Bədii mətndə dil üslubu – Esse

Bədii mətndə dil üslubu  – Esse
12 may 2022
# 14:30

Kulis.az İbrahim İbrahimlinin “Bədii mətndə dil üslubu” essesini təqdim edir.

Hər bir mətnin fərdi yazı tərzi, fərdi dil üslubu var, ədəbi dil elə bir vasitədi ki, onsuz istədiyini, iddiasında olduğunun tapa bilməzsən, yazının mahiyyətini aydın görməyi bacarmazsan. Bədi mətn və ədəbiyyat elə bir anlamdır ki, o daima yeniləşmə, hansısa ədəbi məqamdan ötrü yazıçının müəyyənləşməsini və dərin duyum tələb edir. Bu müəyyənləşmə də, dərin duyumuda bədi mətni yaradan yazıçıdan və yazıçının istedadının qədərindən asılı olur. Əgər hansısa yazıçı və ya şair, dramaturq, ssenarist, esseist, filosof və sair hər yazdığı mətndə onun dil üslubunda yaxşı mənada dəyişiklik olmursa deməli o istedadsız, hansısa yazı mərhələsi keçirməyi bacarmayan bir yazardır, bir düşüncə adamıdır. Bir yazıçının yazdığı müxtəlif mətnlərdə dil üslubu heç vaxt eyni ola bilməz, əgər istedadlıdısa onun yazılarındakı dil üslubunda mütləq yeni cəhətlər, yeni mənalar varlığını göstərəcək, cəmiyyətdən ötrü yeni fikirlər formalaşdıracaq, yazıçının ömrü uzunu yazdığı mətnlərdə bir dil üslubundan, bir dil formasından istifadəsi mümkün deyil, o hər yazıda mütləq böyük, yaxud kiçik ədəbi mərhələ keçməlidir, dil üslubunun bir qatlı olması mənasız tənqidçilərin uydurduğu utopiyadır, axı dil bu dünyada olan çox anlayışlar kimi daima hərəkətdədir.

Mətn var rəvan dil tələb edir, mətn var fəlsəfi dil tələb edir, mətn var xüsusi ləhcə tələb edir, mətn var intellektual dil tələb edir və sair. Dünya ədəbiyyatında elə yazıçılar var ki, yazdığı romanda dili ağır, fəlsəfi dilə yaxın olsada o yazar varlığından sonra böyük bir yeniliklər qoyub gedə bilibdir və o yazıçı dünya ədəbiyyatının siması kimi qəbul edilibdir. Çoxlarından eşitmişəm ki - əsasəndə qəzet və jurnal naşirlərindən - hər bir yazarın əvvəlcədən müəyyənləşmiş bir dil üslubu var və o yazar ömrünün sonuna kimi bütün yazılarını həmin dil üslubunda yazıbdır (qeyd edim ki,görünür o naşirlər yaxşı mənada dəyişməyi bacarmırlar). Əgər biz ədəbiyyatımızın böyük nümayəndəsi İsa Muğannaya və onun yaradıcılığına bu cür köhnə üsulla yanaşsaq o halda onun “İdeal” romanını necə oxuya bilərdik, necə dəyərləndirə bilərdik, deyilən formada olsaydı gərək biz həmişə bəhanə gətirəydik ki, “İdeal” romanının dili ağırdır və yaxud fəlsəfi dildir bu romanı oxumaq olmur, dili çox qarşıqdır və sair. Fikirmcə bədii mətndə ən vacib rolu bədii istedad oynayır, onun istedadı elə olmalıdırkı onun təmas qurmaq istədiyi gerçəklik və yazdığı mövzuda mahiyyət əsas məqama, əsas dayaq məqamına çevrilsin.

Əgər bizlər böyük italiya yazıçısı Umberto Ekonun romanlarının dilinə və dil üslubuna baxsaq o halda görərik ki, bu yazıçının dili sırf fələsfi və intellektual dilin müxtəlif qatını ifadə edir və həm də ləng oxunur, onun mətnində elə yerlər olur ki, ilk anda o mətni qavramaq olmur, gərək olduqca diqqətli olasan, buna baxmayaraq onun romanları dünyada kifayyət qədər oxunan yazıçıdır, dünya ədəbiyyatında yeri olan bir yazıçıdır, yaxud dünyaca məhşur filosofu Hegelin dili ən qatmaqarışıq fəlsəfi,intellektual dillərdən biridir, çox adam onu oxumağa hövsələ tapmır, belə olan halda bizlər durub bu məhşur filosofu inkar edək, ya da ki, onun yazdıqlarını qəbul etməyək, ona lazımsız, heç bir düşüncə yeniliyi olmayan bir filosof kimi yanaşaq, axı bu mümkün deyil, Hegel nəinki yaşadığı dövür, həmçinin iyirminci yüzilliyini fələsəfəsini müəyyənləşdirən bir filosofdu.

Ona qarşı bu yanaşma qətiyyən düz deyil,bu məsələyə bəsit və səthi bir yanaşmadır. Yazıçının mətndəki dilinin fəlsəfi və intellektual olması heç kimi qorxutmamalıdır. Buna anlaşıqlı bir prinsipnən yanaşmaq lazımdır. Söhbəti gedən yazıçıların və filosofu səviyyəli bir formada təbliğ etmək lazımdır, lap lazım gəlsə onun yaradıcılığını mütləqləşdirmək lazımdır, məncə o halda onu oxuyan oxucu bir intellektual olmaq şansına, intellektual olmaq imkanına daha yaxın olur, axı oxucu digər mənasız mətni oxuyanda bu haqda heç bir şansı qazanmır. Fikirmcə mətndə hansısa yazıçının adi, hazırlıqsız oxucunun səviyyəsinə enməkdənsə yazıçının intellektual mətni ilə həmin oxucunu çəkib fərdi səviyyəsinə yüksəlməsi daha effektlidi, hansısa istedadlı yazçının oxucunun səviyyəsinə enməsi məqsədəuyğun deyil. Bu asanca total cahilliyin yaranma tərəfidir,bu şüurlu formada kultno (mənəviyyatın inkarı-İbrahim İbrahimli) anlamını qəbul etməkdir,o şeyi dərindən yaşamaqdır, bir də ki, əgər yazıçı, şair və sair yazdıqlarında, bədi mətnin içində yaxşı mənada dəyişməyi bacarmırsa deməli o yazıçı çox istedadsızdır. Məncə yazıçı daima bir dil üslubunda yazmalıdır fikiri bizlərə totalitar təfəkkür tərzindən, mahiyyətsizlikdən qalan bir şeydir. Hər bir yazıçının fərdi dünyası, hər bir şeyə fərdi baxışı var və o hər bir halda yazı tərzində, dil üslubunda şəxsi varlığını ortaya çıxarır, məncə intellektual, fəlsəfi dil üslubu yazarın iç dünyasının nəticəsidir, yazdığı mətnə uyğun olan o dil üslubunu duymasıdır,olduğu kimi qavramasıdır, onu anlaşılmazlıqda ittiham etmək yazıçının yaşamaq imkanına kobudcasına müdaxilə etmək kimi bir şeydi,onun yaradıcılığını təbi axardan çıxarmaqdır, axı yazıçı o dili bilərəkdən yaratmır, o yazıçının varlığının fərdi ifadə üsuludur. Fikirmcə indiki dövürdə dünya elə bir bəsitlik və hər bir şeyə səthi yanaşma məqamına görə elə bir səviyyədədir ki, bizlər oxuculara İsa Muğanna, C.Coys və Umberto Eko kimi yazıçıları təbliğ etməliyik,insanların mənəvi səviyyəsini artımağına biganə yanaşmamalıyıq,bunun çox mükəmməl, çox effektli bir mexanizmini tapmalıyıq.Yuxarıda deyilən o arqumentlər çox əsasızdır, bu əsasızlıqda həm fəlsəfi, həm də intellektual baxımdan mənasızlıqdır.

Hər bir mətndə dil üslubu yalnız mahiyyətə uyğun olmalıdır, əgər sən mətn yazarkən bədii mətnin fəlsəfi mahiyyətini, mənalı tərəfini - hansısa hazırlıqsız oxucunun səni anlamasına görə - o fəlsəfi mahiyyətə uyğun olmayan bir dildə yazsan həmin halda o mətinin əksər mənalı tərəfi, intellektual mahiyyəti tamamilə itəcək,istedadlı yazıçının istədiyi mahiyyəti qətiyyən ifadə etməyəcək,bu onun oxucu ilə səmimi münasibət qurmasına imkan yaratmayacaq,onun yazdığı roman adidəndə adi bir yazı olacaq. Deməli, ən əsası odur ki,yazıçı hər hansı bir yazı yazarkən mətni təbi bir axarda yazmalıdı,o cür təbilikdən çıxıb,nəyinsə xətrinə süniliyə meyl etməməlidi,bu şüurli formada yazıçının mətndə manevir etmək imkanını məhdudlaşdırmaqdır, məncə yalnız bu cür axarda yazdığın sənin varlığının ifadəcisi olar,oxucunun mükəmməllik anlayışı ilə təmas qurmasına mühüm şərait yaradar, sənin yazdığının mahiyyətini dəqiqcəsinə oxucuya çatdıra bilər. Dəqiq deyirəm ki, mətndə dil üslubu hər bir reallığı, gerçəkliyi elə əhatə etməlidir, elə təbii olmalıdır ki, ədəbi hazırlığı olan oxucumu, ədəbiyyatşünasmı həmin yazını oxuyan zaman sənin yazdığını birmənalı formada qəbul etsin. O da romanı sən gördüyün kimi görsün,hətta sənin yazdığın mətndə görmədiyin mənalarıda görə bilsin və o mətndəki hissləri dərindən yaşasın, hər bir şeyə sənin və şəxsi varlığının bucağı kimi münasibət bəsləsin. Fikirmcə bədii mətndə dil üslubu yalnız bu halda mütləq yönümlü olar, hər bir halda yazıdakı məna təbiliyini o dil üslubu vasitəsi ilə təmin edə bilər, ayrı bir üsulla deyil. Mətnin mahiyyəti dil üslubunun elə bir tərəfinə uyğunlaşmalıdır ki, yazıçı yazıda istədiyini ifadə etməyi bacarsın, o mətndə bütün bədi imkanları görsün. Əgər belə olarsa yazıçı mütləq yaratdığı mətndə istədiyinə tam mənada nail olacaq, yazıda istədiyinə çatacaq, bədii mətnin yetərincə mükəmməl olmasını təmin edəcək.Yəni mətnə uyğun olan dil üslubu təbii bir axarda olsa o halda yazıçı yazdığı yazıda, yüksək səviyyədə nəinki yer planetini, nəinki səmanı, hətta Allahın varlığınıda ifadə etmə imkanları olacaq.

# 4491 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #