Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?
4 noyabr 2025
# 13:20

4 noyabr tanınmış italyan rəssam Quido Reninin doğum günüdür.

Kulis.az bu münasibətlə görkəmli sənətkarın həyatı və yaradıcılığı ilə bağlı materialı təqdim edir.


Barokko dövrünün görkəmli rəssamı Quido Reni 1575-ci ildə İtaliyanın Bolonya şəhərində anadan olub.

Reni, əsasən son dərəcə dekorativ rəsmləri ilə tanınır. O, sənətkarlıq fəaliyyətinə əvvəlcə flamand mənşəli rəssam Denis Kalvaertin emalatxanasında başlayıb.

Daha sonra isə yeni qurulmuş və dövrü üçün daha irəlidə olan bir incəsənət məktəbinə keçib. Bu məktəbi idarə edən Karracci ailəsi, Reninin sənətinə müəyyən təsir göstərib.

Onlar, Reninin əvvəlki ustadı Kalvaert tərəfindən müdafiə edilən manyerizm (Avropa incəsənətində İtaliya yüksək intibah dövrünün son mərhələsinə verilən ad) cərəyanına açıq şəkildə qarşı çıxırdılar.

Karraccilər sənətin Renessansın böyük ustalarının - Rafael, Titsian və Veronezenin realizminə qayıtmalı olduğuna inanırdılar.

Reninin şəxsi həyatı sənət tarixçiləri üçün hər zaman bir sirr olaraq qalıb. İtalyan rəssamın qadınlardan qorxduğu məlum idi — bu qorxu yalnız bir qadının toxunuşu ilə zəhərlənə biləcəyinə dair təsəvvürlərlə ifadə olunurdu.

Bəziləri onun homoseksual ola biləcəyini irəli sürsə də, digərləri onu tənha bir münzəvi kimi təsvir edir.

Reni Romanı çox sevirdi və bu böyük mədəni şəhərdə uzun illər yaşayıb. Onun idealı məşhur italyan rəssamı Karavakko idi.

1603-cü ilə aid olan “Müqəddəs Pyetrusun çarmıxa çəkilməsi” adlı əsərində Reni, Karavaccionun dərin kölgələri təsvir etmə tərzini təqlid etməyə çalışmışdı.

Bununla yanaşı, o, fiqurların rəsmi pozaları və kompozisiyanın diqqətlə qurulmuş simmetriyası vasitəsilə Boloniya klassisizmini qorumağı bacarmışdı.

Lakin qısa müddət sonra Reni bu iki üslub arasındakı tarazlığın narahatedici bir uzlaşma olduğunu başa düşdü və bu gün "barokko klassisizmi" adlandırdığımız daha dəqiq bir ifadə formasına yönəldi.

Bu istiqamət ona böyük uğur gətirdi və o, Annibal Karraccinin yerinə Romada barokko klassisizminin ustası kimi qəbul edildi.

Reninin Romadakı "Pallavicini-Rospigliosi" sarayında çəkdiyi məşhur “Avrora” freski onun sənətkarlığının parlaq sübutudur: əsərdəki canlılıq və yunan incəliyi rəssama haqlı olaraq dövrünün lider mövqeyini qazandırdı.

1614-cü ildə rəssam doğma şəhəri Boloniyaya qayıtdı və burada formalist üslubunu daha da gücləndirdi.

Onun “Atalanta və Hippomenes” adlı əsərindəki soyuq, şəxsiyyətsiz çılpaq fiqurlar qədim mərmər heykəllərin fraqmentlərini xatırladır.

Yetkin bir sənətkar kimi Reni rəsmin üslubunu inkişaf etdirməyə davam etdi.

“Kleopatra və çələngli qız” kimi yağlı boya əsərlərində artıq fiqurların daha detallı pozaları və ya bədən xətləri görünmür.

Reninin fırça hərəkətləri daha sərbəst olur, rəngləri incə və yüngül toxunuşlarla çəkirdi.

Rəssam bütün rəngləri boz bir fon üzərinə yerləşdirir və nəticədə əsərlərinə xas olan solğun, dumanlı bir görünüş yaranırdı.

Quido Reni barokko dövrü sənətinə həm klassik nizam, həm də emosional dərinlik gətirən nadir rəssamlardan biridir.

Onun əsərlərindəki zərif harmoniya və insani duyğuların poetik ifadəsi onu Avropa rəssamlıq tarixinin ən incə ruhlu ustalarından birinə çevirib.

# 138 dəfə oxunub

Oxşar xəbərlər

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər