Azərbaycan telekanallarında yenilik

Azərbaycan telekanallarında yenilik
26 iyul 2012
# 12:23
Azərbaycan telekanallarında yaxın zamanda danışma və eşitmə qabiliyyəti olmayan insanlar üçün surdotərcüməçilərin fəaliyyəti bərpa olunacaq. Bu barədə cümə axşamı Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

Məhərrəmli bildirib ki, artıq İctimai Televiziyanın rəhbərliyi ilə xəbərlərin surdotərcüməçi vasitəsilə yayımlanması məsələsi danışılıb.

"İTV və Azərbaycan Dövlət Televiziyası surdotərcümə məsələsini həll etməlidirlər, bu, onların birbaşa borcudur".

Onun sözlərinə görə, gündə ən azı bir dəfə - axşam xəbərləri surdotərcümə ilə verilməlidir. "Bu məsələ hökmən yoluna qoyulacaq. Telekanallar könüllü şəkildə tətbiq etməsələr, buna məcbur ediləcəklər", - Məhərrəmli deyib.

Onun sözlərinə görə, özəl kanallara da tövsiyə xarakterli müraciətlər olunacaq. Azərbaycan Dövlət Televiziyasında 1994-95-ci illərə qədər surdotərçüməçilər işləyirdi. Azərbaycanda 7 mindən artıq lal-kar qeydiyyatdadır. "İnformasiya əldə etmək haqqında" qanuna görə, hər kəsin informasiya almaq hüququ vardır.

anspress.com
# 1789 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər