Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında
24 iyul 2026
# 14:30

Bu gün görkəmli yapon yazıçı və dramaturq Cuniçiro Tanizakinin doğum günüdür.

Kulis.az müəllif haqqında materialı təqdim edir.

XX əsr yapon ədəbiyyatının qalmaqallı simalarından olan Cuniçiro Tanizaki Qərb modernizmi ilə Yaponiyanın klassik estetikasını məharətlə birləşdirən nadir sənətkarlardandır. Dəfələrlə Nobel mükafatına namizəd göstərilən, Yaponiya Mədəniyyət Ordeninə layiq görülən yazıçı ilk növbədə insan psixologiyasını dərindən təhlil etmək bacarığı ilə seçilir.

Tokioda imkanlı tacir ailəsində doğulan Tanizaki gənc yaşlarından Edqar Allan Po, Oskar Uayld və Şarl Bodler kimi Avropa ədiblərinin təsirinə düşüb. Onun ilk dövr yaradıcılığında, xüsusən də məşhur "Döymə" hekayəsində erotizm, sadomazoxizm, fetişizm və qadın gözəlliyinə pərəstiş kimi mövzular ön planda idi. O vaxtlar qədim yapon adətlərini "geridəqalmışlıq" hesab edən yazıçı Qərbin texnologiyasına və həyat tərzinə böyük heyranlıq bəsləyirdi.

Açıklama yok.

***

Tanizakinin həm şəxsi həyatında, həm də sənətində kəskin dönüş nöqtəsi 1 sentyabr 1923-cü ildə baş verən Böyük Kanto zəlzələsi oldu.

140 minə yaxın insanın öldüyü bu fəlakət nəticəsində onun doğulub boya-başa çatdığı, gənclik xatirələrini və Avropasayağı həyat arzularını bağladığı Tokio gözlərinin qarşısında yerlə-yeksan oldu. Bu hadisə yazıçı üçün dərin psixoloji travmaya çevrildi: o, yalnız evini və əmlakını yox, illərlə pərəstiş etdiyi "Qərbpərəst, modern Tokio" xəyalını da birdəfəlik itirdi.

Açıklama yok.

Fəlakətdən sonra ümidsizliyə qapılan yazıçı Tokionu tərk edərək ölkənin qədim mədəniyyət mərkəzi olan Kansay bölgəsinə köçməyə məcbur oldu. Bu köç onun həyatında böyük ruhi böhrana yol açdı: o, bir tərəfdən itirilmiş gəncliyinin kədərini yaşayır, digər tərəfdən isə arzuladığı modern dünyanın bir anda yox olmasının sarsıntısını keçirirdi.

Lakin məhz bu ağır mənəvi sarsıntı Tanizakini öz köklərinə qayıtmağa vadar etdi. Tokio fəlakətindən sonra o, unudulmaqda olan qədim Yaponiyanı – sakitlik və kölgələrdən ibarət estetik dünyanı yenidən kəşf etdi. Bəlkə də, zəlzələnin gətirdiyi bu dəhşətli itki olmasaydı, onun məşhur "Kölgələrə mədh" essesi yazılmayacaq, XI əsrə aid "Genci monoqatari" (Gencinin hekayəsi) dastanının müasir dilə tərcüməsi heç vaxt baş tutmayacaqdı.

Açıklama yok.

***

Hazırda Cuniçiro Tanizaki yalnız klassik ədəbiyyat tarixində qalan bir yazıçı deyil, Yaponiyada mədəniyyət, kino və milli kimlik müzakirələrində olduqca canlı və aktual fiqurdur. Bunu sübut edən bir neçə fakt var:

Müəllifin "Kölgələrə mədh" essesi bu gün də Yaponiyanın memarlıq, interyer dizaynı, işıqlandırma və moda məktəblərində əsas dərslik kimi öyrədilir. Yaponların minimalist "vabi-sabi" fəlsəfəsini, qaranlıqla işığın harmoniyasını anlamaq istəyən müasir sənətçilər ilk növbədə Tanizakiyə müraciət edirlər.

Yazıçının "Makioka bacıları", "Açar" və "Dəli qocanın gündəliyi" kimi əsərləri müasir rejissorlar tərəfindən dəfələrlə ekranlaşdırılır, teatr səhnələrinə daşınır.

Açıklama yok.

Onun adına təsis edilən və 1965-ci ildən bəri hər il təqdim olunan mükafat Yaponiyanın ən nüfuzlu ədəbi mükafatlarından biridir. Haruki Murakami kimi dünyaca məşhur yazıçıların bu mükafatı qazanması Tanizaki adının müasir ədəbi mühitdəki çəkisini bir daha təsdiqləyir.

# 102 dəfə oxunub

Oxşar xəbərlər

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

18:40 23 iyul 2026
"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

17:00 23 iyul 2026
Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Vağzal oğrusu necə Moskvanın ən çox oxunan yazıçısı oldu? - Rusiyanı fəth edən azərbaycanlı haqqında

Vağzal oğrusu necə Moskvanın ən çox oxunan yazıçısı oldu? - Rusiyanı fəth edən azərbaycanlı haqqında

12:00 21 iyul 2026
Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

15:00 20 iyul 2026
Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

14:00 19 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər