Ən böyük zövq - demokratiya qoxusu
11 iyun 2011
10:00
Ankaraya ayaq basan kimi seçki əhval-ruhiyyəsini dərhal duyursan. Hər şeydən əvvəl diqqəti şəhərdə müxtəlif partiyalara aid bayraqların bayramsayağı bəzədilməsi çəkir. Seçki həm də normal cəmiyyətdə bayramdır axı. İnsanların həyatını dəyişə bilən bayram.
Daha sonra avtomobil şüşələrinə yapışdırılmış seçki plakatları, balkonlardan asılan, ölkənin əsas partiyalarına aid bayraqlar, şəhəri dolaşan, Ərdoğanın, Kamal Kılıçdaroğlu, Devlət Bahçelinin rəsmlərinin həkk olunduğu kiçik avtobuslar, bu avtobuslardan ətrafa səgücləndici ilə yayılan şüarlar hər an 12 iyun seçkilərini xatırladır.
Seçkilərə qatılan partiyalar çox dinlənən pop mahnılarını satın alır, sözlərini cəmiyyətə ötürmək istədiyi mesajlara uyğun mətnlə əvəzləyirlər. Və ya ayrıca musiqi sifariş edirlər.
Gün ərzində küçələri dolaşan avrtobuslardan eyni zamanda həmin musiqilər də səslənir.
Düzdür, şüar və mahnlar bəzən o qədər ifrat dərəcədə səslənir ki, istər-istəməz adamın əsəblərinə toxunur.
Ankarada olduğum müddətdə ölkənin üç əsas pastiyasından birinin mitinqində iştirak etmək istəyirdim. Ən azı ona görə ki, Türkiyənin mitinq, etiraz aksiya təcrübəsi, ənənəsi güclü və zəngindir.
Dörd-beş gün öncə AKP-in Ankarada mitinqi keçirilsə də, gec xəbər tutduğumdan gedə bilmədim. Çox təəssüfləndim.
Dostum Nejat şənbə günü Ankarada MHP-nin mitinqinin olacağını dedi.
MHP-in mitinqi Ankaranın Sincan bölgəsindəki böyük Lale meydanında keçirilirdi.
Həmin gün Sincana gedən yolda MHP-çilərin böyük avtomobil karvanı vardı.
Modern, başı bağlı qadınlar, gənclər, uşaqlar, yaşlılar, müxtəlif sosial təbəqələri əhatə edən insanlar sanki bayrama gedirmiş kimi meydana axışırdı.
Elə bu yerdə deyim ki, mən böyüklərin yetkinlik yaşına çatmamış uşaqlara özlərinin dini, siyasi iradələrini sırınmasının tamamilə əleyhinəyəm.
Mitinqə qatılan insanların rahatlığını təmin etmək üçün Lale meydanına gedən böyük yolun bir hissəsi maşınlar üçün qapadılmışdı.
Polislər təmkinli, aqressiyasız, dubinkasız-finalsız iştirkaçılarla mədəni rəftar edirdi.
Fikir verdim, polislər arasında şişman, ağır yerişli – polis peşəsinə dəxli olmayan adama rastlamadım.
Meydani əhatə edən bir qisim mülki geyimli şəxs isə sadəcə üstində “polis” yazılmış jilet geymişdilər. Görkəmcə sıravi polislərdənn fərqlənən bu adamlar hündürboylu, qamətli, iti baxışlı, bir az uzun saçlı, yaraşıqlı idilər.
Lap Hollivud filmlərinin qəhrəmanlarına bənzəyirdilər.
Sonra öyrəndim ki, mitinqə gələnlərə xüsusi nəzarət edən bu şəxslər
baş verə biləcək təxribatın qarşısını almaq üçündür.
Meydanda adam əlində tərpənmək mümkün deyildi. Türk bayrağı ilə yanaşı Azərbaycan bayarğı da dalğalanırdı. Dedilər ki, bütün partiyaların mitinqlərində mütləq Azərbacan bayrağı da olur.
Ümumiyyətlə isə mitinqlər zamanı ən çox simit, su, qəhvə və bişmiş qarğıdalı satanlar sevinirlər.
Adi sü şüşəsinin birini 10 quruşa alan satıcı, onu mitiqndə 1 lirəyə satır.
Gözlədiyimin əksinə olaraq, Bahçeli vaxtında gəldi.
Axı, biz azərbaycanlıar hər yerə geçikməyə öyrəncəliyik. Bizim təsəvürümüzdə “gecikmək” hələ də özümüzü önəmsəmək, vacib fiqur olduğumuzu qabartmaq anlamına gəlir.
Düşünürdüm ki, burda da belə olacaq. Sonra yadıma düşdü ki, mən seçicilərinə sayğı duyan, gecikməyi qeyri-etik sayan bir toplumdayam.
Mitinqin aparıcısı Bahçelini o qədər yaltaq intonasiyada təqdim etdi ki, hətta yanımda dayana orta yaşlı kişi dözmədi: “Ya... bu kadar da olmaz”.
Başqa birisi isə uzaqdan da olsa Bahçelini gördüyü üçün sevinirdi.
Turk kanallarında mitinq yayımlandığndan onun üzərində dayanmaq istəmirəm. Amma deyim ki, mitinq, etiraz aksiyasi türk cəmiyyətinin həyat ritminin ayrılmaz hissəsidir. Bu səbəbdən də Lale meydanın beş addımlağında yerləşən nəhəng “Gimsa” ticarət mərkəzində, mitinqin keçirildiyi yerin lap ağzında sıra ilə yerləşən dükanlar öz adi həyatını yaşayırdı.
Hətta satıcılar dükanın ağzında kirimişcə dayanıb Bahçelini dinləyirdilər.
...Türkiyənin demokratiya ilə bağlı öz problemləri var. Amma yenə də zaman-zaman formalaşan, təlatümlərdən keçərək oturuşan demokratik dəyərləri mövcuddur.
Mitinqlər zamanı yoldan keçən başqa insanların toplantıları adi qəbul etməsi, insanların ictimai yerlərdə öz siyasi fikirlərini azad ifadə etməsi, telekanallarda müxalifət partiyalarının hakimiyyətə qarşı səslənən ən sərt fikirlərin sensuzrasız verilməsi, canli ictimai-sosial-siyasi müzakirələr...
Yuxarıdaki sətirləri yazarkən türk kanallarından birində lal-kar adamların da etiraz aksiyası haqda xəbər verildi. Onlar ölkədə işarət dilinin önəm verilməməsinə etiraz edirdilər.
Demokratiyanın qoxusunu hiss etmək adama zövq verir.
O zəif olsa belə.

884 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024