Osmanlının çöküşü türk mədəniyyətinə necə təsir göstərdi?

Osmanlının çöküşü türk mədəniyyətinə necə təsir göstərdi?
29 iyun 2023
# 09:00

Kulis.az türk miniatür sənəti haqqında maraqlı faktları təqdim edir.

Türk miniatür sənəti türk mədəniyyətinin mühüm tərkib hissəsi olan ənənəvi rəssamlıq sənətidir.

Sənətin tarixi Orta Asiyanın qədim sivilizasiyalarına, o cümlədən, hun, göytürk və uyğur tayfalarınacan uzanır. Lakin Osmanlı imperiyası dövründə türk miniatür sənəti zirvəyə çıxıb. Osmanlı imperiyası XIV əsrdən XX əsrin əvvəllərinə qədər Avropa, Asiya və Afrikada geniş əraziləri əhatə edib. İmperiya mədəni müxtəlifliyi ilə tanınıb.

Türk miniatür sənətinin kökləri Orta Asiyanın qədim sivilizasiyalarına, o cümlədən hun, göktürk və uyğur tayfalarına gedib çıxır.

Osmanlı sultanları və aristokratları rəssamlara himayədarlıq edib, möhtəşəm miniatür rəsmləri çəkdiriblər. Bu sənət əsərləri Osmanlı elitasının saraylarını, əlyazmalarını və digər dəbdəbəli əşyalarını bəzəyib.

Osmanlı döneminde Türk minyatür sanatı gelişerek saray kültürünün ayrılmaz bir parçası haline gelmiştir.

Şəyirdlik sistemi, ustaddan şagirdə keçən texnika miniatür sənətinin nəsillər boyu qorunub saxlanmasını və inkişafını təmin edib.

Osmanlı imperiyasının tənəzzülü türk miniatür sənətinə də təsir edib. Osmanlı hökumətinin qərbləşmə səyləri nəticəsində ənənəvi sənətlər kölgəyə düşdü. Düzdür, Türk miniatür sənətinin populyarlığı azalıb, ancaq unudulmayıb.

"Nakkaş" və ya miniatür rəssamları kimi tanınan rəssamlar son dərəcə istedadlı idilər və "Nakkaşhane" kimi tanınan imperator emalatxanalarında yetişdirdilər.

Bu miniatürlərdə saray mərasimlərindən, məclislərindən, sultanların və ailələrinin gündəlik həyatından səhnələr sərgilənib. Hökmdarların və zadəganların incə detallı miniatür portretləri Osmanlı imperiyasının əzəmətinə işıq salıb. Dəbdəbəli geyimlər, quruluşlar və mərasim ayinlərinin təsvirləri Osmanlı sarayının möhtəşəm ab-havasını əks etdirib.

Türk miniatürlərində tez-tez Osmanlı sarayının və hökmdarlarının zəngin həyat tərzi təsvir edilirdi.

Rəssamlar flora və faunanı incəliklə təsvir etməklə türk torpağının təbii gözəlliklərini tərənnüm edən mürəkkəb səhnələr yaradıblar. Bu təsvirlər rəssamların sənət bacarıqlarını nümayiş etdirməklə yanaşı, həm də türk mədəniyyətində təbiətə ehtiramı göstərib.

Doğa ve manzara, Türk minyatür sanatında yinelenen temalardı. Minyatür resimler dağlar, nehirler, bahçeler ve gür yeşillikler de dahil olmak üzere Türk manzaralarının güzelliğini yakalamıştır.

Din xadimlərinin, müqəddəslərin təsvir olunduğu ruhani simvollu miniatürlər çox yayılıb. Bu sənət əsərləri türk xalqının sədaqətini, mənəvi inancını əks etdirir. Onlara, həmçinin, dini, mənəvi axtarışı təmsil edən mistik elementlər və sufi simvolizmi də daxildir. Bir növ, miniatür rəsmlər dini rəvayətlərin və təlimlərin şəkilli izahlarıdır.

Çox vaxt miniatürlərdə dini mətnlər, aqioqrafiyalar və müqəddəslərin hekayələri təsvir edilir.

Türk minyatür sanatında din ve mistisizm önemli bir yer tutar.

Həmçinin, sənətkarlar Osmanlı imperiyasının mühüm hərbi yürüşlərini, fəthləri, zəfər səhnələrini də işləyirdilər. Bu miniatürlər Osmanlı hökmdarlarının zəfərləri, ordunun qəhrəmanlıqları haqda əyani vəsaitdir. Rəssamlar döyüşlərin şiddətini, strateji manevrləri, əskərlərin hərbi geyimlərini məharətlə təsvir edərək imperiyanın hərbi qüdrətinə diqqət çəkib.

Türk minyatürleri genellikle önemli tarihi olayları ve savaşları tasvir etmiştir.

Ədəbi əsərlər üçün xeyli illüstrativ miniatürlər çəkilib. Rəssamlar fırçayla hekayələri, obrazları canlandırıblar. Həm də miniatür illüstrasiyalar oxucuların kitaba, oxumağa marağını artırırdı.

Türk minyatür sanatı edebiyat ve şiirden de ilham almıştır.

Miniatürçülər detallar önəmlidir. Onlar duyğuları, mimikaları məharətlə işləyiblər.

Miniatür portretlər subyektlərin təkcə zahiri görünüşünü yox, həm də onların sosial vəziyyətini, xarakterini göstərir.

Türk miniatür sənətinə fərdlərin şəxsiyyətləri haqqında intim fikirlər verən portretlər və xarakter tədqiqatları daxildir.

Türk miniatürləri sarayın əzəmətindən təbiətin sakitliyinə, mənəvi dərinlikdən tarixi hadisələrəcən, - mədəniyyətin, tarixin güzgüsüdür.

Türk miniatür sənətində mövzu və sujet rəngarəngliyi bu sənət növünün zənginliyini və çoxşaxəliliyini üzə çıxarmışdır.

Nəqqaş Osman XVII əsr türk miniatür sənətinin qabaqcıllarından olub. O, Sultan IV Muradın saray rəssamı kimi fəaliyyət göstərib, saray həyatını, müharibələri və tarixi hadisələri əks etdirən miniatürlər çəkib. Duyğuları detallı şəkildə əks etdirmək bacarığı onun türk miniatür sənətindəki yerini daha da möhkəmləndirib.

Türk miniatür sənəti tarixi boyu bir çox mühüm sənətkar və məktəb yetişdirmişdir.  Burada bir neçə məqam var:

Rəsm emalatxanası yaradan, xeyli tələbə yetişdirən Nəqqaş Osman miniatür sənətinə adını portretləriylə yazdırıb, ancaq onun üslubu, ahəngdar kompozisiyaları, zərif fiqurları və vasvası detalları sənətin inkişafına ciddi təsir göstərib.

Şahkulu-zadə Əhməd Əfəndi kimi də tanınan Şahkulu 18-ci əsrdə yaşamış uğurlu rəssam və müəllimdir.

Türkiyədə və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən qurumlar, muzeylər və incəsənət akademiyaları sərgilər, tədqiqatlar və təhsil proqramları vasitəsilə türk miniatür sənətini təbliğ etməyə çalışır.


# 2333 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #