Barelyef - “ƏŞYALAR VƏ SÖZLƏR”

Barelyef  - “ƏŞYALAR VƏ SÖZLƏR”
7 mart 2014
# 12:00

“Əşyalar və sözlər” layihəsi çərçivəsində Rüfət Əhmədzadənin “Barelyef” essesini təqdim edirik.

O, mənim əşyam deyildi. Ümumiyyətlə, konkret kimə məxsus olduğunu da bilmirəm. Sənə? Ona? Onlara? Bizə? Sizə? Bəlkə də, o barelyef hamının idi.

Məsələyə fəlsəfi yanaşsaq: o barelyefdə bizim hamımıza aid nələrsə olduğu kimi, hamıda da o barelyefdən bir naxış, bir zərrə tapmaq mümkün idi.

“İdi” deyirəm, çünki daha onu görə bilmirəm. “Yox” deyil, amma “var” olduğu da artıq hiss edilmir.

Heç yadımdan çıxmaz... O qədər xatirələrim bağlıdır onunla! Daha doğrusu, bircə xatirə – sadəcə, çox böyükdür, ya da unudulmayan.

Universitet illərində sevdiyim qızla son görüşümüz elə o barelyefin qarşısında olmuşdu – metrostansiyanın içində, çölə çıxmadan, bir neçə dəqiqəlik. Elə o barelyefin qarşısında bir ömrü gözə aldığım sözləri demişdim. Yalvarmışdım da demək olar, sızlamışdım da... Amma hər nə idisə, hər adama demədiyim sözlərim tələm-tələsik, əsəbi, amma düzgünlüyünə inandığım qətiyyət ilə axmışdı dilimdən. Rədd cavabları, melanxoliya, tərəddüdlər... Mənim hələ “formalaşmayan şəxsiyyətimin” mühakiməsi... Və ayrılıq!

Yanımızdan tək-tük adamlar gəlib-keçirdi. Bəzilərinin diqqəti bizim mübahisəmizə yönəlir, amma sadəcə gözucu baxırdı; kimisi maraqla, kimisə ikrahla ötəri süzüb, yoluna davam edirdi.

Bu insanları saymasaq, bizim ayrılığımızın yeganə şahidi barelyefdəki kişi idi. Təmkinlə, müdrik üz ifadəsiylə bizi süzürdü. Mənim də nəzərlərim ara-sıra onun baxışları ilə toqquşurdu. O həngamədə nə hislər keçirdiyim indi tam təfərrüatla yadıma gəlməz.

Amma özüm də bilmədən, barelyefdən yönələn baxışlardan narahatlıq keçirir, qeyri-iradi vicdan əzabı çəkirdim.

Keçmiş sevgilimin qolundan yapışıb, stansiyadan çıxmaq üçün dilə tutdum:

- Yaxşı deyil, burda adam var, çıxıb sakitcə bir parkda danışaq....

Əsəbi halda qolunu çəkdi. Söhbəti uzatmağa ehtiyac görmürdü.

Çıxmadıq. Elə oradaca ayrıldıq. Əvvəl o getdi, sonra mən...

Bir neçə il keçdi.

Və günlərin bir günü xəbər saytlarından oxudum ki, mənim xatirə şərikim olan barelyef də harasa gedib...

# 1567 dəfə oxunub

Oxşar xəbərlər

"Bəxtiyar Vahabzadə onun cibinə 25 manat qoyub dedi ki..."  -  Həmin gecə nə baş vermişdi?

"Bəxtiyar Vahabzadə onun cibinə 25 manat qoyub dedi ki..." - Həmin gecə nə baş vermişdi?

09:00 25 iyul 2025
"“Başı gedən” birinə necə dözürük?" - Plagiat məqalələrlə alınan qonorarlar, yalan və böhtan...

"“Başı gedən” birinə necə dözürük?" - Plagiat məqalələrlə alınan qonorarlar, yalan və böhtan...

12:00 22 iyul 2025
"Xalqa bu qəzeti oxumağa mane olmasınlar..." - Həsən bəy Zərdabi

"Xalqa bu qəzeti oxumağa mane olmasınlar..." - Həsən bəy Zərdabi

09:00 22 iyul 2025
Əliağa Vahid repressiyalardan necə qurtuldu? - Əruzun son qalası

Əliağa Vahid repressiyalardan necə qurtuldu? - Əruzun son qalası

12:00 19 iyul 2025
Dünyada qadağan olunmuş 10 məşhur film

Dünyada qadağan olunmuş 10 məşhur film

10:00 19 iyul 2025
"Bu, mənəvi korluğun, özündən uzağı görə bilməməyin etirafıdır" - Plagiat qalmaqalı böyüyür!..

"Bu, mənəvi korluğun, özündən uzağı görə bilməməyin etirafıdır" - Plagiat qalmaqalı böyüyür!..

15:00 15 iyul 2025
#
#
# # #