“Xarici aktyorlar da Azərbaycanda yaşasaydılar, fəxri ad istəyərdilər”
30 iyul 2012
12:56
Türkiyədə yaşayan azərbaycanlı aktrisa, “Mahmud və Məryəm” filmində Qəmərbanu obrazında çıxış edən Məlahət Abbasovanın APA-ya müsahibəsini təqdim edirik.
- Oğlu bir xristian qızına vurulan ananı – Qəmərbanu rolunu canlandıran aktrisamız bu obrazda özünü necə hiss edir?
- Doğrusu, Qəmərbanu rolu çox dramatik və psixoloji bir roldur. Çünki Qəmərbanu həm xanın həyat yoldaşı, həm də şahzadənin anasıdır. Bu qadın bir iqtidar qadınıdır, həm də bir anadır. Burada həm hakimiyyətə gəlmək istəyən qadın, həm də oğlunu sevən ana var. Fəxrəddin bəylə bir səhnəmiz var - Mahmud Məryəmin arxasından çıxıb gedir. Bu hal Qəmərbanunu narahat edir və o Ziyad xana “niyə biz onu dayandıra bilmirik, nədən onu bilmədiyimiz yerlərə göndəririk?” deyə sual edir. Burada artıq hakimiyyətin qarşısında deyil, oğlunun qarşısında gücsüz olan bir ana var. Azərbaycanlı qadın obrazını oynamaq çox böyük məsuliyyətdir. Fəxrəddin bəyin enerjisini, onun gözlərinin dərinliyindəki hissləri duydum. Bu səhnədən sonra biz rejissorun üzündə təbəssüm oyada bildik və onun gözündəki parıltını gördük.
- Siz həyatda bir oğul və qız anasısınız. Filmdə oğlunuz öz seçimini xristian qızı üzərində edir. Həyatda belə bir halla qarşılaşsanız hansı addımı atardınız? Sizin fikrinizcə, sevgidə din, dil hansısa rol oynayırmı?
- Mənim üçün oğlumun xoşbəxtliyi əsasdır. Din, dil, irq o qədər də mühüm deyil. Oğlum harada və kiminlə xoşbəxtdirsə, orada da yaşamalıdır. Mən sadəcə, analıq vəzifəmi yerinə yetirərəm. Məryəm bir xristian qızıdır və ailəsi razı olmur ki, başqa dindən olan biri ilə ailə qursun. Bir çox belə ailələrlə rastlaşdım və doğrusu, bu cür hallar məni bir ana olaraq çox qorxudur.
- Filmdə Qəmərbanu oğlunun seçimindən dolayı çox narahat olur. Yəni Siz heç narazı olmazsınız?
- Narazı olmaram, amma ana olaraq əlbəttə ki, oğlumun öz dinimizdən olan, hətta azərbaycanlı bir qızla evlənməsini istəyərəm. “TRT Avaz” kanalında mənim aparıcılıq etdiyim “Aşkın pusulası” adlı bir proqram var. Çox ciddi proqramdır və türklərin başqa ölkə vətəndaşları ilə evliliklərini çəkirik. Sizə bir şey deyim ki, hər şey heç də göründüyü kimi olmur. Çəkdiklərimiz arasında Amerikadan, Kanadadan olan ailələr var və gördüklərimdən belə qənaətə gəldim ki, hər kəs öz dinindən olanla ailə qursa, hər şey daha yaxşı olar. Bu müddətdə xaricdə qeyri-dindən olan və xoşbəxt olmayan çoxsaylı ailələr olduğunun şahidi oldum.
- İki qardaş ölkəni birləşdirən “Mahmud və Məryəm” layihəsinin gerçəkləşməsində Sizin çox böyük əməyiniz var. Bu filmlə bağlı bir çox çətinliklərin ortaya çıxdığı məlumdur, hətta çəkilişlər də gecikirdi. Bu hal Sizi qorxutmadı ki?
- Qorxutmadı, çünki Sevda ilə birgə bu layihənin reallaşması üçün çox sağlam dayanmışdıq. Qarşımıza çox çətinliklər çıxırdı, bəzən Sevda ağlayırdı. Hətta elə zamanlar olurdu ki, Sevda “mən bu şəkildə davam edə bilmərəm” deyirdi. Ona hər zaman təsəlli verirdim, “biz davam edəcəyik, dayanmayacağıq” söyləyirdim. Mən ən çətin anlarımda belə məğlub olmağı sevən bir insan deyiləm, mübarizə aparıb sona kimi gedirəm, çünki bu, çox böyük bir layihədir. Bu filmin gözəl alınacağını hiss edirəm. Azərbaycan bu filmlə qürur duyacaq.
- Ötən müsahibələrinizdən birində Azərbaycanda fəxri ad almaq istəyinizi dilə gətirmişdiniz. İndi necə, yenə bu barədə düşünürsünüz, yoxsa yalnız irəli deyib, iş haqqında fikirləşirsiniz?
- Daha çox iş barədə düşünürəm. Əslində, mən son illərə qədər fəxri ad barəsində düşünməmişəm. Amma bu dəfə mənə o qədər sual verdilər ki, özüm kompleksə düşdüm. Çoxları deyir ki, bu qədər iş görürsən, niyə ad vermirlər?
- Sizcə, əsil sənətkar üçün fəxri adın önəmi varmı?
- Əsil sənətkar üçün ad önəmli deyil. Türkiyədə adlara çox da əhəmiyyət vermirlər. Amma Azərbaycanda fəxri adlara əhəmiyyət verilir. Soruşanda ki, “Məlahət xanım, sizin adınız var?” Deyirəm yox, o zaman təəccüb edirlər. Türkiyədə iki böyük mukafat almışam. Hər iki mükafatı “Min bir gecə” serialında oynadığım azərbaycanlı qadın roluna görə aldım. Azərbaycan əsərlərini Türkiyə teatırına qazandırdım. Türk dövləti Azərbaycanla bağlı gördüyüm işlərə görə mənə “Türk dünyası kültür və sənət” mükafatı verdi. Mənim üçün mükafat əsas deyil, əsas işimi ən yaxşı şəkildə görmək istəyirəm. Xarici aktyorlar da Azərbaycanda yaşasaydılar, əmin olun ki, onlar da fəxri ad istəyəcəkdilər. Hər ölkənin öz qanunu var.
- Yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq istəmirsiniz?
- Dəvət etsələr olaram. Mən Şəfiqə xanımı çox sevirəm. O məni hara dəvət etsə, gedərəm.
- Sizi Türkiyədə Bələdiyyə Teatrında yazıçı Elçinin üç əsərini səhnələşdirmisiniz. Elçinin əsərlərində Sizi cəlb edən nədir?
- Mən tamaşaları bir neçə nəfərə oxutdururam və xahiş edirəm, öz fikirlərini söyləsinlər. O qədər gözəl fikirlər eşidirəm ki, bu da həmin əsərləri səhnəyə qoymaq zərurəti yaradır. Elçinin əsərləri bəşəri əsərlərdir. Bu əsərlər tək Azərbaycana aid deyil. Yalnız Azərbaycana aid bir əsər qoysan, o tutmaya da bilər, çünki bu teatrda bütün əsərlər bəşəri əsərlərdir. “Qatil” əsəri də bu silsilə əsərlərdən biridir. Bu əsərdəki qadının həyatı bütün dünyada olduğu kimidir. O səbəbdən də Elçinin əsərlərinə marağım sonsuzdur.
- Sizin üçün Azərbaycanda, yoxsa Türkiyədə işləmək daha xoşdur?
- Mən aktrisayam, hara dəvət etsələr, ora gedirəm. Amma Azərbaycanda işləmək daha xoşdur. Azərbaycanda çox məsuliyyət hiss edirəm. Maddi qazanc baxımından sözsüz, Türkiyə çox yaxşıdır. Orda demək olar ki, istədiyim nöqtədəyəm, ora yetərincə xidmət etmişəm. Azərbaycanda isə bu, yetərincə deyil. Ona görə də burada məsuliyyət daha çoxdur. İyirmi ildən sonra ilk dəfə Mirzə Fətəli Axundzadənin “Sübhün səfiri” əsərində rol almışam. “Mahmud və Məryəm” filmi isə ikinci filmim olacaq. Azərbaycanda daha çox mənəvi, Türkiyədə isə maddi doyum var. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova və “Salnamə” kinostudiyasının rəhbərliyinə bu layihənin gerçəkləşməsi üçün göstərdikləri köməyə görə təşəkkür edirik.
- Baş məsləhətçisi olduğunuz “Yaxşı Cazibə” serialının son bölümü ilə sizə arxadan zərbə vurulduğunu hesab etmirsiniz?
- Bəzən düşünürəm ki, serialdı, buna çox əhəmiyyət verməmək lazımdır. Amma bəzi şeylər var ki, bizim çox həssas nöqtəmizdir və onlara toxunmaq olmaz. Mən də çox şeylər söylədim, Azərbaycanı incidən çox şeylər var. Arxamdan belə bir iş görmələri mənə çox təsir etdi. Bu serial yumoristik bir serial idi. Azərbaycan xalqı bunu izləyirsə, bu xalqı küsdürməmək lazım idi. Amma bu, Azərbaycan xalqına qarşı olan bir addım deyildi, tamamilə Cazibəyə qarşı atılan bir addım idi. Onlar öz yaratdıqları obrazı özləri bir anda yuxarı qaldırıb yerə vurdular. Türk xalqı çox mənfi reaksiya verdi və bizim etirazlarımıza ehtiyac qalmadı.
- Serialın Bakıda çəkilən seriyasında da Azərbaycan qızlarına atmacalar oldu...
- Bunu milliləşdirmək lazım deyil. Özlərini görün nə hala salırlar. Simgə obrazı varsa, bu o, demək deyil ki, bütün türk qadınları elədir. O zaman gərək türk qadınları da hamılıqla ayağa qalxaydılar. Sadəcə, bizdə çox dərinliyə gedirlər, təfərrüata varırlar. Cazibə əsəri böyük sənət əsəri deyil, yüngül bir serial-tamaşa idi. Ciddi əsərdə Azərbaycanın mənafeyinə zidd olan bir şey olsa, o zaman dərinliyə getmək olar. Amma bu cür yüngül tamaşa ilə yox. Bu serialı ciddi qəbul eləmək lazım deyil.
- Qızınız Sudə artıq bir neçə serialda rol alıb. Bildiyimizə görə, yeni bir təklif də var. Qızınızın Sizə rəqib olacağından, ümumiyyətlə, bu sənətdə olmasından narahat deyilsiniz?
- Qızım bu sənətə çox tez başladı. Mən onun yaşında başlamamışam. Çoxsaylı uşaq aktyorlarla işləmişəm. Sudədə çox böyük həvəs, istedad var. Sudə çox dramatik rol oynamağı bacaran bir qızdır. İstədiyi vaxt ağlamağı və bütün bu obrazları çox təbii oynamağı bacarır. Sudənin bu həvəsi məni bir az da qorxudur, çünki aktrisa olmasını istəmirəm...

2412 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024