Aydın Mirzəzadə: “Atam o kitabı cırdı
23 may 2011
15:58
Kulis.az tanınmış şəxslərlə kitab sorğusunu davam etdirir.
Növbəti qonağımız millət vəkili Aydın Mirzəzadədir
- Heç kitab oğurladınızmı?
- İstənilən oğurluğun, o cümlədən də kitab oğurluğunun qəti əleyhinəyəm.
- Kitabxananızda sevmədiyiniz yazarların kitabı varmı?
- Şəxsi kitabxanamda ancaq sevdiyim yazarların kitabları üstünlük təşkil edir.
- Həyatınızın bir kitab olmasını, ya da bir kitabda yaşamaq istərdinizmi?
- Mənə elə gəlir ki, hər bir kəsin həyatı kitabdır. Bu baxımdan həmin kitabın zəngin olmasına çalışmalıyıq.
- Məktəbdən, universitet illərindən qalma dərs kitablarınız dururmu?
- Orta məktəbdən əlavə vəsait kimi bir neçə kitabım qalır. Eyni zamanda ali məktəbdən də o vaxt dərslik kimi aldığım kitablarımın bir neçəsi qalmaqdadır.
- Birinci sinifə gedəndə yazı oxumağı çox sevirdiniz, yoxsa yazı yazmağı?
- Hər ikisini sevirdim. Bu, mənim üçün tamamilə yeni bir dünya idi. Bu dünyaya maraqla bura daxil oldum və indiyə qədər də onun içindəyəm.
- Kitab oxuyanda qaldığınız yeri işarələmək üçün nə edirsiniz?
- Arasına balaca bir kağız parçası kəsib qoyuram. İstənilən halda kitabı zədələməyin əleyhinəyəm. Hətta karandaşla belə orada qeydlər etmirəm, kənarını qatlamıram, çalışıram ki, kitaba ləkə düşməsin. Kitaba mən müqəddəs bir amal kimi baxıram və onu qorumağa çalışıram.
- Əzbərinizdə neçə şeir var?
- Təəssüf ki, şeir yadımda qalmır. S.Vurğunun “Azərbaycan” şeirini, himnimizi əzbər bilirəm. Mənim iki kitabxanam var: biri iş yerimdə, biri isə şəxsi mənzilimdədir. Ümumilikdə götürəndə mindən çox kitabım var.
- İlk oxuduğunuz kitab yadınızdadır?
- İlk oxuduğum kitab “Əlifba” kitabı olub. Eyni zamanda birinci sinfi bitirdikdə mənə əlaçı olduğuma görə “Qoca Xəttabıç” kitabını bağışlamışdılar. O vaxtlar bizim nəslin ən çox sevdiyi bir kitab idi. O kitabı dəfələrlə oxudum. Hətta atam əsəbləşib kitabı əlimdən aldı ki, bu kitabı yaman xoşlayırsan. Kitabda məktəbli uşaq obrazı var idi və orada sehrbazla onun dostluğu, dostluqdan başlayan hadisələrdən danışılırdı. Sonra mən o kitabı tapıb gizli oxumağa başladım. Atam yenə əsəbləşdi ki, sən artıq bu kitabı 100-cü dəfədir oxuyursan. Gözümün qarşısında o kitabı cırdı. Mən isə ağlaya-ağlaya cırılmış vərəqləri yığdım, yapışdırdım və yapışdırılmış vərəqləri başladım oxumağa (gülür ).
- Bir fəlsəfə kitabını başdan sona qədər oxudunuzmu?
- Mənim elə sevdiyim kitablar fəlsəfə kitablarıdır. İlk dəfə ali məktəbdə oxuduğum zaman fəlsəfə kitablarına rast gəldim. Ondan sonra harada rastıma fərqli bir fəlsəfə kitabı çıxırdısa, onu alırdım. Kitabxanamda xeyli fəlsəfəyə dair kitablar, ensiklopediyalar mövcuddur.
- Kiməsə kitab bağışlamısınızmı?
- Bağışlamışam. Elə indinin özündə də kitab bağışlamağı xoşlayıram.
- Ən sevdiyiniz film kitab olsaydı, onu oxuyardınızmı?
