Eşşəklə İsanı eyniləşdirən film

Eşşəklə İsanı eyniləşdirən film
3 may 2014
# 08:00

Kulis.az “Baxılası 50 film” layihəsində fransız rejissoru Robert Bressonun “Həyat belədir, Baltazar” filmini təqdim edir.

Robert Bresson (1901-1999) əvvəlcə rəssamlıqla məşğul olub.

1940-cı ildə alman əsir düşərgəsində olub və burada, ilk filminin-“Günah mələkləri”nin ideyasını işləyib.

“Kənd keşişinin gündəliyi” filmində rejissor ustalıqla əsas qəhrəmanın ruhi axtarışının atmosferinin yaradır.

Bressonun “Cibgir”i “Cinayət və cəza”nın özünəməxsus traktovkasıdır.

Onun, fransız yazıçısı Jorj Bernanosun “Muşettin yeni əhvalatı” romanı əsasında ekranlaşdırdığı “Muşett” filmi bir yeniyetmənin həyatından bəhs edir.

Vur-tut 13 film çəkən Bressonun kino dili askteikdir, o, pavilyonlardan, xüsusi effektlərdən, əksər hallarda isə peşəkar aktyorlardan imtina edirdi. Onun məişət təsvirləri poetikdir, təsvirlərin detallı işlənməsiylə psixologizmə nail olurdu. Bu, özünü təkcə vizuallıqda yox, səslə işləməsində göstərir.

Çoxsaylı mükafatlar alan rejissorun yaradıcılığı dünya kino sənətinin zirvələrindən sayılır.

Əsərlərində əxlaqi problemləri qabardan Bresson minimal ifadə vasitələri ilə əhvalatda maksimal bədii gücə nail olur.

“Baxılası 50 film” layihəsində dünya kinematoqrafiyasının 20 ən yaxşı filmindən biri hesab olunan “Həyat belədir, Baltazar”ı (1966) təqdim edirik.

Süjet: Filmdə Baltazar adlı eşşəyin həyatı nəql olunur. Eşşəyin ilk sahibinin uşaqları onu Baltazar adlandırılar. Eşşək sahiblərini dəyişir, əldən ələ keçir. Bəziləri ona mərhəmətli, bəziləri amansız davranır. Heyvan bütün olanları itaətlə, dözümlə qarşılayır.

Film qədim Roma yazıçısı Apuleyin “Qızıl eşşək” (əvvəlki adı “Metamorfozalar”) romanının motivləri əsasında çəkilib. Romanın gənc qəhrəmanı nəfsi ucbatından eşşəyə çevrilir, müxtəlif adamların qapısında işləyir, təhqir olunur.

Bresson isə hadisəni xristian motivlərinə transformasiya edir. İlk kadrlarda uşaqların əzizlədiyi, Baltazar adlandırdığı eşşək xaç suyuna çəkilir. O, işgəncələrə məruz qalır, döyülür, quyruğu yandırılır, sirkdə insanların əyləncə obyekti olur.

Qaçaqmalçıların yükünü daşıyan Baltazar gülləyə tuş gəlir, onun bədənindən axan qanın təsviri İsa Məsihin mismarlanmış əllərindən süzülən qanın təsviri ilə eyniləşir. Finalda eşşək canını sakitcə tapşırır.

Bresson, filmdə ən mərhəmətli varlıq olan eşşəyin taleyini, əzablarını İsa Məsihlə bir tutur.

J.L.Qodara görə film bir saat yarım ərzində bütün dünyanı göstərir. Mixail Haneke onu kino sənətinin ən yaxşı, Aki Kaurismyaki isə üç ən yaxşı filmdən biri sayır.

Bressonun fikirlərindən:

***

İstəyirəm ki, filmlərimə baxan adamlar Tanrının varlığını gündəlik həyatda hiss eləsinlər.

***

Razılaşa biləcəyim iki yazıçı var. Jorj Bernanos- tam olmasa da çox fikirləri ilə razıyam-və əlbəttə Dostoyevski”.

***

İstərdim ki, filmlərimin mənbəyi mənim özümdən gəlsin, ədəbiyyatdan yox. Əgər Dostoyevskinin əsəri əsasında film çəkirəmsə, onun ədəbi olmamağına çalışıram. Müəllifin hissinə, fikrinə yaxınlaşmağa cəhd edirəm və fikrimə zidd olmayanı götürürəm.

***

Məncə dünyada hər şey daha da pisləşir. İnsanlar getdikcə materialist və amansız olurlar. Tənbəllikdən, laqeydlikdən, eqoizmdən amansızlaşırlar. Hamı pulla maraqlanır. Pul tanrıya çevrilir. Tanrı isə çoxu üçün mövcud deyil.

***

Filmlərim sadə bitir. Çünki yaradıcı adam üçün vacib məqam ömrünün sonu yox, ortasıdır. Və onun necə bitməsi əhəmiyyət daşımır.

***

Qaydaları müəyyən edin, amma onu pozmağa qorxmayın.

***

Mən zorakılığı sevmirəm. Kinoda zorakılıq görəndə həmişə hiss edirsən ki, bu, sünidir. Bu, məni qətiyyən mütəəssir eləmir.

***

Ölüm hissini vermək olar. Ölüm mütəəssir edə bilər, amma bu halda ki, onu göstərməyəsən, ehtimal edəsən. Göstərdinsə hər şey bitdi. Bunu sevgiyə də aid etmək olar. İki nəfərin sevişməsinə baxıb sevgini hiss eləmək olmaz.

Rusca: http://tfilm.tv/26211-naudachu-baltazar.html

Türkcə: http://www.izlebizle.net/au-hasard-balthazar-1966.html

Digər filmlər:

Ken Louçun “Arpanı titrədən külək” filmi

Rayner Verner Fassbinderin “Mariya Braunun izdivacı” filmi.

Hovard Houksun “Çapıqlı adam”urdan filmi.

Federiko Fellinin “8 yarım” filmi.

Fridrix Murnaunun “Günəşin doğuşu” filmi.

Fransua Ozonun “8 qadın” filmi.

Alfred Hiçkokun “Psixo” filmi.

Stenli Kubrikin "Portağal mexanizmi" filmi.

Kendzi Midzoqutinin “Yağışdan sonra ayın nağılı” filmi.

Vittorio De Sikanın “Velosiped oğruları” filmi.

Fransua Trüffonunun “400 zərbə” filmi.

Abbas Kiarostaminin “Albalı dadı” filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet “On iki qəzəbli kişi” filmi.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 6273 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #