Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi

Cahit Berkay kimdir? - Ən yaxşı 5 film musiqisi
3 avqust 2026
# 13:00

Bu gün məşhur türk bəstəkar Cahit Berkayın doğum günüdür.

Kulis.az sənətçinin beş film musiqisini təqdim edir.

1. Selvi Boylum Al Yazmalım (1977)

Yeşilçam dövrünün ən məşhur ekran işlərindən hesab olunan bu film sevgi və əməyin fəlsəfəsi haqqındadır. Film Atıf Yılmaz tərəfindən görkəmli qırğız yazıçı Çingiz Aytmatovun "Qırmızı yarpaqlı qovağım mənim" povesti əsasında çəkilib. Filmdə əsas rolları Türkan Şoray və Kadır İnanır canlandırır.

2. Dila Hanım (1977)

Orhan Aksoy tərəfindən Necati Cümalının eyniadlı romanı əsasında çəkilən bu filmdə də əsas rollarda Türkan Şoray və Kadir İnanır çəkilib.

Dila adlı qadın əri İhsan bəyin torpaq üstündəki dava zamanı öldürüldüyünü öyrənir.O, ərinin qatili Karadağlı Rızadan intiqam almağa söz verir.Dila kimliyini bilmədən Rıza ilə qarşılaşır və ona aşiq olur. Həqiqət ortaya çıxanda isə vicdan əzabı başlayır.

3. Devlerin Aşkı (1976)

Biznesmen Süreyya bəyin rəqibləri onu öldürmək istəyirlər, ancaq Tarık adında bir gənc Süreyyanın həyatını xilas edir. Borcunu ödəmək üçün Tarıkı yanında işləməyə razı salan Süreyya bəy bir müddət sonra onu özünün sağ əli edir. Lakin onun aşiq olduğu qadın Tarıkın keçmiş və unuda bilmədiyi sevgilisi Türkandır və bir qadın ucbatından iki dost bir-birinə düşmən kəsilir.

4. Çiçek Abbas (1982)

Dramdan fərqli olaraq bu musiqi tragikomik elementləri və "küçənin səsini" ritmik şəkildə özündə əks etdirir. İlyas Salman və Şener Şenin unudulmaz atışma səhnələrinin dinamikası məhz Berkayın bu enerjili və ironik melodiyası üzərində qurulub.

5. Bodrum Hakimi (1976)

Kədərli, dərin və bir o qədər də tənha bir atmosfer yaradan, Cahit Berkayın musiqi dünyasını hərtərəfli göstərən əsər. Melodiya hüquq, cəmiyyət və faciələr arasında sıxılıb qalmış bir qadının daxili dünyasının tərcüməsi kimidir.

# 491 dəfə oxunub

Oxşar xəbərlər

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
Mətnlərarası əlaqə qeyri-səlis məntiq prizmasından...   - Kamal Abdulla "ya canlı, ya ölü" dixotomiyasını necə sarsıdır?

Mətnlərarası əlaqə qeyri-səlis məntiq prizmasından... - Kamal Abdulla "ya canlı, ya ölü" dixotomiyasını necə sarsıdır?

10:00 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər