Yazıçı olmaq istəyənlərə yazıçılardan məsləhət MƏTN

Yazıçı olmaq istəyənlərə yazıçılardan məsləhət MƏTN
25 iyul 2012
# 05:00
Yazmaq haqqında ilham verici fikirlər söyləmək əzəldən yazıçılar və şairlər üçün sevimli əyləncə olub. Əslində, yazıçılar da usta, bank işçisi kimi bildiyi mövzu haqda havayı danışmaq istəmir. Bəzən də heç nəyi veclərinə almayıb əllərindəki xəzinəni açıb tökürlər. “Kulis.az” sizə bu xəzinələrin ən yaxşı 20-liyini seçib təqdim edir:

1. Zadie Smit

”Sənət”inizi romantikləşdirməyin. Ya yaxşı cümlə yaza bilərsiniz, ya da bilməzsiniz. “Yazıçıların həyat tərzi” anlayışı yoxdur. Hər şey kağıza nə yazdığınızdan asılıdır. Komyuterdə yazırsınızsa, internetlə əlaqəsi olmamasına çalışın. Belə işləmək daha faydalıdır”.

2. Anton Çexov

“Mənim təcrübəm budur: hekayə yazanda əvvəlini və axrını xətləyirəm. Biz yazıçılar ən çox orda yalan danışırıq”.

3. Ernest Heminquey

“Yazımın qidalandığı qaynağı əsla “ac” qoymamağı, dibində azca qalanda onu “dondurmağı” və onu bəsləyən baharın gecələri yenidən canladırmağa icazə verməyi öyrəndim”.

4. F. Skott Fitscerald

“İşə bir insanla başlayın, fərqinə varmadan obraz yaratdığınızı görəcəksiniz. İşə bir obrazla başlayın, heç nə yaratmağınızı görəcəksiniz”.

5. Rey Bredberi

“Çalışqan insan uğursuzluq yaşamaz. Fövqəladi yazıçı olmaya bilər, amma dayanmadan işləsə, yazıçı kimi karyera qurar”.

6. Qustav Flober

“Yazıçılıq – inandığını kəşf etmək sənətidir”.

7. Marqaret Etvud

“Öz əsərinizi, yeni bir kitabın səhifələrindən gələn o ilk xoş və məsum gözlənti içində oxuya bilməzsiniz. Çünki o kitabı siz yazmısınız. İşin pərdə arxasını bilirsiniz. Dovşanın papaqdan necə çıxdığını görmüsünüz. Kitabınız çıxarmamışdan əvvəl dostlarınıza oxudun – sevgilinizə oxutmasanız, yaxşıdır”

8. Coan Roulinq

“Hekayə yazmaq istədiyim üçün yazmaq məcburiyətindəyəm. Onları heç vaxt 8 yaşlı uşağın məntiqi ilə yazmamışam. Yazmaq istədiyim formada hekayəni davam etdirirəm”.

9. Stiven Kinq

“Oxumaq üçün vaxtınız yoxdursa, demək, nə yazmağa materialınız, nə də vaxtınız var”.

10. Herman Melvil

“Mükəmməl kitab yazmaq istəyirsinizsə, mükəmməl də mövzu seçməlisiniz”.

11. Filip Rot

“Günün səkkiz saatı, həftənin yeddi günü, ilin 365 günü…Bu işi görməyin tək yoludur”.

12. Uilyam Hezlitt

“İnsan nə qədər çox yazmağa çalışsa, o qədər daha yaxşı yaza bilər”.

13. Mark Tven

“Hər “çox” yazanda, silib “lənət” yazın; redaktorunuz onu siləcək və yazı istədiyiniz kimi olacaq”.

14. Silviya Plat

“Səmimi və fantaziyalısınızsa, hər şey yaza bilərsiniz. Yaradıcılığın ən böyük düşməni öz şübhələrinizdir”.

15. Virciniya Vulf

“Mənim üçün yazmaq ən yaxşı idmandır; əzələləri elastikləşdirir”.

16. Ralf Uold Emerson

“Yaradıcı yazıçılıq kimi yaradıcı oxuculuq da var”.

17. Somerset Moem

“Hekayə danışa, obraz yarada, hadisə qura bilirsinizsə, səmimiyyət və əzminiz varsa, necə yazmağınızın fərqi yoxdur”.

18. Josef Heller

“Son cümləm olmasa, heç vaxt yazıya başlaya bilmərəm”.

19. Uilyam Folkner

“Yazmağa başlayın. Özünüzə imkan yaradın. Pis ola bilər, amma bu yaxşını yaratmağın tək yoludur”.

20. Corc Oruell

“Yaxşı əsər pəncərə şüşəsi kimidir”.


Hazırladı: Günel ƏSGƏRZADƏ
# 3681 dəfə oxunub

Oxşar xəbərlər

"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını  bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

"Bu möhtəşəm günlərin qanlı köpükdən başqa bir şey olmadığını bilirdim..." - Tomas Mannın "Almaniyaya məktub"u

12:00 12 avqust 2026
Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun  məşhur əsərləri

Damcıların xaosu, abstrakt inqilab... - Cekson Pollokun məşhur əsərləri

14:00 11 avqust 2026
Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti   - Məşhur "All by myself"in tarixçəsi

Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi

13:30 11 avqust 2026
Cüzamlı uşaqlar,  rahiblərin nəzarətində çimənlər...  - "İşıq rəssamı"nın 3 məşhur əsəri

Cüzamlı uşaqlar, rahiblərin nəzarətində çimənlər... - "İşıq rəssamı"nın 3 məşhur əsəri

15:50 10 avqust 2026
Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

Dini riyakarlıq və laqeydliyi hədəfə alan mahnı - "Aqualung" necə yarandı?

14:20 10 avqust 2026
Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

Viktoriya dövrünün ehtişamı Ceyms Tissotun məşhur tablosunda

10:30 8 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər