Gəlin, maskalarımızı çıxaraq - Emil Əskərov

Gəlin, maskalarımızı çıxaraq - Emil Əskərov
10 noyabr 2023
# 15:00

Kulis.az Emil Əskərovun "Maskasız" yazısını təqdim edir.

Maska – hər zaman aldatmağa meylli!

Maska – aldatmaq üçün yaradılmış bir nəsnə!

Maska – olanı gizlətməyə, olmayanın təqdimatına yönəli bir silah!

Dünyada hər şey birtərəfli yox, çoxtərəfli anlayışlara sahib bir bazisin içindədir.

Qədim zamanlarda pis ruhlardan qorunmaq üçün maskadan istiadə edirdilər.

Gəlin, maskalarımızı bir kənara qoyaq və səmimi olaq.

Gəlin, maskalarımızı çıxaraq və səmimi söhbət edək.

Gəlin, maskaların arxasında gizlənsək belə, bu yazı bitənə qədər səmimi olaq…

Maska Azərbaycan cəmiyyəti üçün ən aktual, ən məhşur bir nəsnə. Nədən ki, Covid-19 xofu hələdə canımızda… Bəlkə o xofa görə də, maska sözünü eşidən televiziyaya pərçimlənəcək və teatr haqqında eşidəcək… Teatrı bir dəfə görən isə ondan bir də ayrılmaz…

Bu gün Azərbaycan cəmiyyətində teatrın aktuallığı sıfır səviyyəsindədir, bu gün Azərbaycanda teatr heç kimin yadına düşmür. Bir vacib nəsnə ki, cəmiyyət içrə öz aktuallığını itirib, onu populyar kulta çevirmək istəyənlərə dəstək göstərmək boynumuzun borcudur.

Böyük Atatürk deyirdi ki, teatr bir millətin kültür aynasıdır.

Teatr bir millətin mədəni səviyyəsinin göstəricisidir.

Ulu Öndər Heydər Əliyev bütün zamanlar üçün Azərbaycan teatrının ən böyük, ən yaxşı tamaşaçısı olub.

Milli Peşəkar Azərbaycan Teatrının yaranmasının 150 illlik yubileyi ərəfəsində Azərbaycan Televiziyasının Mədəniyyət kanalında “Min maska” verilişi bəlkə də milli efir məkanının teatr adamlarına, teatr xadimlərinə ən böyük təbrik, qucaq dolusu ünvanladığı ən ali hisslər idi…

Bu həm də cənab Prezident İlham Əliyevin mədəniyyətə və teatr adamlarına göstərdiyi qayğının nəticəsidir ki, 2023-cü ildə Azərbaycan tetarının 150 illik yubileyi dövlət səviyyəsində qeyd edilir və müvafiq Sərəncam imzalanıb.

Mədəniyyət və incəsənət xadimlərinin ən sevimli televiziya kanalı olan Mədəniyyət tv bu mövsümdə əziz tamaşaçılarına və ələlxüsus da, teatr xadimlərinə böyük bir sürpriz elədi, eksklüziv teatr hadisəsinə imza atdı.

Verilişin isminin Maska seçilməsi isə təsadüfi deyil. Maska – yozduqca yozulan, mənalar bolluğunda sayrışan, teatr üçün ən müqəddəs simvoldur, maska teatrın Məkkəsi və Mədinəsidir…

Maskasız teatr olmaz, maska olmayan yerdə teatr süquta uğrayır… Maskadır teatrın varlığını şərtləndirən amil…

Yahu, nə gözəl bir isim seçilmiş bu verlişə… Yoz yoza bildiyin qədər… Mənalar bolluğu səni teatrın semyozisinə sürükləyəcək.

Gənc teatrşünas, teatrşünas-qazi, istetadlı bir Azərbaycan igidinin məhz bu verilişə aparıcı kimi seçilməsi də yəqin ki, Mədəniyyət kanalının Cənab Prezident İlham Əliyevin gənclər siyasətinə dair apardığı məqsədyönlü fəaliyyətinin ən adekvat addımlarından biri idi.

Dağlar Yusif Əfəndinin bu verilişə aparıcı kimi seçilməsi də təsadüf deyil, məhz zərurətdən doğan gözəl bir faktdır. Bu gün onun qədər fəal gənc teatrşünas tapmazsan, əlində çıraq çıx axtar… Dağlar bu gün teatrın içindən boylanan, teatrdan danışan bir gəncdir. Bunu teatr xadimlərimiz əzbərə bilir. Qoy bütün Azərbaycan buna şahid olsun. Çox sağ ol, Mədəniyyət kanalı!

Veriliş bütövlükdə teatr xadimlərinin yaradıcılığı, onların sənət bilikləri, sənət təcrübələrinin öyrənilməsi baxımından da İncəsənət təhsili verən ali təhsil ocaqlarında dərs vəsaiti kimi istifadə olunmağa namizəddir.

Kəsişən paralellər müstəvisində bu il ölkəmiz üçün vacib və taleyüklü bir ildir.

Bu il Azərbaycanda Heydər Əliyev ilidir.

B il Azərbaycan Teatrının 150 yaşı tamam olur.

Bu il Azərbaycan lokal xarakterli antiterror əməliyyatları apararaq Cənab Ali Baş Komandanın rəhbərliyi altında daha bir möhtəşəm qələbəyə imza atdı.

Bu gün inkişaf edən Azərbaycan dövlətinin təməl dayaq prinsiplərindən biri də mədəniyyət siyasətidir. Bu mədəni dəyərlərin bötövlüyünü təmin edən ən əsas incəsənət növlərindən biri isə teatrdır.

Təşəkürlər Azərbaycan televiziyası, təşəkkülər Mədəniyyət kanalı!

Azərbaycan teatrının televiziya kontekstində ən gözəl təbliğinin eksklüzivliyi mədəniyyətimizin bayraqdarı Mədəniyyət kanalına aiddir.

# 4638 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
#
#
# # #