“Nine Senses Art Center”da “Hekayələrin elçiləri” adlı sərgi keçirilib

“Nine Senses Art Center”da “Hekayələrin elçiləri” adlı sərgi keçirilib
19 sentyabr 2025
# 10:21

“Nine Senses Art Center” və gənc rəssam Zeynəb Babayevanın birgə əməkdaşlığı ilə “Hekayələrin elçiləri” adlı sərgi təşkil olunub.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində satışdan əldə edilən gəlirin bir hissəsi GWARP sığınacağının xilasetmə proqramlarına və yardıma ehtiyacı olan heyvanların rifahına yönəldiləcək.

Tədbirdə çıxış edən “Nine Senses”in direktoru Natalya Jukova sərginin təşkili barədə danışarkən deyib: “Bu gün biz həm heyvanlara kömək etmək üçün vəsait toplamaq məqsədilə hərrac təşkil edirik, həm də müasir incəsənət üçün orijinal əsərlər yaradan çox istedadlı gənc rəssamın sərgisini keçiririk. Bu, saf sənətdir. Zeynəbin parlaq gələcəyi var”.

Xalq rəssamı, professor Fuad Salayev diqqətə çatdırıb ki, müəllifin əsərlərində hər heyvanın baxışını, xarakterini sevgi ilə yaratdığını görmək mümkündür. O, rəssamın yaradıcılığına dəstək verməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, “Azərxalça”nın kreativ direktoru, sənətşünas Əsmər Babayeva bildirib ki, müəllif əsərlərində heyvanların daxili dünyasını açır. Onun sözlərinə görə, Zeynəb müasir yanaşmaya sahibdir və cəsarətlə müxtəlif alətlərdən istifadə etməyi bacarır.

# 157 dəfə oxunub

Oxşar xəbərlər

Zərdabinin qızına övladlığa verilən, mədəniyyət naziri olan Xalq artisti

Zərdabinin qızına övladlığa verilən, mədəniyyət naziri olan Xalq artisti

15:05 19 sentyabr 2025
Amerikalı aparıcı Trampdan üzr istəmədiyinə görə işdən çıxarıldı

Amerikalı aparıcı Trampdan üzr istəmədiyinə görə işdən çıxarıldı

14:50 19 sentyabr 2025
6 il həbs olunan, oğulluqdan çıxarılan Emil Rəhmanoğlu kimdir?

6 il həbs olunan, oğulluqdan çıxarılan Emil Rəhmanoğlu kimdir?

14:49 19 sentyabr 2025
 "Dərviş” şüşə xalçası   Sofiyada təqdim olundu

"Dərviş” şüşə xalçası Sofiyada təqdim olundu

14:35 19 sentyabr 2025
Müğənninin çirkli corabları satışa qoyuldu

Müğənninin çirkli corabları satışa qoyuldu

14:10 19 sentyabr 2025
UNESCO-da Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib

UNESCO-da Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib

13:50 19 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər