Bu nə işarə idi?-KONFRANS
17 may 2011
15:31
“Mən sizi sevirəm”
““Eurovision” -2011-in finalında qələbə qazandığımız elan olunandan sonra göstərdiyim işarə “mən sizi sevirəm” deməkdir”.
APA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycanı müsabiqədə təmsil edən ifaçılardan biri Eldar Qasımov deyib. O, nümayiş etdirdiyi işarənin müxtəlif cür yozulmasına lüzum görmədiyini bildirib. Musiqi biliklərini artırmağı düşündüyünü deyən E. Qasımov muğam dərsləri almaq qərarına gəldiyini deyib.
E. Qasımov hələ də anası ilə görüşmədiyini bildirib: “O qədər tədbir var ki, hələ ki, anamla görüşməyə imkan tapmamışam”.
O, ən böyük hədiyyələrinin xalqın sevgisi olduğunu da vurğulayıb.
“Ötən ilkindən az xərclədik”
“Azərbaycan təmsilçilərinin bu il keçirilən “Eurovision” müsabiqəsində iştirakına ötən ildəkindən az vəsait xərclənib”.
Bunu bu gün keçirilən mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bildirib. “Azərbaycanın müsabiqədə iştirakı neçəyə başa gəlib” sualına cavab olaraq, İ. Ömərov hələlik bununla bağlı konkret hesablama aparılmadığını, hesablama aparılandan sonra bu haqda açıqlama veriləcəyini deyib.
Müsabiqədə məğlub olan ölkə təmsilçilərinin Azərbaycanının qələbə qazanmasını maliyyə vəsaitləri ilə bağlamaları barədə yanaşmaya münasibət bildirən İctimai Teleradionun direktoru bunu “məğlubiyyətə dözümsüzlük” adlandırıb: “Onlar bu qələbəni həzm edə bilmirlər. Sizlərdən də xahiş edirəm ki, maliyyə məsələsinin üstünə bu qədər getməyin. Bu qələbə Azərbaycan mədəniyyətinin, musiqisinin, Eldar və Nigarın qələbəsidir. Eldar və Nigara əsas rəqib kimi yanaşırdılar. Bu da sübut olundu”.
Qeyd edək ki, Azərbaycanın 2010-cu ildə Norveçdə keçirilən “Eurovision” müsabiqəsinə 1 milyon 564 min manat vəsait xərclədiyi açıqlanıb.
“Onların fikrinə təəssüf edirəm”
EBU artıq 2012-ci ildə ev sahibliyini təsdiqləyən sənədi Azərbaycana təqdim edib: “Bu gün bizə zəng vurdular. Gələn ayın 20-də Cenevrədə, EBU-nun mərkəzi ofisində yarışmanı harada və necə keçirməklə bağlı məsələlər müzakirə olunacaq. Əminəm ki, yarışmanın ən gözəl və təmtəraqlısı məhz Azərbaycanda keçiriləcək”. Bunu İTV-nin baş direktoru İsmayıl Ömərov deyib.
Mətbuat konfransında Nigar Camal türk bayrağı ilə səhnəyə çıxmasından da danışıb: “Əlimdə türk bayrağı tutmuşdum. Bütün Türk dünyasının təmsil etdiyimiz üçün səhnəyə bu bayraqla çıxdım. Bu o deməkdir ki, biz doğrudan da bir millət, iki dövlətik. Əgər bu yarışmada təmsilçilik hüququnu yenə bizə versələr, Azərbaycana ikinci dəfə bu qələbəni bəxş edərik”.
Ermənistanın Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakına gəldikdə İsmayıl Ömərov hələlik bu barədə heç nə deyə bilməyəcəyini vurğulayıb: “Ermənistan təmsilçisinin bu yarışmada iştirakına gəldikdə, mənə məlumat veriblər ki, ermənilərə bununla bağlı sual verilib və onlar müsabiqəyə qatılmayacaqlarını bildiriblər. Əgər onlar bu fikirdədirsə, buna çox təəssüf edirəm. “Eurovision” yarışması insanları humanizmə çağıran bir müsabiqədir. Biz ayrıca heç kəsi dəvət etmirik. Bu, çox uzun bir prosesdir və burada ciddi qaydalar var və biz bütün bu qaydalara əməl edirik”.
Bakıdan Türkiyəyə
Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal bu yaxınlarda Türkiyəyə səfər edəcəklər.
Onlar eləcə də bu yaxınlarda Almaniyaya gedəcəklərini qeyd ediblər. Bir çox ölkələrdən dəvət aldıqlarını qeyd edən “Eurovision” qalibləri gələcəklə bağlı bir sıra planları olduqlarını deyiblər. Nigar Camal ona filmə çəkilmək təklifi gəlsə, buna razılıq verəcəyini bildirib.
Rusiya mətbuatında yer almış “Running Scared” mahnısının plagiat olması ilə bağlı iddialara gəlincə İctimai Televiziya və Radio Verilişləri şirkətinin baş direktoru İsmayıl Ömərov ictimaiyyəti bu cür təxribatlara uymamağa çağırıb.
Mətbuat konfransının sonunda Eldar və Nigar qalibiyyətdən sonra “Esprit Arena”da ifa etdikləri Müslüm Maqomayevin “Ey, əziz anam Azərbaycan” mahnısını və ölkəmizə qalibiyyət gətirən “Running Scared” mahnısını ifa ediblər.

976 dəfə oxunub
Oxşar xəbərlər
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın
17:00
19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
15:00
19 noyabr 2024