Azərbaycanlı jurnalistlərin sənədləri İran XİN-dədir

Azərbaycanlı jurnalistlərin sənədləri İran XİN-dədir
26 iyul 2012
# 12:31
İranın Azərbaycandakı səfirliyi nazirlikdən gələcək cavabı gözləyir

İrana səfərə getmək istəyən azərbaycanlı jurnalistlərin iyulun 13-də doldurduqları “mətbuat vizasının rəsmiləşdirilməsinə dair forma”lar İranın Azərbaycandakı səfirliyində tərcümə edilərək İran Xarici İşlər Nazirliyinə göndərilib. İranın Azərbaycandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, hazırda səfirlik İran Xarici İşlər Nazirliyindən gələcək cavabı gözləyir.

Qeyd edək ki, Azərbaycan jurnalistləri İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) barədə ətraflı məlumat almaq üçün İrana getmək niyyətindədirlər. Bu təşəbbüsü Lent.az irəli sürüb. Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, “Salamnews”dan Fərdin İsazadə, “Yeni Müsavat”dan Fərahim İlqaroğlu, “Mərkəz.az” saytından Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət edib. “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, jurnalist Eynulla Fətullayev də bu təşəbbüsə qoşulub.

Xatırladaq ki, bu il aprelin 29-da poeziya festivalında iştirak üçün xüsusi dəvət əsasında İran İslam Respublikasına səfər edən Fərid Hüseyn və Şəhriyar Del Geraninin (Hacızadə) bu ölkədə həbs olunublar. Hadisədən 3 aya yaxın vaxt keçməsinə, Azərbaycan Xarici İşlər Nazirliyinin İran tərəfinə verdiyi rəsmi notalara, Azərbaycanın Tehrandakı səfirliyinin, Təbrizdəki konsulluğunun gərgin çalışmalarına, Azərbaycan ictimaiyyətinin müxtəlif nümayəndələrinin müraciətlərinə, həbs olunan gənclərin valideynlərinin xahişlərinə baxmayaraq, İran rəsmi qurumları bu müddət ərzində Azərbaycan tərəfinə konkret məlumat verməyib. Bu yaxınlarda isə bir diplomatımızın onlarla görüşünün təşkil olunacağı açıqlanıb.
# 1930 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər