Filmləri qadağan olunan aktrisa - İnqrid Berqman

Filmləri qadağan olunan aktrisa - İnqrid Berqman
26 noyabr 2022
# 17:00

Kulis.az Samirə Əşrəfin tərcüməsində aktrisa İnqrid Berqman haqqında yazını təqdim edir.

On iki yaşlı tənha…

İnqrid Berqman 1915-ci il avqust ayının 15-də İsveçrənin Stokholm şəhərində anadan olub. Ondan əvvəl isə ailənin iki uşağı doğulduqdan sonra tələf olmuşdular. Bu səbəbdən də İnqrid ailənin əzizinə çevrilir. İki il əvvəl doğulmuş İsveç şahzadəsinin şərəfinə onun adını da İnqrid qoyurlar.
Körpənin anası Fridel Berqmanı böyük məhəbbətlə sevən Yustus Samuel Bergman qızının üç yaşı olan zaman gözlənilməz faciə ilə qarşılaşır.

Belə ki, İnqridin üç yaşı tamam olanda anasını itirir. Yenidən evlənməyi rədd edən atanın köməyinə mərhum arvadının bacısı çatır. Xala öz bacısı qızının tərbiyəsində mühüm rol oynayır.

Böyük rəssamlıq istedadına sahib olsa da, ailəsini dolandırmaq üçün fotolar çəkməklə məşğul olan ata qızının teatr və kinoya olan həvəsini bildiyi zaman ona dəstək olacağına söz verir. O, qızını tez-tez dram teatrına, kinoteatra aparır. Lakin, tale elə gətirir ki, İnqridin on iki yaşı olanda çox sevdiyi insan atası dünyasını dəyişir.

Bir həftə sonra isə ona analıq etmiş xalası həmişəlik gözlərini yumur. Valideynlərini və xalasını itirən İnqridi beş uşaqlı ailənin sahibi olan kasıb əmisi Otto Berqman öz himayəsinə götürür. Yetkin yaşa doğru irəliləyən İnqrid Berqman atasından qalma fotoaparatı və uşaq vaxtı atası tərəfindən çəkilmiş kiçik şəklini əziz xatirə kimi qoruyub saxlayır.

Hollivuda gedən yol

İnqrid on yeddi yaşında əsası 1788-ci ildə qoyulmuş Avropanın ən böyük dram teatrına daxil olur. Lakin, bir neçə ildən sonra ,o, kinodakı karyerasına görə teatrdan uzaqlaşır. Aktrisa həyatının ən çətin vaxtında Petter Lindstermlə tanış olur. Gözəl həkim və yaxşı ər olan Petterlə tanış olandan sonra İnqrid onunla ailə həyatı qurur.

Onların Pia adlı qız övladları dünyaya gəlir. Hollivudun ən məşhur film prodüsseri olan Devid Selznik “İntermezzo” filmində çəkilməsi üçün İnqrid Berqmanı Hollivuda dəvət edir. 1939-cu ildə ekranlaşdırılan bu filmin hər həftəsi üçün 2500 dollar gəlir əldə edəcək aktrisa ilk əvvəl dəvəti rədd etmək istəyir. Lakin ərinin təkidi ilə ,o, Amerikaya gedir.

Həmin filmdən sonra Berqman 1941-ci ildə “Həkim Cekill və mister Xayd” filminə də çəkilir. Daha sonra Selznik aktrisa ilə Amerikada qalmaq şərti ilə müqavilə bağlayır. Tezliklə qızı və əri də onun yanına Amerikaya gəlirlər. Karyerasında yüksəliş dövrünə qədəm qoyan aktrisanın əri isə onun menecri və kino sahəsindəki rəhbəri olur.

Humphrey Bogart and Ingrid Bergman smiling and toasting to a drink in  Casablanca. 1942 : r/OldSchoolCool

Kasablanka

1942-ci ildə Selznik yenidən İnqridə “Kasablanka” filminə çəkilmək təklifi edir. Maykl Ketrisin rejissorluğu ilə lentə alınan filmdə aktrisa İlza Lund rolunu İnqrid ifa edir. Film 1943-cü ildə ən yaxşı filmi kimi “Oskar” mükafatı qazanır. İnqridin tərəf müqabili Xamfri Boqart da ən yaxşı aktyor oyununa görə mükafat əldə edir. İnqrid isə mükafatsız qalır.

Lakin iki il sonra aktrisa ilk “Oskar”ını “Qaz işığı” filminə görə əldə edir. O, artıq Amerikanın ən məşhur aktrisaları ilə bir cərgədə dayanır və ən tələb olunan aktrisaya çevrilməyi bacarır. Elə həmin ərəfədə məşhur rejissor Alfred Hiçkokun “Məhvedən xatirələr” filminə çəkilir. Daha sonra rejissorun daha iki filmində “Oğlaq işarəsi altında” və “Məhəbbətdən üstün” filmlərində də rol alır. Həmin filmlər aktrisanın ən parlaq işi kimi yadda qalıb.

İnqridin şəxsi həyatında da ciddi dətyişikliklər baş verir. Belə ki, əri ilə yalnız iş münasibətləri olan aktrisa tezliklə ailəsindən soyumağa və həyatında yaranan dərin bir boşluğa yuvarlandığını hiss etməyə bşlayır. Hələ Alfred Hiçkokun “Sevgidən üstün” filminin çəkilişi zaman filmin fotoqrafı Robert Kapa ilə tanış olan aktrisa ilə fotoqraf arasında məhəbbət yaranır.

Ingrid Bergman performances - Wikiwand

Əlaqələrini çəkiliş qrupundan və publikadan ustalıqla gizlətməyi bacaran cütlüyün münasibətindən təkcə Alfred Hiçkok xəbərdar olur. Rejissor sonralar çəkəcəyi “Arxa pəncərə” filmində onların məhəbbət və münasibətlərini filmdə istifadə edir.
1948-ci ildə aktrisa “Müqəddəs Mariyanın zəngi” filmində rahibə Benedik rolunu canlandırır. Bu filmdən sonra o pərəstişkarlarının gözündə müqəddəslik qazanaraq “müqəddəslik rəmzi” hesab olunur. Janna Dark rolu isə bu fikri daha da möhkəmləndirir.

“Ti amo”

1946-cı ildə İnqrid Berqman rejissor Roberto Rosselininin “Roma açıq şəhərdir” filmini izləyir. Həmin filmdən sonra aktrisa rejissora sevgi dolu məktub yazaraq ona olan heyranlığını dilə gətirir: “Əziz Rosselini mən sizin “Roma açıq şəhərdir” filminizi seyr etdim və çox bəyəndim. Əgər sizə ingilis dilini çox yaxşı bilən, alman dilini unutmayan, ortabab fransızca anlayan, italyanca isə “ti amo” səni sevirəm sözündən başqa heç nə bilməyən isveçli aktrisa ilə işləmək lazım gəlsə, mən sizin filmlərinizə çəkilmək üçün yanınıza gəlməyə hazıram. ”

1949-cu ildə İnqrid Rosselinin filminə çəkilmək üçün Romaya gəlir və bir daha Amerikaya qayıtmır. Aktrisanın ərini və azyaşlı uşağını atıb getməsi Amerika cəmiyyətində möhkəm səs-küy yaradır. Onun çəkildiyi filmlər qadağan olunması üçün bir qrup insan protesto edir. Hətta Amerika senatoru Edvin Conson konqresdə bu çıxış edərək deyir: “Böyük bir əxlaqsız hərəkət edən bu qadının filmlərinin Amerika televiziya kanallarından yığışdırılmasını tələb edirəm. Onun etdiyi bu əxlaqsız hərəkət Amerika qadınları üçün qorxunc örnəkdir”.

Senatorun fikrinə tezliklə başqa senatorlar da şərik olurlar. 50-ci illərin əvvəlində baş vermiş bu hadisələr İnqrid Berqmana çox pis təsir edir. İyirmi iki ildən sonra bir neçə senator aktrisadan üzr istəyirlər. Aktrisa həmin vaxtları belə xatırlayır: “O zaman mənə qarşı xeyli insan düşmən mövqeyi göstərdi. Və çoxları mənə xəyanət etdi”.

“Payız sonatası” və son...

Aktrisanın əri İtalyaya gəlib onu fikrindən döndərmək istəsə də, Rosselini aktrisanın ondan ayrılacağı təqdirdə özünü öldürməsi ilə hədələyirdi. Beləliklə İnqrid Berqmanla Piter Lindstrom boşanmalı olurlar. Lakin, Piter düz səkkiz il qızı Pianın İnqridlə görüşməsinə əngəl olur. İnqrid bir də öz qızı ilə ikinci “Oskar” qazanan zaman görüşür.

Ingrid Bergman's struggle against breast cancer | by Rafaella Britto | Cine  Suffragette | Medium

Roberto Rosselinidən İnqridin üç övladı olur. 1951-ci ildə oğlu, 1952-ci ildə isə əkiz qızları dünyaya gəlir. Onlar 1958-ci ilə qədər birgə yaşayırlar. Ərinin qısqanclığı, onu başqa rejissorlarla işləməyə qoymaması aktrisanın karyerasına böyük zərbələr vurur. 1956-cı ildə aktrisa “Anastasiya” filminə çəkilir və üçüncü “Oskar”ı qazanır.

1958-ci ildə ,o, isveçli prodüsser Lars Çmidtə ərə gedir. 1973-cü ildə isə onlar ayrılır. Az keçmir ki, Berqmanda xərçəng xəstəliyi aşkar olunur. Uzun müddət kinodan uzaq düşən aktrisanın növbəti işi isə rejissor İnqmar Berqmanla olur. “Payız sonatası” filmi aktrisaya uğur gətirir.

Sonuncu filmə çəkilərkən ,o, ağır xəstəliklə mübarizə aparır. Qolda Meyeri filmdə canlandıran aktrisa 29 avqust 1982-ci ildə 67 yaşında dünyasını dəyişir. Onun vəsiyyətinə əsasən meyiti yandırılır. Külləri isə dənizə səpilir.

# 3233 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #