Dünyanın ən qorxunc yerləri

Dünyanın ən qorxunc yerləri
16 avqust 2014
# 08:15

Kulis.Az insanları qorxudan 13 dəhşətli məkanı təqdim edir.

1. Yerindən tərpənən tabutlar, Barbados

1807-ci ilin iyul ayında xanım Tomasia Qoddarın cəsədi sadə taxta tabuta qoyularaq sərdabənin ən üst mərtəbəsinə yerləşdirilir. Bundan sonra dəlilik, intihar və cinayət kimi işlərdə pis şöhrətə malik Çeys ailəsinin cənazələri bura qoyulmağa başlandı. Ailənin böyüyü pis adam idi, qullarına qarşı zalımlıq edirdi.

22 fevral 1808-ci ildə körpə Meri ölür. Böyük ehtimalla atası hirslənərək körpəni öldürmüşdü. Yazıq körpə ağır metal tabutda sərdabəyə qoyulur.

Bir neçə ay sonra ailənin qəribəlikləri ilə seçilən üzvü cavan oğlan Dorkas bağçadadı bir otağa girib havasızlıqdan ölür. O da eyni sərdabəyə qoyulur. Çöl qapıya gələndə iki kişi qapını açır. Ağı deyib tabut daşıyanlar içəri girib daş pilləkənlərə sarı gedirlər. Əllərində sadəcə əl fənərləri varmış. Sərdabənin iç qapısı açılır və hər kəs qorxuyla bağırır. Körpə Çeysin tabutu qoyulduğu yerin tam qarşısında və baş hissəsi yuxarıda dik dayanmışdı. Dəfndə iştrirak edənlər tabutu düzəldirlər və Dorkası bacısının yanında dəfn edirlər. Bir ay sonra polkovnik Çeys özünü öldürür. O da eyni sərdabəyə qoyulur.

8 il sonra Çeys nəslindən olan bir uşaq daha öldü və sərdabəyə gətirildi. Bu müddət ərzində qapının həncamaları paslanmışdı. Qapını iki nəfər güclə aça bilir. İçəri girənlər qorxuya düşürlər. Xanım Qoddardın tabutu öz yerindəydi, amma Çeys ailəsinin tabutları ətrafa səpələnmişdi. Bu çox qəribə idi, zira hər birini dörd nəfər ancaq qaldıra bilirdi. Bir ay sonra qəbiristanlığa çiçək qoyan bir qadın “çatırtı” və inləyən bir səs eşidir. Qadının atının ağzından qorxudan köpük gəlməyə başlayr. Qəbiristanlıq getddikcə pis şöhrət qazanırdı.

Növbəti cənazə Samuel Breusterə məxsus idi. İçində Kuba və Haitidən olan mindən çox adam dəfndə iştirak edirdi. Güclü fırtına vardı və dörd kölə qurğuşun tabutu daşıyırdı. Dəfndəkilər yenə qan donduran mənzərə ilə qarşılaşdılar. Tabutlar ətrafa səpələnmişdi.

Belə olanda adanın valisi Lord Kombermer işə qarışır. Sonrakı dəfndə şəxsən iştirka edir. Bu dəfə tabutu heç tərpənməyən Tomasio Qoddardın qızı Tomasino Klarkın idi. Vali məzarlıqda gizli yeraltı keçidin olub-olmadığını yoxlayıt və məlum oldu ki, belə bir keçid yoxdur.

Adamlara yeni tabutu gətirmədən əvvəl tərsinə çevrilmiş tabutları düzəltməyi əmr edir. Sonra sərdabənin döşəməsi narın qumla örtülür. Qapıya isə yeni bir kilid taxılır. Sonra qapı gipslə möhürlənir. Vali və adamları gibs hələ yaş ikən üzüklərini basaraq qapını möhürləyirlər.

18 aprel 1820-ci ildə sonuncu dəfə məzar açılır. Qapıdakı möhür yerində idi. Ustalar gipsi qırıb qapını ancaq bir-iki santimetr aça bilirlər. Çünki nəsə qapının açılmasına mane olurdu. Sərdabəyə girdikdə Dorkas Çeysə aid bir qol sümüyü görürlər, tabutun kənarından sallanırdı. Xanım Qoddardın tabutu daxil bütün tabutlar yenə ətrafa səpələnmişdi. Vali bunu araşdrımaqdan vaz keçdi. London Elmələr Muzeyi və Fizika Mütəxəssislər Dərnəyindən olan araşdırmaçılar hadisəni araşdırsalar da bir nəticəyə gələ bilmədilər.

2. Anderlext Veterinar Məktəbi, Brüssel

Brüsseldəki Anderlext Veterinar məktəbi yenilənməsinə məsuliyyət daşıyan personalı binaya girməyə qorxduğuna görə kimsəsiz qalıb.

Kolbalardakı heyvan nümunələri, kiflənmiş vasitələr, iynələr və müxtəlif veterinar alətləri adamların tüklərini ürpərdir. Məktəbi bu binasına “qorxu laboratoriyası” da deyirlər.

3. Vinçesterlərin mistik evi, San Joze

1881-ci ildə məşhur silah istehsalçısı Oliver Vinçesterin dul həyat yoldaşı Sara Vinçester onların tüfənglərindən vurulan adamların ruhlarından qorunmağa qərar verir. Bir medyum da Saraya Kaliforniyadakı evinə müntəzəm şəkildə yeni otaqlar tikib əlavə etməyi məsləhət görür. Beləcə onu təqib edən ruhlardan qaça bilərmiş.

Sara Vinşester də bu fikrə inanaraq villaya 100 otaq və bir o qədər də pilləkən tikdirib. Ölümündən sonra Saranın xəyalətinin orada gəzidiyinə inananlar çoxdur. İndi bu ev paranoyanın insana nələr etdirəcəyini sərgiləyən canlı eksponata çevrilib.

