Cazibədar aparıcının çiyələyi

Cazibədar aparıcının çiyələyi
4 fevral 2015
# 12:49

LAYİHƏ - Media polisi

O gün saytların birində aparıcı İlhamə Bədəlovanın nişanlısı Murada çiyələk yedizdirməsi haqqında xəbərə rast gəldim.

Pardon... Xəbər? Bu xəbərdirmi?

Bunu müəyyən etmək üçün ilk növbədə xəbərin nə olduğunu aydınlaşdırmalıyıq.

Aydınlaşdırmaq üçün Təhsil nazirinin 28 fevral 2007-ci il tarixli 176 saylı əmri ilə dərslik kimi təsdiq edilmiş “Xəbərçilik” adlı vəsait köməyimizə gələ bilər. Kitabın elmi redaktoru Zeynal Məmmədli, məsləhətçisi ABŞ-ın Kolorado Universitetindən Duqlas Kosper, rəyçiləri isə Qulu Məhərrəmli, Elçin Şıxlı və Arif Əliyevdir.

Kitabda iki epiqraf var.

“Nyu York San” qəzetinin redaktoru Con B. Boqart deyir: “İt insanı qaparsa, bu, xəbər deyil. İnsan iti qaparsa, bu, xəbərdir. Əlbəttə, qələmə alınanda”.

“Nyu York World” qəzetinin naşiri Cozef Pulitzer isə deyir: “Mənə orijinal, fərqli, dramatik, romantik, sarsıdıcı, unikal, maraqlı, qeyri-adi, duzlu, dildən-dilə gəzə biləcək xəbərlər gətirin”.

Bu epiqraflar təsadüfən seçilməyib. Xəbərin nə olduğu barədə ciddi təəssürat yaradır.

Daha sonra elə bu kitabdan oxuyuruq:

“Xəbər hadisələrin normal axınını pozan, fərqli bir informasiyadır”.

“Xəbər insanlara öz həyatları barədə sağlam qərarlar çıxarmağa imkan verən informasiyadır”.

Və mütləq nəzərə alınmalıdır ki, qeyri-adilik xəbərin əsas elementlərindən biridir.

İndi isə gələk aparıcının öz nişanlısına çiyələk yedizdirməsinə... Burada hadisələrin normal axınını pozacaq, fərqli nə var axı?

Mətbuatı başına almış bu cür qeyri-ciddi məlumatlardan insanlar öz həyatları barədə hansı sağlam qərarlar çıxara bilərlər?

Pulitzerin fikirlərindən çıxış edərək deyə bilərsiniz ki, bəs romantika? Papağınızı qoyun qabağınıza və fikirləşin. Görəcəksiniz ki, burda romantikanın yalnız “rom”u var, başqa hərfləri düşüb.

Başa düşürəm, sizdən də İP tələb edirlər. Kiməsə pulu elə-belə vermirlər təbii ki. Başa düşürəm ki, insanları nəyəsə inandırmalı, başını qatmalısınız.

Amma ta bu qədər yox da... Özünüzü bu qədər hörmətdən salmayın.

Xəbərin əsas elementlərindən biri də sanbaldır. Bunu isə elə-belə dedim.

Söhbətdir də eləyirik...

Xəbər adlandırılan bu məlumatların əlbəttə ki, oxucuları da var. Bu yazının başlığı isə məhz həmin oxucular üçün qoyulub.

# 1557 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #