlu birliyin nəzdindəki Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbər təyin olunub. Mətbuatda A.Məsudla S.Babullaoğlu arasında A.Məsudun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin binasını tərk etmədiyinə görə mübahisə yaranması haqqında məlumat yayılıb. Bu məlumata Afaq Məsud da Kulis.Az-a açıqlamasında təkzib edib.

# 3735 dəfə oxunub

Oxşar xəbərlər

"Tərifə ac olan zehni yıxmaq əhəmiyyətsiz bir şeydir..." - Horatsinin aforizmləri

"Tərifə ac olan zehni yıxmaq əhəmiyyətsiz bir şeydir..." - Horatsinin aforizmləri

13:00 27 noyabr 2026
Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

Diktaturaya meydan oxuyan şair, şüuraltını kətana köçürən rəssam Mariu Sezarini

17:27 26 noyabr 2026
"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

"Başqalarının zövqünü oxşayan gözəllik yükə çevriləndə..." - Dieqo Riveranın "Gül daşıyan"ı

16:32 24 noyabr 2026
Tavriya - Ulucay Akifin yeni hekayəsi

Tavriya - Ulucay Akifin yeni hekayəsi

12:09 24 noyabr 2026
Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

Mollalar etiraz etdi, musiqiçilər inanmadı – 22 yaşlı Üzeyir bəy nəyi dəyişmək istəyirdi?

12:00 23 noyabr 2026
İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

İpək tacirinin sifarişi ilə yaranan şah əsər - Leonardo da Vinçinin “Mona Liza”sı

13:31 22 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər