Tualetdə ölən məşhur rokçu

Tualetdə ölən məşhur rokçu
13 aprel 2013
# 07:30

2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, “timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.

Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.

Cerom İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. “Bədbəxt bir təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi bir tok-şouda infarkt keçirərək həyatını itirib.

“Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.

1869-1916-cı illərdə yaşamış rus həkim, rahib, sirli Qriqori Rasputinin həyatı kimi ölümü də müəmmalı olub. Rasputinə qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü Purişkeviç hazırlayıb. Əvvəlcədən qurulmuş plana əsasən 16 dekabr 1916-cı ildə knyaz Yusupov Rasputini öz evinə gətirir. Burada birlikdə nahar edirlər. Rasputinə naharda mərgümüş zəhəri qatılmış şirniyyat və çaxır verilir. On nəfəri öldürmək gücünə malik zəhər qatılmış çaxırdan içən və şirniyyatdan yeyən Rasputin ölmür. Onun ölmədiyini görən Yusupov silahla onu arxadan güllələyir, sonra silahı Purişkeviçə verir. Purişkeviçin 3 gülləsindən də sonra ölməyən Pasputini nəhayət donmuş Neva çayına atırlar. Böyük ehtimalla, bu sirli insan çayda donaraq ölüb.

Bobbi Liç 1911-ci ildə Niaqara şəlaləsindən çəlləyin içində tullanan ikinci insan kimi tarixə düşüb. Bir gün Liç Yeni Zelandiyada gəzərkən ayağı bir portağal qabığına ilişib və sürüşüb. Nəticədə ayağı qırılıb. Ayağının biri kəsilsə də, həkimlər Liçin həyatını xilas edə bilməyib.

Məşhur viski istehsalçısı Cek Deniel 1911-ci ildə işə tez gələrək ofisin kassasını açmağa cəhd edib. Şifrəni heç cür yadına sala bilməməyinə əsəbiləşərək kassanı təpikləməyə başlayan Deniel ayaq barmaqlarını zədələyib. Daha sonra isə infeksiyadan dünyasını dəyişib.

Uğurlu vəkil Klement Vellandiqam 1871-ci ildə birini vurmaqda ittiham olunan müvəkkilinin məhkəməsində vurulan adamın öz-özünü güllələdiyini sübut etməyə çalışanda səhvən dolu silahı götürüb özünü vurub. Beləcə, müvəkkili bəraət qazanıb.

Bəstəkar, orkestr şefi Jan-Batist Lyulli 1687-ci ildə fransız kralı XIV Lüdovik üçün Te Deum adlı əsəri çalanda həyatının axarı dəyişib. Ritmə aludə olan Lyulli bütün gücü ilə çubuğunu ayağına vurub. Bir müddət sonra ayaq barmağı qanqren olan Lyulli barmağının kəsilməyinə razı olmayıb və dünyasını dəyişib.

# 4324 dəfə oxunub

Oxşar xəbərlər

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

12:04 25 iyul 2026
Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

11:00 25 iyul 2026
Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər