Atatürk bu gün doğulmayıb - SENSASİYA
19 may 2011
18:28
Atatürkün doğum tarixi – gün, ay və il olaraq dəqiq bilinmir. Çünki Osmanlı dönəmində körpələrin doğum tarixləri rəsmi şəkildə qeydə alınmırdı. Bu səbəbdən Mustafa Kamalın ad gününə dair heç bir sənəd yoxdur.
Müsəlman ailələr uşaqlarının doğum tarixlərini, adətən, Qurani-Kərim, ya da bir başqa qiymətli kitabların səhifə kənarlarına, ya da arxasına yazırdılar. Atatürkün də doğum tarixi evdəki iki Qurani-Kərimdən birinə yazılmışdı. Ancaq sonradan bu kitab başqasına hədiyyə verildiyi üçün həmin tarix itdi.
Atatürkün anası Zibeydə xanım həyatının son illərində verdiyi bir müsahibədə oğulunu Selanikdə “dondurucu qırxlar” olaraq xatırlanan və qışın ən soyuq qırx gününü ifadə edən “kiçik çillə”də dünyaya gətirdiyini söyləyib.
Mustafa Kamalın aldığı ilk rəsmi şəxsiyyət vəsiqəsində doğum tarixi (Rumi təqvimə əsasən) belə göstərilib: 1296-cı il. Bu isə miladi tarixlə 13 Mart 1880, yaxud 12 Mart 1881-ci ilə təsadüf edir.
Ad günü olaraq "19 May 1881" tarixinin təyin olunması necə baş verib?
Bir gün dəftərxana müdiri Həsən Rıza Soyak Atatürkə bir sənəd gətirir. Həmin sənəd İngiltərənin Ankaradakı səfirliyindən göndərilmişdi. Sənəddə adının ensiklopediyaya salınması üçün Atatürkün dəqiq doğum tarixi istənilirdi.
Atatürk çox düşünür, lakin doğum tarixini dəqiq bilmirdi. Yalnız may ayı yadında qalmışdı. Birdən o, Dəftərxana müdiri Soyaka tərəf dönür və “Niyə 19 may olmasın?” - deyir. Yəni Milli Qurtuluş Mücadiləsinin miladi təqvimlə başlanğıc tarixi.
Maraqlıdır ki, Atatürkün doğum tarixinin yazıldığı rəsmi sənəd İngilis səfirliyinə 10 noyabr 1936-cı il tarixində göndərilib. Yəni Atatürkün ölümündən iki il əvvəl: “Rəisi-Cumhuriyyet Atatürk 19 mayıs 1881-ci il tarihində doğulmuştur”.
Bundan əvvəl Atatürkün doğum tarixi haqda konkret heç bir məlumat yox idi. Məsələn, Çankaya Köşkü Assistentlik Dairəsi Atatürkün doğum tarixi haqqında verilən bir sualı 1880-ci il olaraq cavablandırmışdı.
Bəzi qaynaqlara görə isə, doğum tarixi 13 mart 1881-ci il idi. Bu qarışıqlığı Atatürk ölümündən iki il əvvəl özü düzəltdi.
“Pembe Ev”dəmi doğulub?
Burada da ziddiyyətli məqamlar var. Ümumi qəbul edilən görüşə əsasən, Atatürk “Pembe Ev”də doğulub. Ancaq bacısı Məqbulə xanımın dediklərinə görə, böyük qardaşı “Pembe Ev”də deyil, atası Əli Rıza əfəndinin valideynlərinin yaşadığı “Yeni kapı”dakı evdə dünyaya gəlib.
Əslində bu daha ağlabatandır. Zibeydə xanım doğumu rahat keçirmək və körpəsinə yaxşı baxa bilmək üçün müvəqqəti olaraq qaynatası Əli Rza əfəndinin evinə köçə bilərdi. Ancaq Atatürk anasından eşitdiklərinə istinadən özünün “Pembe Ev”də doğulduğunu bildirib.
“Pembe Ev”in sahibi kim idi?
“Pembe Ev”in kimin mülkiyyəti olması da müəmmalıdır. Onun Əli Rıza əfəndiyə məxsus olduğuna dair bəzi məlumatlar olsa da, bu, inandırıcı deyil.
“Pembe Ev” 1870-ci ildə Rodoslu mədrəsədə dərs keçən bir müəllim tərəfindən satın alınıb. Sonralar mülkün iki dəfə sahibi dəyişdirib və nəhayət, Əli Rıza əfəndiyə kirayəyə verilib.
Əli Rıza əfəndi vəfat edəndə Zibeydə xanım maddi çətinliyə düşür. Üç uşağı – Mustafa, Məqbula və Naciyəni götürüb ögey dayısı Hüseyn ağanın çalışdığı Katipzadelerin malikanəsinə köçür. Burada beş ay qalırlar.
Zibeydə xanım Selanik gömrük baş müdiri Ragıp əfəndiylə ikinci dəfə ailə qurduqdan sonra yenidən “Pembe Ev”ə köçür. Hər halda Zibeydə xanımın bu evi çox sevdirdi.
Selanik bələdiyyəsinin 1933-cü ildə verdiyi qərarla həmin ev Atatürkə hədiyyə edilib.
1953-cü ildə prezident Cəlal Bayarın əmriylə “Pembe Ev” muzey elan edilir.
Hazırladı: Vüqar Qurdqanlı

1267 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024