Diktafondan qorxan aktrisa - FOTOSESSİYA
2 may 2011
12:13
Layihə: Məşqdən reportaj
“Teleskop”dan baxış
Milli Dram Teatrının səhnəsində Elçinin “Teleskop” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın son məşqləri gedir. Tamaşa hazır olmaq üzrədər, artıq məşqlər hazır səhnə tərtibatı ilə aparılır. Kulis.az tamaşanın məşq prosesini izləyib.
Qəriblikdəki sənətkar
Kamran Şahmərdan Bakıda doğulub. 15 ildir Finlandiyada yaşayır. Orda Kamran Şahmərdanın teatrı var. Bakıya isə 10 ildir gəlib-gedir. Müxtəlif teatrlarda tamaşalar hazırlayıb.
Bu günlər Milli Dram Teatrının səhnəsində Elçinin “Teleskop” pyesini tamaşaya qoyur:
“Elçin müəllimin “Kirayədə yaşayan adam” pyesini Rus Dram Teatrında tamaşaya hazırlamışam. Bu onun mənim tamaşaya qoyduğum ikinci əsəridir. Pyes ölümdən sonrakı həyatdan danışır. Maraqlı mövzudur, mən onu romantik komediya janrında görürəm.”
Yabançı rəssam
Tamaşanın rəssamı Sank-Peterburqun Böyük Teatrından dəvət olunub. Rusiyanın xalq rəssamı Eduard Koçergin tamaşanın rəssamı, onun həyat yoldaşı Anna Koçergin isə kostyumlar üzrə rəssamıdır.
Koçergin səhnəni qurmaqla bahəm teatrda o sahədə çalışanlara ustad dərsləri keçir. Rejissor deyir ki, belə peşəkar tərtibat rəssamı Azərbaycanda yox səviyyəsindədir. Ondan öyrənmək bizimkilər üçün də lazımdır.
Tamaşa bütünlüklə musiqi və rəqslərlə zəngindir. Xüsusən gənclərin plastik hərəkətləri zövq oxşayır. Bu hələ məşqin yaratdığı təəssüratdır.
Füzuli Hüseynova görə zamanın tələbi
Baş rolları Füzuli Hüseynov və İlahə Həsənova oynayır.
Füzuli Hüseynov: “Ölümdən sonrakı həyat məhz mənim oynadığım obrazın başına gələnlərdir. Müəllif ona konkret ad qoymayıb, çünki bu mən də ola bilərəm, o, da, başqa birisi də. Hamının başına gələ biləcək işdir. Heç kim avtomobil qəzasından sığortalanmayıb. Bu şəxs qəzadan sonra klinik ölüm keçirir və o anda yaşantılarını göstərir. Kliniki ölüm vəziyyətində o dünyaya gedən yolda bir teleskop qoyulub və bu adam ordan bu dünyanı müşayiət edir. Ordan həyatın, bunun ölümündən sonra yaxınlarının yaşantılarını, əslində hər kəsin eqoistcəsinə yalnız özünü, öz maraqlarını düşünməsini görür. Görür ki, bu dünya Şekspir demiş, bir teatrdır, insanlar da hamısı oynayırlar. Sonra onu geri qaytarırlar ki, sən hələ ölməmisən, yaşayırsan. Deyir mən o yerə qayıtmaq istəmirəm. Deyirlər istəyirsən sənə 150 il ömür verib ora göndərək cəzalandıraq? Get, vaxtın çatanda gələcəksən . O, qışqırır ki, yerdəkilər, eşidirsiniz mən daha insan olmaq istəmirəm. Maraqlı tamaşa olacaq.”
“İndi teatrın romantik janr dövrü də keçib, realist dövr də. İndi yalnız tamaşaçını heyrətləndirməyi bacarmaq tələb olunur. Zaman bunu tələb edir”-deyə Füzuli Hüseynov öz qənaətini də dilə gətirdi.
Baş qadın obrazı həvalə olunan İlahə Həsənovanı yaxın vaxtlarda “Lənkəran xanının vəziri” tamaşasında baş rolda müşahidə etmişik. İkinci baş rol həm də ona verilən ikinci şansdır. Amma o bizə danışmağa razı olmadı.
Füzuli Hüseynovun isə plastik və dinamik hərəkətləri ilə zövq oxşayan gənclərin arasında daha çox öz üzərində işləməli olduğu özünü büruzə verir.
Tamaşada xalq artistləri Rafik Əzimov, Ramiz Novruz da rol alıblar. Onlardan başqa həmin tamaşada Ayşad Məmmədovu, Şükufə Yusupovanı da görəcəksiniz.
Kamran Şahmərdan Finlandiyaya qayıtdı
Finlandiyadakı teatrında onun özünün təşkil etdiyi festival da bu arada olub. Rejissor 10 günlük Finlandiyaya qayıdıb 20 ölkənin iştirak etdiyi festivalı tamamladıqdan sonra yenidən Bakıya işinin başına qayıdıb.
Mayın əvvəllərində tamaşanın premyerası olacağı gözlənilir.
Ramilə Qurbanlı

2045 dəfə oxunub
Oxşar xəbərlər
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024