Pul neynirik, Facebook var
Dəyərlər mütləq deyil. Onlar dəyişirlər. Biz köhnə dəyərlərin yeni dəyərlərə transformasiya olduğu dövrdə yaşayırıq.
Bu çox çətin və ağır prosesdir. Biz çox əziyyət çəkirik. Ömrümüzün axırına qədər də çəkəcəyik. Yaxşı dövrdə yaşadığımızı düşünürük. Hər şey qaydasındadır. İnternet, Facebook, sürətlə inkişaf edən texnologiya...
Bir dəfə qocaman jurnalistlərdən biri dedi: “Siz gənclərin pul adında dərdi yoxdur. İnternet və Facebook sizə yaşamaq üçün bəs edir”.
Amma məncə, bizim nəslin problemlərini çoxları görmür. Kənardan baxanda hər şey asan görsənir.
Biz çox pis vaxtda düşmüşük. Bir quruluş dağılıb. Başqa bir quruluşda düşmüşük. Gözlərimizi yeni dövrdə açmışıq. Uşaqlığımızın keçdiyi 90-cı illərdə vəziyyət doğurdan çox ağır olub. Çoxmuzun uşaqlığı səfalət içində keçib. Ancaq kasıblıq əsas dərd deyil. Maddiyyatdır. Bir gün olar, bir gün olmaz.
Mənəvi məsələlər isə keçici olmur. Bir tərəfdə, Avropa dəyərləri var. Bir tərəfdə, Şərq. Biz isə nə Şərqdəyik, nə Qərbdə. Ortalıqda qalmışıq.
İnternet Azərbaycanda sürətlə yayılır. İndi çox adam üçün internet əlçatandır. Yüz minlərlə azərbaycanlı Facebook-dadır. Onlar dünyaya çıxa bilirlər. Yeni dəyərləri görürlər. Daha azad, fərqli yaşamaq istəyirlər.
Bəziləri çox şeydən keçib bu cür yaşamağa çalışır. Bəzən bunu bacarır. Amma itirdiklərimiz də az deyil.
Təsəvvür edin ki, hamımız SSRİ kimi qapalı bir cəmiyyətdə böyümüş insanların uşaqlarıyıq. Onlar konservativdirlər. Mən onları günahlandırmaq istəmirəm. Yeni dəyərləri həzm etmək, onlara uyğunlaşmaq heç də asan deyil. Ali təhsillilər, şəhərdə yaşayan ailələr üçün yeni dəyərlər uyğunlaşmaq nisbətən asandır. Amma mühafizəkar ailələrin övladları üçün doğurdan da çətindir.
Bu günlərdə Kulis.az-da Qaraqandan götürdüyüm müsahibəni, yəqin ki, oxudunuz. İndiyə kimi dərgimizdə bu qədər oxunan və “like” alan müsahibə olmamışdı. Qaraqan birmənalı qəbul olunan adam deyil. Amma onların H.O.S.T. qrupu yarandığı zamanlarda sürətlə populyarlaşmışdı. Minlərlə yeniyetmə onların oxuduğu mahnılara qulaq asırdı. Bunu Qaraqan bizim insanlarım mənəvi aclığı ilə izah etdi.
Həmin yeniyetmə gənclik nəyəsə etiraz edirdi. Ancaq nəyə etiraz etdiyini bilmirdi. Əslində, onların etirazı köhnə dəyərlərə idi. Ailənin, cəmiyyətin basqısını görəndə onlar özlərinə bu musiqidə rahatlıq tapırdılar. Qara köynəklər, divarlarda yazılar onların azadlıq istəklərindən xəbər verirdi.
Onlar köhnə qaydalarla böyüdülmək istəmirdilər. İstədikləri kim geyinmək, saçlarını istədikləri formaya salmaq, istədikləri işi seçmək...
Tez-tez bu fikri eşidirik: bizim gənclər əylənməyi bacarmırlar. Doğru fikirdir.
Amma niyə bacarmırlar? Bu sual üzərində düşünmək istəmirik.
Çünki analiz etməyi sevmirik.
Üç-dörd il əvvəl mobil telefonlarda hər gün bir video-çarx çıxırdı. Yığsaydın, bəlkə, 1000-ə yaxın video var idi. İnsanlar özlərinin seks prosesini telefonlarına çəkir, sonra yayırdılar.
Bu bir növ görməmişliyin nəticəsi idi. Hamı sekslə məşğul olduğunu, bunu bacardığını, özünə qız tapdığını bir-birinə sübut etməyə çalışırdı.
Bu seksual azadlığın olmamasından irəli gələn bir şeydir. Seksual azadlıqlar olan yerdə heç kim öz cinsi aktını çəkib yaymaq ehtiyacını özündə görməzdi.
Bunun faciələri də az olmadı. Bu videolar yayımlanandan sonra intihar edənlər də oldu. Bəlkə, neçəsinin ailəsi məhv oldu.
Mən insanları günahlandırmaq fikrində deyiləm.
Doğurdan da çətin bir keçid dövründəyik. İtkilərimiz çox olacaq. Əzablar çox olacaq.
Məni bu yazını yazmağa bu günlərdə yayılan növbəti bir video görüntü oldu.
Orta məktəbin təxminən 8-ci, 9-cu sinfində oxuyan qızlar dərs otağında rəqs edirdilər. Burda qeyri-adi heç nə yox idi. Onlar çılpaq soyunmamışdılar. Sadəcə partanın üstünə çıxıb rəqs edirdi.
Məsələ video görüntüdə də deyil əslində. Xəbər saytlarından biri bu videonu “şok” görüntü kimi yaymışdı.
Əlbəttə, başa düşürük ki, bu reytinq üçündür.
Amma bu videoda şok olan heç nə yox idi. Şok olan bizim düşüncəmizdir. Şok olan o qızların rəqs etmək üçün başqa yer tapa bilməməsidir.
Bu günlərdə gecə klubundan bir reportaj yazmışdım. Kənardan baxanda adama elə gəlirdi ki, bu normal, istirahət etmək, əylənmək üçün nəzərdə tutulan məkandır. Mən da bu ümidlə girmişdim kluba. Çıxıb sevinə sevinə yazacaqdım ki, fahişəxana olmayan klub tapmışam. Ancaq belə olmadı. Məlum oldu ki, bura da fahişəxanadır.
Rəqs etmək o gənc qızların azadlığıdır. Gənc rəqs eləməlidir.
Ancaq biz bu rəqsdə seksual notlar axtarırıqsa, deməli problem başqa yerdədir.
Problem təfəkkür problemidir. Yeni dəyərlər gəlir. Bu dəyərlərə uyğunlaşmaq çox çətindir.
Çətin olacaq. Qurbanlar çox olacaq.
Əsas odur ki, sonu yaxşı olsun...

Oxşar xəbərlər
Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?
12:00
20 fevral 2026
Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında
10:00
20 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?
15:00
19 fevral 2026
Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?
12:00
19 fevral 2026
Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?
15:00
17 fevral 2026
"Özümüzü xoşbəxt olduğumuza inandırmağa çalışırıq..." - Duş qəbul etmək üçün nələri qurban verərdiniz?
10:00
17 fevral 2026