“Bu evə 2 min “çubuş” işlətmişəm”- REPORTAJ VİDEO
22 oktyabr 2012
12:00
“Qohum, qonşu deyirdi ki, başın xarabdı, arvad da bir yandan deyinirdi. Deyirdim, yaxşı siz ağıllı, mən dəli. Mən də tərsin biri. Dedim tikəcəm ee”...
Hə, dedi...və tikdi. Vaxtı ilə onun niyyətini az qala dəlilik hesab edənlər, indi az qala özləri qabağa düşüb qonaqlara bələdçilik edirlər. Nurani, ağsaqqal Baləhməd kişinin əvəzinə.
İndi yəqin soruşacaqsınız, kimdi axı bu Baləhməd kişi? Qoy, əvvəlcə qısa məlumat verim; xaçmazlıdı Baləhməd dayı. Xaçmazın hamınızın yaxşı tanıdığı Nabranından.
73 yaşı var. Oğul-uşaq, nəvə sahibidir. Cavan vaxtlarında kəndli babalığını eləyib. Hərdən bir bənnalıq eləməyi də olub. Təqaüd yaşına çıxandan sonra isə, hamı kimi təqaüdünü alıb. Bağda- bağçada torpaqla əlləşib. Nəvələri ilə oynayıb. Necə deyərlər, sıradan bir həyat sürüb.
Və günlərin bir günü...Yox, əslində bu, heç günlərin bir günü də baş verməyib. Sadəcə hər gün gördüyü, rastlaşdığı bir mənzərə onu elə qonum-qonşunun, həyat yoldaşının da dəlilik adlandıracağı bir işə qol çırmalamağa məcbur edib.
“Bir vərəq götürüb layihəsini çəkdim, başladım butulka yığmağa”
- Əgər bilsəz mən bu işə niyə başlamışam, bəlkə də inanmazsınız. Bir dəfə meşədə yeyib-içməyə getmişdik. Özümüzə yer tapdıq. Hazırlığa başladıq. Biri kabab yeri düzəldir, biri odun yığır, mən də süfrəni hazırlayırdım. Bir də gördüm ki, ayağımın altından nəsə ağrılı bir gizilti keçdi. Bir an dönüb baxdım, gördüm ayağımı qan aparır. Sən demə, kimsə butulkanı sındırıb atıb otluğa, mən də görməmişəm. Dostlar gəldi, yüngülvarı sarıyıb tez çatdırdılar xəstəxanaya. Ayağımı tikdilər. Elə xəstəxanada gəldi bu ideya başıma. Fikirləşdim ki, yer-yurd doldur boş butulkalarla. Bir dəftər vərəqi götürüb hesabladım. Layihəsini çəkdim. Beləcə başladım butulka yığmağa.
- Hardan yığırdınız ki, butulkaları?
- Hardan oldu. Zibillikdən küçədən, meşədən, gözlərim şüşə qab axtarmağa vərdiş etmişdi. İndi də harada içki içən görsəm, gözləyirəm ki, içib qurtarsın, şüşəsini götürüm. Qonşular da gətirirdi. Toyu olanlar da toydan sonra gətirib verirdi. Bir də görürsən balaca uşaqlar da haradansa tapıb mənə satırdılar. (Gülür)
- Demək pulla almırdınız?
- Yox, bu qədər butulkaya pul çatdırmaq olardı? Ancaq balacalara pul verirdim ki, uşaqdırlar, gedib özlərinə saqqız, peçenye alsınlar. Amma elə uşaqlar da vardı ki, pul götürmürdülər. Deyirdilər ki, olar siz tikəndə gəlib baxaq?
- Neçə ilə tikdiniz bu evi?
- Üç ilə. 60 min butulka işlətmişəm bu evə.
15 min “Men” işlətmişəm bu divarlara
Baləhməd Xanbabayev evi təkbaşına tikib. Heç bir köməkçi götürmədən. Deyir ki, bu evi tikmək səbir tələb edir. Səbirsiz adamla isə işləyə bilmir. Ustanın dediyinə görə, evin tikintisində yalnız rəngli şüşə qablardan istifadə olunub. Baləhməd dayı ağ şüşələrdən istifadə olunmamağının səbəbini onların gözəl görüntü yaratmamağı ilə əlaqələndirir.
Hər növ butulkadan istifadə olunub. Amma ən çox yarım litrlik araq butulkalarından. Əksəriyyəti də “Men”dir. Balaəhməd dayı deyir ki, azı 15 min ədəd “Men” işlədib bu tikintidə. Künclər isə şampan butulkaları ilə işlənib. Pəncərə altı, habelə divarlara kant yeri üçün “vuranların” yaxşı tanıdığı “çubuş”un boş qablarından istifadə olunub. “Nə bilim, hamam-tualetə də işlətmişəm, yəqin 2 min gedər”, - deyir usta.
Hamam, ayaqyolu, döşəmə, tavan da butulkadan...
Usta deyir ki, butulkadan təkcə ev tikilməyib. Hamamı, ayaqyolu, anbar da butulkadan tikilib. Gəncədəki məşhur butulka evdən fərqli bu evin tavanı da, döşəməsi də butulkadandır. Maraqlıdır ki, bu ev təkcə fərqlilik baxımdan əhəmiyyətli deyil. Baləhməd dayı deyir ki, bu üsulla tikilən divarlardakı butulkaların içində boşluq olduğundan, ev yayda sərin, qışda isti olur.
Evin yalnız künclərində qismən daşdan istifadə edilib. Bir də öz pensiyası hesabına aldığı sementdən. Heç sement də çox getməyib: sadəcə butulkaları necə deyərlər bir-birinə bərkitmək üçün.
“İmkan olsa butulkadan saray da tikərəm”
Evi tikintisini tam bitirəndən sonra ağlına başqa ideya gəlib. Deyir, bu işi davam etdirmək istəyir. Bir az kömək olunarsa, daha möhtəşəm bir ev, çox mərtəbəli butulka saray tikmək niyyətindədir.
Bu butulka evlə maraqlanan çox olub. Səsi-sorağı Moskvaya kimi gedib çıxıb. Turistlər gəlib baxır hər yay. Hələ burda qalanlar da var. Bəs görəsən, bu evdə bir gecə qalmağın qiyməti nə qədərdir?
Balaəhməd kişi deyir ki, o, heç kimə qiymət oxumur: ”Kim nə qədər verir razılaşıram. Bu yay bura cavan ailə gəldi. On gün qaldılar. Səhər gedirdilər dənizə, bir də axşam gəlirdilər. Çıxardıb 500 manat verdilər. İki yüzünü qaytarmaq istədim ki, günə 30 manat bəsdir. Amma götürmədilər. Elə biri siz, istəyirsiz qalın bu gecəni. Nə qiymət deyəcəm ki?”
Bəs belə bir ev tikmək üçün ona sifariş verən olubmu? Baləhməd dayı deyir ki, olub belə bir təkliflər: “Bakıdan gəlib görüb bəyəniblər, belə bir ev tikməyimi istəyiblər. Amma demişəm ki, başqa yerdə belə ev tikmək istəmirəm. Kömək eləsələr, Nabranda böyük bir saray tikəcəm”.
Səbuhi Məmmədli, Xaçmaz-Nabran-Bakı

1583 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024