Dağıstanı Azərbaycana birləşdirmək istəyən “xalq düşməni” kim idi?

Dağıstanı Azərbaycana birləşdirmək istəyən “xalq düşməni” kim idi?
26 sentyabr 2023
# 13:03

Kulis.az Fidan Əzraqın yeni yazısını təqdim edir.

Müseyib Şahbazov Mahaçqala şəhərində anadan olub.

İlk təhsilini kənd məktəbində aldıqdan sonra atası ilə Həştərxana gedib, Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirib.

Təhsil aldığı dövrdə Kərim Məmmədbəyov, İsay Yakimoviç, Məzahir Rzayev və başqaları ilə tanışlıq onda ictimai-siyasi məsələlərə maraq oyadır.

undefined

Kərim Məmmədbəyov

Qadağan edilmiş kitablar oxuyan, fəhlə mitinqlərində fəal iştirak edən Müseyib Həştərxanda Nərimanovun başçılıq etdiyi RK(b)P quberniya komitəsi yanında təşkil edilən müsəlman bölməsi ilə əlaqə yaradır və partiya sıralarına qoşulur.

Sonra Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunda təhsilini davam etdirən Müseyib Həştərxanda “Hümmət” təşkilatının katibi, Dərbənd inqilab komitəsinin katibi, RK(b) Cənubi Dağıstan komitəsinin katibi kimi məsul vəzifələrdə çalışır.

1921-ci ildə Sovet Azərbaycanına ayaq basır. Əvvəl əksinqilabla mübarizə aparan FK-da işləməyə başlayır, sonralar Azərbaycan SSR xalq ədliyyə komissarının müavini, AK(b) P MK-nin təbliğat-təşviqat şöbəsinin müdiri kimi məsul vəzifələrdə fəaliyyətini davam etdirir.

Bakı Dövlət Universitetinin Tağı Şahbazidən sonra ikinci azərbaycanlı rektoru təyin edilir.

Tağı Şahbazi Simurğ — Vikipediya

Tağı Şahbazi

1932-1933- cü illərdə “İnqilab və mədəniyyət” jurnalının redaktoru təyin edilir.

Müseyib Şahbazov Azərbaycanda ilk dəfə 1934-cü ildə “Müəllimə kömək” jurnalını nəşr etdirir.

1935-1937-ci illərdə “latın əlifbasına keçidin əhəmiyyəti” məzmunlu məqalələrlə mətbuatda davamlı çıxış edir.

37 yaşında xalq maarif komissarı təyin edilən Müseyib Şahbazovun təşəbbüsü ilə Üzeyir Hacıbəyovun “Koroğlu” operası səhnəyə qoyulur.

Koroğlu (opera)

"Koroğlu" operasının afişası, 1939 il

Opera Moskvada Azərbaycan dekadasında nümayiş etdirilir və Stalin ona avtoqraflı saat, patefon bağışlayır.

1936-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilən Müseyib Şahbazovun 1937-ci ildə bir gecə qapısı döyülür.

Müseyib Şahbazov yoldaşına: “Lyuba, bir anlaşılmazlıq var. Mən tezliklə qayıdacağam.” – deyir.

Müseyib bəyin iki qız övladı olub: Svetlana və Leyla. Leyla Şahbazova Azərbaycan SSR əməkdar hüquqşünası idi.

Mircəfər Bağırovun Stalinə göndərdiyi məktubda “şübhəli” kimi qeyd edilən üç siyasi xadimdən biri də Müseyib Şahbazov idi.

Digərləri isə Ruhulla Axundov və Eyyub Xanbudaqov.

Ruhulla Axundov — Vikipediya

Ruhulla Axundov

Ona “millətçi” damğası vurulmuşdu. Sonradan əməlində heç bir cinayət tərkibi olmadığı müəyyən edildi və bəraət aldı.

Onun ən böyük arzusu Dağıstanın Azərbaycana birləşdirilməsi idi və yaxın dostu Kərim Məmmədbəyov(Dağıstan MSSR Xalq Komissarları Sovetinin sədri) ilə birgə bu yolda fəal mübarizə aparır.

Nəriman Nərimanovla əməkdaşlıq edirdilər. Məhz Dağıstanın azərbaycanlı kommunistlərinin, Nərimanov və yoldaşlarının sayəsində həmin dövrdə Dağıstanın rəsmi dili Azərbaycan türkcəsi idi...

# 2447 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #