Anasının dikdabanıyla sənətə gələn məşhur: "Yaraşıqlı kişiləri iştahla yeyirdim"

Anasının dikdabanıyla sənətə gələn məşhur: "Yaraşıqlı kişiləri iştahla yeyirdim"
20 sentyabr 2023
# 21:00

Bu aktrisanı daha necə təqdim etməyiblər: – ən seksual xanım, ən cazibədar xanım, ən gözəl xanım – ən, ən, ən…

İtalyan kinosunun simvolu...

Genuya arxiyepiskopu bir dəfə belə bir zarafat etmişdi: – “Əgər Vatikan insanın klonlaşdırılmasını pisləyirsə, bunu, heç olmasa, Sofi Loren üçün icazə verə bilər”.

Bu gün məşhur aktrisa Sofi Lorenin 88 yaşı tamam olur.
Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


"Belə bir həyatda yaşamaq bu körpənin nəyinə lazımdır? Onu bu həyatda əzab və məhrumiyyətlərdən başqa heç nə gözləmir... Kaş ki ölsə..." - Bu sözləri onun haqqında qonşuları deyirdi. Axı dəniz kənarında yerləşən köhnə dar bir daxmada hansı xoşbəxtliklərdən danışmaq olardı?!
1934-cü il sentyabrında Romada yoxsullar üçün nəzərdə tutulmuş xəstəxanada dünyaya gələn Sofiya Şikollone sonradan məşhur aktrisa, gözəlliyi ilə dünyanı valeh edən Sofi Lorenə çevrildi...

O, mühəndis Ricardo Şikollone və fortepiano müəlliməsi, üstəlik, uğursuzluğun qarabaqara izlədiyi əyalət aktrisası Romilda Villanin qanunsuz qızıdır. Sofiya doğulanda səyyar teatr aktyoru olan atası "aradan çıxır..."
Sofi Loren - "Oskar", "Qremmi", "Qızıl qlobus" alan yeganə aktrisa »  Nostalgiya.az

Ancaq neapollu qız ümidsizliyə qapılmır. Nağıllarda olduğu kimi, elə bir hadisə baş verir ki, onun bütün həyatını dəyişir. Beləcə, heç kimin diqqətini cəlb etməyən arıq, çəlimsiz Sofi böyüdükcə dəyişir.

Təcrübəli aktrisa gözü ilə qızını müşayiət edən ana öz arzularını onun simasında gerçəkləşdirmək fikrinə düşür.

Ana 9 yaşlı qızını teatra gətirir. Həmin axşam baş rolda Titana de Filipponun çıxış etdiyi "Filumen Morturano" pyesi göstərilirdi. Onun ifası Sofini vəcdə gətirir və qız mütləq aktrisa olacağına, məhz həmin rolu oynayacağına and içir.

Anası Romilda qızının gözəlliyinə əmin olduğundan onun fotoşəkillərini gözəllik müsabiqələrinə göndərir...

Nəhayət, Sofi anasının dikdaban ayaqqabısını geyinərək podiuma çıxır. Münsiflər heyətinin diqqətini cəlb edən Sofi qeyd-şərtsiz "Dəniz gözəli" nominasiyasının qalibi olur. Və 35 dollar pul qazanır...
Sophia Loren - Turner Classic Movies

Bir müddət sonra Sofi daha bir gözəllik yarışmasına qatılır. Bu dəfə onun adı Romada keçirilən ümummilli gözəllik müsabiqəsinin qalibləri sırasında çəkilir.
Bu müsabiqə Sofinin həyatında əsaslı dönüş yaradır.

Heç kimin tanımadığı Sofi bir anın içində məşhurlaşır. İtaliyanın ən məşhur jurnallarının üz qabığında şəkilləri çıxan Sofi həyatın firavanlığını duymağa başlayır.

Pul mükafatları, hədiyyələr, ardı-arası kəsilməyən görüşlər, bir-birindən yaraşıqlı libaslar və daha nələr.

Anası Romilda prodüserlərə müraciət edir. Öz karyerasını qura bilməsə də, Romilda ağıllı qadın idi. O, özünün bütün uğursuzluqlarını, kəm-kəsirini dəqiqliklə qiymətləndirərək, cidd-cəhdlə qızının karyerasında bu səhvləri təkrarlamamasına çalışırdı. Sofinin özü də qarşısıalınmaz bir istəklə filmlərə çəkilmək istəyirdi.
Yalnız Neapol dialektində danışmağı bacaran Sofi italyan, ingilis və fransız dillərini öyrənir.

Sophia Loren Returns in Her Son's Netflix Film 'The Life Ahead' - The New  York Times

Bu azmış kimi, özünəinamsızlığın da qarşısını almalı, kino sınaqlarına dəvət olunanda çəkinməməli olur.

Arzularına yetmək üçün prodüserlərin qapısı ağzında saatlarla gözləyir.

Bir ildən sonra Romada gözəllik müsabiqəsində o, "Miss zəriflik" titulu qazanır.

Prodüserlərin, rejissorların diqqətindən kənarda qalmayacağına inanan irigözlü, mükəmməl görkəmli gözəl Sofi, nəhayət, "Afrika dəniz altında" filminin baş roluna dəvət olunur. O vaxtlar onu ancaq Sofi kimi tanıyırdılar. Filmin çəkilişləri zamanı filmin prodüseri — "Sən bu filmdə baş rolu oynayırsan. Ancaq familiyan xoşuma gəlmir. Şikolone çox kobud və vulqar səslənir", — deyərək ona yeni soyad götürməyi məsləhət görür. Və bu seçimdə özü də ona kömək edir. Bundan əvvəl ekranlaşdırdığı filmin baş rolunun ifaçısı Marto Torenin adını xatırlayan prodüser Torenin üzərində dayanır. "Toren" soyadının təkrarlanmaması üçün bu soyadın baş hərfini dəyişməyi təklif edir. "T" hərfini əlifba sırası ilə başqa hərflərlə əvəzləyir. Nəhayət, "L" hərfini seçir:"Sofi Loren"



1954-cü ildə Vittorio de Sikanın çəkdiyi "Neapol qızılı" filmindən sonra Sofiya özünün də gözləmədiyi məşhurluğu qazanır. Bu filmdən sonra o, Vittorionun istəkli aktrisası, Vittorio isə onun sevimli rejissoru olur.

"Mən ona hörmət edirdim, onu sevirdim. 20 il, 14 film", — deyirdi Sofi.

Vittorio De Sika Sofinin yaradıcılığında müstəsna rol oynayıb. O, nəinki Sofini kino ulduzu kimi kəşf eləyib, eləcə də onun sənət müəllimi olub. Vittorio bir sənətkar kimi başa düşürdü ki, yalnız gözəl qadın fakturası ilə kifayətlənmək olmaz. O, Sofi Lorenin ayrı xüsusiyyətlərini açmağa, yaradıcılıq imkanlarını üzə çıxarmağa çalışırdı. Və Sofiyə məsləhət görürdü ki, ekranda sadə italyan qadınlarının xarakterini canlandırsın.


Amerikada onu izləyən şöhrət və uğurlara baxmayaraq, vətən Sofini geri "çağırır". Sonralar bunu etiraf edən Sofi deyir: "Mən özümü Amerikada rahat hiss etmirdim. Başa düşürdüm ki, mən öz vətənimə — İtaliyaya qayıtmalıyam".


Sofi İtaliyaya qayıdır. Elə həmən il də prodüser Karlo Ponti ilə ailə qurur. Sofi Loren Karlo Pontini çoxlu sayda pərəstişkarı arasından seçir. Hər ikisinə xoşbəxtlik və uğur gətirən bu izdivac barədə adətən, belə deyirlər: "Öz xoşbəxt taleyinə görə təkcə Loren Pontiyə borclu deyil. Ponti özü Sofinin sayəsində məşhur prodüserə çevrildi".

Sophia Loren Style: 13 of Her Sassiest Vintage Looks | Who What Wear UK

Ailə həyatı Sofini nəinki sənətdən uzaqlaşdırır, əksinə, Ponti onun yaradıcılığına xüsusi qayğı və tələbkarlıqla yanaşır.
Sofi Loren ərini çox sevirdi və o, öz ailəsi üçün belə deyirdi: "Əgər mənə dünyanın ən yaxşı və ən vacib filmində çəkilməyi təklif etsəydilər, lakin bu film mənim şəxsi həyatıma — anama, həyat yoldaşıma ziyan gətirsəydi, mən qətiyyətlə etiraz edərdim. Çünki kino kinodur, həyat isə mənim həyatımdır!".

Sofi Lorenin həyat yoldaşı Karlo Ponti 94 yaşında ağciyərlərin xərçəngi səbəbi ilə dünyasını dəyişir.

Həyat yoldaşı vəfat etdikdən sonra ondan müsahibə alan jurnalist "Yenidən ailə qurarsınızmı" soruşur. Loren düşünmədən "Başqa bir sevgi mümkün deyil, bizim sevgimiz Allahın hədiyyəsi idi…", — deyir.

Sofinin hazırda 88 yaşı var. Aktrisa gözəllik sirlərini açıqlayarkən deyir: “Əsas idman, düzgün qida və yuxudur. Zeytun yağından istifadə edin. Yağlı yeməklər və spirtli içkilər barədə unudun. Bir də sevgi – “sevin!” – deyə italiyalı gözəl xanım məsləhət görür. – “Yaraşıqlı kişilərə qarşı yaxşı iştaham olub. Bunun üçün onlarla yatağa girmirdim. Sadəcə hər hansı bir dadlı yemək bişirir, ona həmin kişinin adını qoyur və onu iştahla yeyirdim. Beləliklə, kişilərə olan iştahamı öldürmüş olurdum...”

# 3300 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #