5 qəhvə şəhəri
1 oktyabr 2012
04:00
Onun vətəni Afrika – daha dəqiq deyilsə, Efiopiyadır. XIV əsrə qədər bu bitki orada vəhşi formada bitib. Təxminin 5 əsr əvvəl bitkinin ilk ağacını Ərəb yarımadasına gətiriblər. 1 əsr sonra isə onun Venesiya və İstanbuldan keçərək Avropaya “yürüşü” başlayıb. Sonra isə bu bitki bütün dünyaya yayılıb və ondan hazırlanan içki çaydan sonra dünyanın ən populyar içkisi hesab edilir.
Qəhvənin vətəni Efiopiya olsa da, ən yaxşı qəhvə növləri Afrikada deyil, Latın Amerikasında, ilk növbədə Braziliya və Kolumbiyada bitir. Ən yaxşı qəhvə içkilərindən biri isə (bəlkə də ən yaxşısı) türk qəhvəsi sayılır.
Beynəlxalq hesablamalara görə, 2012-ci ildə yer kürəsinin hər bir sakininə ən azı 1 fincan qəhvə düşüb. Qəhvə öz populyarlığına görə, ancaq başqa bir mayeyə – neftə uduzur. Onu da vurğulayaq ki, qəhvənin hazırlanma, eləcə də içilmə mədəniyyəti tamamilə fərqlidir. Bu yazıda qəhvə ilə bağlı olan 5 şəhər haqqında söhbət açılacaq. Bu şəhərlərin yerli kafelərində bir fincan qəhvə içmək hər bir turistin müqəddəs borcu sayılır.
Əddis-Əbəbə
Ərəb qəhvə dənələrinin vətəni sayılan Oromo vadisində yaşayan tayfaların arasındakı əfsanəyə görə, hər şey Kaldi adlı çobanla başlayıb. Kaldi müşahidə edib ki, onun sürüsündəki keçilər bənövşəyi rəngli müəyyən giləmeyvələri yedikdən sonra daha oynaq və gümrah olurlar.
Uzun əsrlər ərzində Efiopiya pravoslav kilsəsinin qərarı ilə qəhvə müsəlman ölkələrinin mədəniyyətinə aid olan məhsul kimi qadağan edilib. Bu gün isə müasir Əddis-Əbəbə Kaldinin adına çıxılan kəşfin şərəfinə ucaldılan məbədə oxşayır. Buradakı qəhvəxanaların çoxu, məsələn, məşhur «Mmacchiato den of Tomoc» kafesi 20-ci əsrin 30-cu illərində Absiniyanın (Efiopiya imperiyası) Mussolini tərəfindən qısamüddətli işğalı zamanı yaradılıb. O zaman italiyalılar qəhvədən istifadə edərək öz mədəniyyətlərini yaymağı bacarmışdılar.
Daha xarakterik qəhvə üçün isə Habesha restoranına getmək lazımdır. Burada mili qonaqpərvərliyin bir hissəsi olan «qəhvə mərasimi»nə rast gələcəksiniz. Bu mərasim zamanı qəhvə dənələrini sizin gözünüz qarşısında qızardırlar, sonra doğrayırlar və xoş ətirli tüstü il bir yerdə sizə qəhvə hazırlayıb verirlər.
İstanbul
Qəhvə hələ də İstanbulun əsas dəyərlərindən biri sayılır. Amma son illər «siqaret və qəlyan çəkən kişilərin yığışdığı» qapalı tipli qəhvəxanaları Qərb tipli kafelər sıxışdırıb çıxarmağa başlayıb. Buna baxmayaraq, ənənəvi baxışların qorunması məqsədilə 2008-ci ildə yaradılan Türk Qəhvə Mədəniyyəti Tədqiqat Fondunun nümayəndəsi Özgür Cekyay bildirir ki, köhnə, ənənəvi türk qəhvəsi ətrini ciyərlərə çəkmək üçün İstanbulda hələ də yer tapmaq mümkündür.
Özgür Cekyay bununla bağlı bildirir: «İstanbulda türk qəhvəsinin hazırlanması üsulu qəhvənin 16-cı əsrdə Ərəbistandan gətirilən zaman hazırlandığı kimi qalıb». Məsələn, bu ənənəni “Mandabatmaz” və “Muzenin Kahvesi” restoranlarında çox ciddi şəkildə qoruyurlar. Sonuncu restoran Türk və İslam mədəniyyəti Muzeyinin içində yerləşir. Burada qəhvəni mis qabda ustalıqla hazırlayırlar və ona qədim türk məsəlində olduğu kimi «cəhənnəm kimi qara, ölüm kimi tünd, sevgi kimi şirin» yanaşırlar.
Roma
VIII Klement XVII əsrdə qəhvəni «şeytan içkisi» elan edəndə ağlına belə gəlməyib ki, onun italiyalı həmvətənləri bu içkini necə içməyi dünyanın əksər hissəsinə öyrədəcək, yeni adlar kəşf edəcəklər. Romada ən sadə qəhvə belə incəsənət sayılır və milli qürur hissi doğurur. İnsanlar hər səhər barlardakı metal söykənəcəklərin qarşısında növbəyə duraraq səhər dopinqinin porsiyasını qəbul etməyə tələsirlər.
Günün digər vaxtlarında şəhər kafeləri sevgi, işgüzar, ailə söhbətləri üçün əsas məkana çevrilir. Sosial kontaktların böyük hissəsi bu sözlərlə başlayır: «Ti offro un caffe»-«Mən sənə bir fincan qəhvə almağa hazıram». Biznesmenlər və sadəcə ən qatı qəhvə həvəskarlarının sevimli məkanı “Tazza d Oro” və “Sant Eustachio il Caffe” kafeləri sayılır. Bu kafelər Panteonun bir addımlığındadır.
Vyana
Vyanadakı kaffeehäuser-qəhvə evləri çox unikaldır və onları tez-tez «ictimai mehmanxana» adlandırırlar. Avstriyalı novellaçı Xaymito fon Doderer bu kafeləri «sakit, insanı xoşhallandıran və bayram əhval-ruhiyyəli yer» kimi təsvir edib.
Ənənəyə uyğun olaraq, kafeyə tək gəlmək, bir fincan qəhvə sifariş etmək və bütün günü kafedə keçirmək mümkündür. Qorxmayın, sizi cəmi bir fincan qəhvə aldığınıza görə kafedən qovmayacaqlar.
Bəzi kafelər, məsələn 2007-ci ildə ingilis dizayneri Terens Kornar tərəfindən yenidən qurulan məşhur “Drechsler” kafesinin xarici görünüşü daha müasirdirsəa, digər kafelər Vyana şokoladı fincanı arxasında mübahisə və söhbət etməyi sevənlərin Vyana renesansı dövründə qalıblar. “Cafe Central” kimi böyük kafelərdə hələ də gecələr fortepiano musiqisi səslənir, müştərilərə qarayanız ofisiantlar xidmət edir. Vaxtilə Lev Trotski, Ziqmund Freyd, Artur Şnitsler kimi məşhurların da tez-tez getdiyi bu kafe qəhvə içmək mədəniyyətinin zirvəsi sayılır.
Melburn
«Qəhvə ustalarının yarışlarında iştirak edəndə, mən bütün dünyada qəhvə işi ilə bağlı bir çox mərkəzləri ziyarət etdim. Amma qəhvənin mənim vətənimdə sevildiyi qədər ikinci bir yer tapmadım» - deyə, “Veneziano” kafesinin baş qəhvəçisi və Avstraliyada qəhvəbişirənlər çempionatının qalibi Kreyq Saymon bildirir.
Ötən əsrin 50-ci illərində italiyalı mühacirlər tərəfindən gətirilən qəhvə Avstraliyanın ikinci ən böyük şəhərinin elə bir ayrılmaz hissəsinə çevrilib ki, şəhərdə Starbucks kimi məşhur kafenin peyda olması sakit, hətta ironiya ilə qarşılanıb.
Amerikanın kağız stəkanlarda qəhvə təqdim edən nəhəng kafesi, Melbrundakı altı eyni tipli kafesi istisna olmaqla bütün kafelərini bağlayanda «Age» qəzeti ironiya ilə yazıb: «Gələn dəfə eskimosa buz satmağa çalışın». “Starbucks” əvəzinə şəhərdə “Proud Mary” və “Seven Seeds” kimi özəl, hipster tipli qəhvə evləri məşhurdur. Burada xüsusi olaraq seçilən qəhvə dənələrini fanatizmlə sərhəd olan sevgi ilə bişirirlər.
Kamal Gürşad

2021 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024