- Olub ki, kitaba film kimi baxıb, filmi kitab kimi oxumuşam. Şübhəsiz, fərqli olsalar da, fərqləri hiss etsəm də, hər ikisi mənə xoş gəlib.
- Qarabağ problemi ilə bağlı bir kitab oxudunuzmu?
- Oxumuşam. Hətta kitab yazmışdım və indi də yazıram. Çıxacaq haradasa payıza qədər. İki addan biri olacaq: ya “Qarabağ ocağı”, ya da “Qarabağ düyünü”. Kitab demək olar ki, hazırdır. Bu mənim politoloji araşdırmamdır. 1992-ci ildə Qarabağla bağlı ədəbi povest yazsam da, çap olunmadı.
- Sitayiş etdiyiniz dindən başqa dinləri araşdırdınızmı?
- Din mövzusu mənim üçün maraqlıdır. Din insanla təbiətin, insanla dünyanın anlaşması sferasıdır. “Tövratı” oxumuşam, hazırda da “İncil”i oxumağa hazırlaşıram. Maraqlıdır ki, onlar dünyanı necə görürlər və nə cür görmək istəyirlər.
- Elektron kitab oxumuşsunuzmu?
- Hissələr oxumuşam, amma tam şəkildə bir kitabı oxumamışam.
- Heç zaman kitab yazmayan, amma kitab yazmasını istədiyiniz bir insan varmı?
- Ətrafımda kifayət qədər elə insanlar var. Sadə əmək insanından tutmuş akademiklərə, nazirlərə qədər. Çox istərdim ki, nə zamansa onlar öz memuarlarını yazsınlar.
- Axırıncı dəfə nə zaman mütaliə etmişsiniz?
- Elə bu günlərdə ABŞ prezidenti Barak Obamanın 2008-ci ildə yazdığı və Moskvada rusca çap olunan “Ümidin cəsarəti” adlı kitabını oxumuşam.
- Avtobusda çantasından bir kitab çıxardıb oxumağa başlayan bir qız görəndə nə düşünürsünüz?
- Prinsip etibarilə nəqliyyatda və ictimai yerdə kitab oxumağı qəbul etmirəm. Hesab edirəm ki, kitab oxumaq üçün ən yaxşı yer ya mənzildir, ya da kitabxana. Birincisi, avtobusda silkələnmə kitabı rahat oxumağa mane olur; ikincisi, şübhəsiz ki, bu, bir qədər qeyri-adi görünür. Əgər kimsə özünün intellektual olduğunu göstərmək istəyirsə, bunu öz mənzilində də edə bilər. Cəmiyyətə uyğun özünü aparmaq lazımdır. Təsəvvür edin ki, biri özünün intellektuallığını göstərmək istəyir, avtobusda kitab oxuyur, biri özünün sənətkar olduğunu göstərməyə çalışır və çantasından nasaz saatı çıxardıb düzəltməyə başlayır. Nə cür təsir edər? Mən şəxsən nəqliyyatda kitab oxumağın əleyhinəyəm və bunu qəbul edə bilmirəm.
- Yandırdığınız kitab olubmu?
- Kitaba əlim qalxmaz, hətta düşmən kitabına belə. Kitabı yandırmağı düzgün hesab etmirəm.
- Birnəfəsə oxuyub bitirdiyiniz kitab varmı?
- Son zamanlar təəssüf ki, vaxt azlığı ilə əlaqədar olaraq birnəfəsə oxuyub bitirə bilmirəm. Gəncliyimdə, sonrakı illərdə dəfələrlə oxumuşam. Hətta bir dəfəyə səhv etmirəmsə, “Kerri bacı” əsərini gün yarıma oxumuşam. Bir günə 550 səhifə oxumuşdum. Düşünürəm ki, kitabı tədricən oxumaq lazımdır.
- İnsanın həyatını dəyişdirə biləcək bir kitab tanıyırsınızmı?
- Ayrı-ayrı adamlar üçün bu müxtəlif kitablar ola bilər. Hesab etmirəm ki, mən hansısa bir ad çəkərəmsə, bu nümunə ola bilər. İnsanın həyatını dəyişdirən və formalaşdıran bir simvolik kitab adı var, onun da adı həyatdır...
Fərid Mirzəyev

1595 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024