Məşhurların yataq otaqları - FOTOLENT

Məşhurların yataq otaqları - FOTOLENT
11 oktyabr 2013
# 07:45

Əsərlərini oxuyub heyran olduğumuz yazıçıların yataq otaqlarının necəliyi haqda heç düşünmüsünüzmü? Bəlkə ən romantik əsərlər ən qaranlıq otaqlarda, ən uzun romanlar ən dar otaqlarda yazılıb...

Kulis.az “Apartmenttherapy” saytına istinadən, dünya şöhrətli yazıçıların yataq otaqlarının fotoşəkillərini sizə təqdim edir:

“Tiffanidə səhər yeməyi” əsəri ilə tanınan amerikan yazıçı Truman Kapotun Hemptons sahilində yerləşən evindəki yataq otağı sadə və elegant olması ilə fərqlənir.

İngilis yazıçısı, modernizm ədəbi cərəyanının qurucularından olan Virciniya Vulfun yataq otağı zəngin kitabxanası və bir çox xırda detallarla diqqət çəkir.

Bu bol işıqlı yataq otağı isə amerikan yazıçı Ernest Heminqueyə məxsusdur.

Əsərlərinin çoxunu yataq otağında yazan Flanneri O`Konnorun qoltuq ağacları da həmişə yanında olub.

Amerikan yazıçı Uilyam S. Berrouzun yaxın dostu Pati Smit onun yataq otağında.

Pulitzer mükafatı laureatı Silviya Plat ancaq qadınların yaşadığı Barbizon otelində bir neçə ay yaşayıb. Otel kataloqundan götürülmüş bu fotonun yazıçının qaldığı otağa çox bənzədiyi deyilir.

Yazıçı və filosof Henri Devid Toronun otağı sadəliyi ilə fərqlənir. Toro balaca otağına özü üçün ən zəruri əşyaları yerləşdirib.

Viktor Hüqo və onun qaranlıq, dəbdəbəli və qırmızı yataq otağı.

Emily Dikinson şeirlərinin əksəriyyətini yataq otağındakı balaca stolunda yazıb.

Bir çox şeylərə allergiyası olan və bronxial astmadan əziyyət çəkən yazıçı Marsel Prustun yataq otağı onu ətrafdan gələcək səs, toz və mikroblara qarşı rahat qorunmağı üçün hazırlanıb.

Nobel və Pulitzer mükafatları sahibi Uilyam Folkner yataq otağından ofis kimi də istifadə edirmiş.

# 7150 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər