Uzun Həsənin ölü ilə yatan nəvəsi...
2 avqust 2012
05:00
Kulis.az türkiyəli jurnalist Murad Bardakçının haberturk.com-da yayımlanmış yazısını kiçik ixtisarla təqdim edir.
Mərakeşli şeyx Abdülbari Zəmzəminin aləmi bir-birinə qatan “həyat yoldaşı öldükdən sonra onunla sekslə məşğul olmaq mümkündür” fətvasını Misir parlamentinin qanun halına salacağı barədə məlumatlar yayıldı və paytaxt Qahirədə ara qarışdı. Bu təklif sadəcə Misiri deyil, bütün islam dünyasını ayağa qaldırdı. Qadın təşkilatları bu fətvaya etiraz edirlər. Misir parlamenti isə məlumatı təsdiqləmir.
Zəmzəminin fətvasını dəstəkləyən islam hüquqşünası olan ərəblər isə fətvada nəşlə ilk 6 saat ərzində cinsi münasibətdə olmaq haqqının təkcə kişilərə yox, qadınlara da verildiyini söyləyirlər.
Şeyx Zəmzəminin “ölümdən sonrakı ilk 6 saat boyunca qanunidir” dediyi “vida seksi” XVI əsrdə Türkiyədə Ədirnə şəhərində qeydə alınıb. “Möhtəşəm yüz İl” serialı vasitəsilə tanıdığımız və tarixdə həqiqətən də mövcud olmuş Balı bəy adlı akıncının (süvari döyüşçü-red.) cızığından çıxmış arvadı Dellakoğlu ləqəbi ilə tanınan hafizin cəsədi ilə nələrsə etmişdi.
Beləliklə, sultanın nəvəsi olan və “Balı bəy”in arvadı kimi tanınan qadının səbəb olduğu 400 illik rəzalətin hekayəti...
Rumeli yaxınlığında sancaqbəylərindən biri (Sancaq bəyi Osmanlı dövlətində idarəçi. İmperatorluğun sərhəd ərazilərində yüksək rütbəli feodal-red). Balı bəy Yavuz Səlim dövrünün əsas akıncılarından idi.
Cəsarəti, döyüş planları hazırlaması ilə fərqlənirdi.
Fəthləri ilə məşhur bir ailədən-“Yahya Paşalılar”dan idi. Amma bu böyük döyüşçünün bəxti evlilik sarıdan o qədər də parlaq deyildi.
Baxmayaraq ki, arvadı da saraydan gəlmiş insandı. Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi olan Gödək Əhmədin qızıydı.
Ancaq köklü nəsildən olan, böyük bir sərvət sahibi bu qadın Balı bəyə layiqli həyat yoldaşı ola bilmədi, rüsvayçı hərəkətləri ilə ərinin adını ləkələdi.
Əri evdə olmayanda var-yoxunu cavan kişilərlə xərcləyir, dedi-qodulara, haqqında deyilənlərə əhəmiyyət vermirdi.
İlk rüsvayçılıq Skopyedə oldu. Balı bəy sərhəddə vəzifə başında olarkən onun Skopyedə qalan arvadı gənc kişiylə bir yerdə yaşayırdı. Dedi-qodular sürətlə artdı və bir gün qadının evinə hücum olundu. Qadını və gənci eyni yataqda tutub qazının hüzuruna apardılar.
Qazı namussuz deyərək qışqırdı, oğlanı falaqqaya saldı və ilk zərbədən sonra oğlanın dili açıldı: “Bu qadın mənə həm pul verir, həm də paltar alır”. Bu sözləri söyləyən gənc ilk alfonsumuz, həm də geyim alfonsumuz kimi tarixi düşəcəyini təbii ki, bilmədi.
Bu rüsvayçılıq Balı bəyin Skopyedəki dostlarının qüruruna toxundu və qılıncla məhkəmə zalına daxil olan bir akıncı tariximizin ilk alfonsunu qazinin gözlərinin önündə doğradı. Bununla da sakitləşmədi və araya girmək istəyən altı nəfəri də oradaca öldürdü. Qazı cızığından çıxmış qadını otaqlardan birində gizlətdi. Əsl rəzalət də bundan sonra baş verdi. Qadın Skopyedən qaçıb İstanbula gəldi. Pulu çox idi, kiməsə möhtac deyildi, dərhal bir malikanəyə köçdü və özünə yeni bir sevgili tapdı: Dellakoğlu adlı gənc bir hafiz (Qurani-Kərimi əzbər bilən şəxs-red) ... Hafizlə yatmaqla kifayətlənmədi, uşaq da doğdu.
Camaat yenə qazıya şikayət etdi. Qazı hafizi hüzuruna gətirib kötəklətdi. Canının hayında olan hafiz həm qadını, həm də övladını ataraq Ədirnəyə qaçdı. Amma həmin günlərdə Trakyanı cənginə alan qızdırmaya tutuldu. Balı bəyin arvadı hafizi İstanbula gətirmək üçün yollar axtarırdı, ancaq hafizin vəziyyəti yaxşı deyildi, titrədirdi, az sonra qızdırmadan öldü.
Daha bir sevgilisi əlindən çıxan qadın dəliyə dönmüşdü. Ədirnəyə gedib hafizin məzarını ziyarət etdi, ancaq özünü saxlaya bilməyib məzarı açdı. Məzarın yanında saatlarla dayandı, sonra cəsədi basdırıb İstanbula qayıtdı və hafizdən qalan tək canlı xatirə-hafizin qardaşı ilə yaşamağa başladı.
Baş verənlərdən xəbərsiz, cəbhədən-cəbhəyə yollanan Balı bəyin dostları çıxış yolunu Osmanlı sultanı Yavuz Səlimə şikayət etməkdə gördülər.
Sultan Səlimə xitabən yazılmış məktubda qeyd olunan məqamlar mərhum Çağatay Uluçayın 1956-cı ildə işıq üzü görmüş kitabından götürülüb.
Məktubda Sultan Səlimə Balı bəyin həyat yoldaşının “işləri” barədə məlumat verilir, o da bildirilir ki, bu qadının Dellakoğlundan dünyaya gətirdiyi qız uşağı 5-6 ay sonra ölüb.
Məktubda o da qeyd olunur ki, şahzadə Mahmudun qızı Balı bəyin arvadını hamilə ikən gördü və üzünə tüpürdü. Sonra isə bunları dedi: “Belə işlər görüb saray qızlarını öldürtmək istəyirsən? Sultan sənin etdiklərindən xəbər tutsa həm səni, həm də bu işdə adı keçənləri qətlə yetirər”. Məktubda başqa maraqlı məqamlar da yer alıb: “Balı bəyin həyat yoldaşının Kamarveş adlı nökəri və çərkəz olan Fərayət adlı qulu var, ara düzəldən onlardır. Baş verənləri tam şəkildə öyrənmək istəsəniz nökəri gətirdib danışdırarsınız. Hər yerdən qovulan şahzadə Əhmədin xədimlərindən biri hadisələrin bütün sirrini bilir. Dünyasını dəyişmiş bir çavuşun Quruçeşmədə yaşayan həyat yoldaşı da baş verənlər haqqında məlumatlıdır. Balı bəyin arvadı bu işləri pulu müqabilində edir. Malının həddi-hüdudu yoxdur. Sultan Bəyazıdın ruhu üçün araşdırma aparıb ədaləti bərpa edin. Baş verənlərə ən pis adamlar belə razı olmazlar ki, sultanımız razı olsun. Başqa nə deyək?! Fərman sultanımındır.
Mərakeşin ən tanınmış din xadimlərindən olan Şeyx Abdülbari Zəmzəmi bu şöhrəti seksə münasibəti və bu mövzuda verdiyi fətvalarla qazandı. 1943-cü ildə Tankada doğulan Abdülbari 30 yaşına qədər burada yaşadı, fətva vermə səlahiyyətinə sahib və hər zaman fikirlərinə ehtiyac duyulan dini xadimlərdən biri kimi tanındı.
1976-cı ildə Kasablankaya köçdü, əvvəlcə ordakı “Yusufi” məscidinin mollası oldu, sonralar xütbələrini böyük məscidlərdə oxumağa başladı.
2009-cu ildə “Beynəlxalq İslam Üləması Birliyi”ni yaradan Zəmzəmi hazırda Əlhambra məscidində xütbə oxuyur və fətva verir.
O, seks dükanlarında satılan bəzi oyuncaqların cütlüklərin həyatına rəng qatdığını da söyləmişdi. Zəmzəmini dul qadınlarla bağlı verdiyi fətva daha çox məşhurlaşdırıb. Fətvada deyilir: “Yaşı keçmiş amma evlənməmiş, evlənmək ehtimalı və ümidi qalmamış qadınların, dul arvadların cinsi ehtiyaclarını ödəmək üçün iri tərəvəzlər, mətbəx ləvazimatları və şüşə qablardan istifadə edərək ehtiyaclarını təmin etməsində dini baxımdan heç bir qorxu yoxdur”.

2611 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024