4. Müqəddəs Georg kilsəsi

Bu “lənətlənmiş” kilsə ürkütücü bir sənət instalyasiyası sayəsində bağlanmaqdan xilas olub. Çexiyanın Lukova kəndindəki Müqəddəs Gorg kilsəsi 1968-ci ildə bir dəfn mərasimi zamanı tavanın çökməsindən sonra istifadə edilməmişdi.

Mərasim zamanı tavanın çökməsini uğursuzluq hesab edən kənd camaatı orta əsrlərdən qalma kilsəni daha istifadə etməmişdi. Amma 40 il sonra rəssam Yakob Hadrava kilsədə xəyalət instalyasiyası yaratdı. Bunun sayəsində dünyanın hər tərəfindən kilsəyə ziyarətçilər gəlməyə başladı.

5. Şeytanın ayak izləri, İngiltərə

İngiltərənin Devon şəhərində 8 dekabr 1855-ci il gecəsi və ondan sonrakı daha iki gecə qarın üzərində insan ləpirlərinə bənzəməyən izlər aşkarlanıb. 6 sm dərinliyində, 20 sm uzunluğunda bu ayaq izləri 160 km boyunca görülüb.

Bədəni görünməyən bir varlıq gecəyarı bütün Devon şəhərini gəzərək ayaq izlərini hər yerə qoyub. Heç kəs ayaq izlərinin kimə məxsus olduğunu müəyyənləşdirə bilməyib. Bəziləri deyir ki, bu şeytanın ayaq izləridir.

6. Vudçesterlərin evi, İngiltərə

Üzərində daşdan düzəldilmə mifoloji varlıqların fiqurları olan ev XIX əsrdə tikilməyə başlayıb. Tikinti vaxtı sahibi öldüyünə görə yarımçıq qalıb.

Ev tənha və dərin bir vadinin mərkəzində yerləşir. İkinci Dünya müharibəsi zamanı müvəqqəti olaraq morq kimi istifadə edilib. Şaiyələrə görə evdə xəyalətlər dolaşır.

7. Renvik xəstəxansı, Nyu-York

Bu tərk edilmiş çiçək xəstəliyi xəstəxanası qranit daş örtüyü, parapetləri, mansardı ilə qorxunc “Qotem” tarixçəsini xatırladır. Yüz yataqlıq xəstəxanada əvvəllər dəhşətli xəstəliklərə görə karantində olan xəstələr müalicə alırmış.

8. Telema monastrı, Sicilya

Bütpərəstlik freskaları ilə dolu bu monastr bir zamanlar dünyanın ən məşhur “satanist seks partisi” məkanı idi. Film prodüsseri Kennet Anger monastr haqqında film çəksə də film gizli şəkildə ortadan yox oldu. Monastr bu gün məhv olmaqdadır.

9. Çangi çimərliyi, Sinqapur

İkinci Dünya müharibəsində baş vermiş Suk Çinq qətliamında burada bir çox yapon öldürüb. Minlərlə çinli yapon əleyhdarı olmmaqda günahladırılaraq məhv edilib. Bu çimərlikdə ölən çinlilərin xəyalətlərinin göründüyüni deyirlər. Bu hadisəni inandrıcı edən şey isə xəyalətlərin arxalarıyca qan ləkələri buraxmalarıdır.

10. Bhanqar istehkamı, Hindistan

Hindistanın Rajastan bölgəsində yerləşən qalanın maraqlı əfsanəsi var. Qara maq olan Sinqha hər kəsin burada öləcəyini və ruhlarının sonsuza qədər orada məhkum olacağını söyləyir. Maraqlı burasıdır ki, bu bölgədə nə zaman bir ev tikilsə damı uçduğuna görə damsız qalır. Gecə vaxtı burada olanların geri qayıtmadığı haqqında əfsanələr gəzdiyinə görə hökumət gün batandan sonra bura ziyarəti qadağan edib.

11. Çığırtı tuneli, Niaqara şəlalələri

Bu tunelin həqiqətən tükürpərdici hekayəsi var. Rəvayətə görə yüz il əvvəl tunelin cənub çıxışına yaxın bir ferma varmış. Bir gecə evdə yanğın baş verir və paltarı yanmağa başlayan kiçik qız uşağı tunelə doğru qaçmağa başlayır. Qız tunelin ortasında yıxılıb ölür. Deyilənə görə əgər gecə vaxtı tunelin ortasında kibrit yandırsanız alovu o dəqiqə sönər və qız çığırtısı eşidərsiz.

12. Berri Pomeroy qalası

Bu lənətlənmiş qala 14-cü əsrdə tikilib. Haqqında bir çox əfsanələr dolaşır. Bu qalanın iki məşhur xəyaləti var. Biri ağ qadın, digəri mavi qadın adlandırır.

Əfsanəyə görə Marqaret Pomeroy adlı “aq qadın” ləqəbli xəyalət qısqanc bacısı tərəfindən qalanın zindanına atılaraq orada aclıqdan ölüb. Mavi qadının kim olduğu bilinməsə də ziyarətçiləri qalanın xaraba hisəsinə cəlb elədiyi deyilir.

13. Meri Kinq kilsəsi, Edinburq

17-ci əsrdə vəba xəstələrinin içində ölümə tərk edildikləri bu kilsəni ziyarət edənlər qollarına və ayaqlarına görünməz bir varlığın toxunduğunu idda edirlər.

O yörədəki sakinlər bunun 1645-ci ildə ana-atası tərəfindən burada tərk edilən Enni adlı bir qızın xəyaləti olduğuna inanırlar.

# 6354 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #