Həftəsonu filminizi bu yazıdan seçin
23 sentyabr 2011
14:03
“Səni ölümdən betər tale gözləyir: Sən əfsanə olacaqsan”
(kinoqeydlər)
Fransız nasizmi
Zavallı Lars fon Trier Kann festivalında ağzını açıb zarafatla Hitlerə bir az rəğbət bəslədiyini və nasist olduğunu deyən kimi aləm bir-birinə qarışdı. Festivalın rəhbərliyi onu “persona non grata” elan etdi.
Amma nədənsə festival rəhbərliyi həmyerlisi, zamanında kinoda inqilab etmiş fransız Jan-Lyuk Qodara eyni münasibəti göstərmir.
Antisemit fikirləri ilə məşhur olan Qodar 1970-ci ildə alman televziyasında yayımlanan sənədli filmdə əlindəki “nazİsrail” yazılmış plakatı yellədərək deyir:
“Qoy sionistlərin və idiot sosial demokrat Villi Brandtin maliyyələşdirdiyi alman televiziyası bizə çek yazsın – biz bu pulla fələstinlilər üçün silah alacağıq və bu silahla onlar sionistlərə hücum edəcək”.
Bu günə kimi Qodar gah Amerikanın yəhudilərin idarə etdiyini deyir, gah onların pula hərsiliyindən danışır, gah İsraili naisist Almaniyası ilə bərabər tutur, gah da Holokostu inkar edir.
Amma hər şeyə rəğmən Kann keçən il Qodarın “Sosializm” filminin premyerasını gerçəkləşdirdi və rejissor festivala dəvət olundu.
Bunun fransız millətçilyindən başqa adı yoxdur.
Yeri gəlmişkən, yaxınlarda Berlində “Melanxoliya” filminin premyerası zamanı Trier, Fransa hakimiyyətinin qaraçıları ölkədən qovmasına görə nasizmdə ittiham edib.
Qodar və Trier
İnterneti ələk-vələk edib Qodarın Trier haqda hər hansı fikrini tapmaq istədim. Vur-tut bircə şey tapdım. Bu haqda az sonra.
Bu iki fərqli nəsli təqdim edən rejissoru birləşdirən çox şey var.
Hər ikisi kino sənətində yeniliyə imza atıb.
Biri 1960-cı illərdə “Yeni dalğan”ın, digəri 1990-cı illərdə “Doqma” hərəkatının yaradıcılarından olub.
İkisi də sol ideyaların daşıyıcısıdr.
İkisi də qaydalara qarşı gedən, maksimalist, üsyankar, hər fikri qalmaqala səbəb olan, publikayla, fikirlərlə oynayan, cəsarətli eksperimentlərə əl atan adamlardır.
“Yeni dalğa”nın digər yaradıcısı F.Trüffo deyirdi ki: “Əgər biz Qodarla kazinoya getsək, öncə qaydaların necə olduğunu soruşacağıq. Mən qaydalara əməl edər, Qodar isə onları mütləq pozar”.
Onların hər iksi gözlənilməz adamdır.
Qodar ona verilən Oskarı “bir parça metal” adlandırır, əksər rejissorların can atdığı mükafat onun vecinə də deyil.
Trier isə filminin “Qran Pri” aldığı 1996-cı il Kann festivalına getmir, əvəzində şotland ətəyində çəkdirdiyi fotosunu göndərir.
Nana və Bess
Hətta Qodarın “Öz həyatınla yaşa” filmiylə Trerin “Dalğaları yararkən” dramı arasında paralellər də tapmaq olar.
Qodar filmində Nananın hekayətini 12 epizoda əsasən danışır.
Trier Bessin hekayətini 8 hissəyə bölərək nəql edir.
Hər iki rejissorun kamerasına tuş gələn qadındır. Hərçənd, fərqli yozumlarla.
Ərini və işini atan Nana azad olmaq, istdəyi kimi yaşamaq arzusunun qurbanı olur.
Bess isə əksinə, hər şeyini sevdiyi kişiyə qurban verir.
Nananın ölüm səhnəsi soyuqdur.
Bessin ölümü isə dramatikdir.
Qadın hekayətləri fonunda hər iki rejissor əslində daha qlobal mövzuları araşdırır.
Hər şeydən əvvəl isə hədəfdə - insan azadlığına qadağa qoyan, onu manipulyasiyaya sürükləyən cəmiyyət, ənənələrdir.
“Biz kütləşmiş dünyada yaşayırıq”
- “Ağılsız Pyero” filmindən
Almaniyanın “Zeit” qəzetinə verdiyi müsahibəsində Qodar “Doqma” hərəkatı ilə bağlı suala xəsisliklə cavab verib.
Onu sadəcə, “kiçik, xoş qrup” adlandırmaqla kifayətlənib.
Və deyib ki, Trierin bəyəndiyi yeganə filmi “İdotlar”dı.
Qodarın “Idotlar”ı bəyənməsi təsadüfi deyil.
“İdiotlar” da özünü ağıldankəm kimi göstərən bir qrup antiburjua intellektual alternativ həyat tərzi yaşayır.
Üstəlik, film ənənəvi kinoya alternativ və Qodara doğma olan estetikada çəkilir: əl kamerası ilə lentə alınır, pavilyondan imtina edilir, kamera titrəyir, qəhrəmanlar üzünü tamaşaçıya tutub danışır, bəzən filmin sənədli ya da bədii olduğunu ayınlaşdırmaqda çətinlik çəkirsən.
Qodarın “Ağılsız Pyero” filmindəki qəhrəman da üsyankardır. O, burjua sinfinə mənsubdur. Amma monoton həyatdan sıxılır, hər şey ona anlamsız gəlir, məxsus olduğu dünyadan qaçır və sonda ölür.
Az yaşlı qızına Velaskesin yaradıcılığı haqda kitab oxumasıyla sanki qızını burjua dünyasından qoparmağa cəhd edir.
Filmdə çox sevdiyim başqa unikal bir səhnə var. Burjualar ziyafətə toplanır. Rejissor səhnədə reklam anturajı yaradır, qadınlar şampundan, ətirdən, alt paltarından, kişilər avtomobildən danışır. Təkcə Pyero bu mühitdə rahat deyil, vurnuxur, darıxır və ordan qaçır.
Qodarı anlamaq....
Dünya ədəbiyyatı, fəlsəfəsi, musiqisi, rəssamlığı, tarixi, ictimai-siyasi porseslər, kapitalizm, sosializm, qısası dünyada baş vermiş və baş verən hər şeyin qarışdırılması- bütün bunlar Qodarsayağı film deməkdir.
Qodar filmlərində daim filosofluq edir, dünyayla yorulmadan polemikaya girir, yox, dalaşır desəm daha doğrudur.
Stendalı Əlcəzair müharibəsinə, Renuarı Leninə, fahişəliyi Vyetnam hadisələrinə, özünüanalizi total sənayeləşməyə, məişət problemlərini linqvistikaya bulaşdlrır.
Qodarın filmləri ilə dil tapmaq çətindi, amma mümkündür.
Srağagün onun antikapitalist “Bildiyim bir neçə şey” filmini izləyəndə onu daha yaxşı anlamağa cəhd etdim.
O özü ilə dünya, insanlar arasındakı itmiş harmoniyanı axtarır. Bu harmoniyaya dünyanın anlaşılmazlığı və məntiqsizliyi, insanların yadlaşması, maddiləşməsi, kapitalizmin amansızlığı mane olur.
Ona görə də onun filmlərindəki dünyanın təsviri, obrazların xarakteri çox dolaşıq, çətin, bəzən absurddur.
Bu filmində insanlar sosial qayğılara, nəhəng zavodlara, reklamlara qarışıb insanlıqdan çıxır. Dükanda, küçədə, kafedə müxtəlif adamlar üzünü kameraya tutub öz qayğılarnı, düşüncələrini bölüşür.
Sanki Qodar bu böyük dünyada yadlaşan insanların arasındakı sərhədləri kino vasitəsilə qırmağa ümid edir.
Və Qodar naturaca pessimistdir. O nə zamansa yaxşı nəyinsə olacağına inanmır.
Onun filmlərində ölüm faktı yüngül, asan, hətta bəzən sanki dekorativ baş verir. Qodardan təsirlənən K.Tarantinonun filmlərindəki vecsiz, əyləncəyə bənzər qətl səhnəri boldur.
Amma Qodarın dahiliyi ondadır ki, onun ölüm səhnələri ağrı qoyur, Tarantinonun filmlərində isə yüngülcə ötüb keçir.
Qodar film boyu – janrların qarışdırmasından, musiqili səhnələrdən, rəqslərdən, kamerayla danışan aktyorlardan dolayı – tamaşaçıya film izləməsini xatırladır.
Amma eyni zamanda filmlərində kameranın hadisə yerində sanki təsadüfi, qəfil peyda olması, baş verənləri xəlvətcə izləməsi kimi görünməsi sənədlilik təəssüratı yaradır.
Onun personajları həddən artıq azaddır, onlar indiyə asanlıqla tüpürüb qaçır, plansız gələcəklə yaşayır.
“Sən əfsanə olacaqsan”
Qodarı sevmirəm. Amma ona valeh olmamaq mümkün deyil.
Qodarın filmlərinin arxivimdə olmasını vacib sayıram. Hətta bütün filmoqrafiyasının.
Onun filmlərindəki mövzu-ideya həlli, rejissurası sadəcə, mənə doğma deyil.
Qodar sözsüz ki, dahidir.
1959-cu ildə lentə aldığı “Son nəfəsdə” (montaj düzümünün pozulması, qeyri-xətti süjet, nəqldə kəsimlər) göstərdi ki, kinonu başqa cür də çəkmək olar.
Onun “Hər filmdə əvvəl, orta və son olmalıdır, amma vacib deyil ki, məhz bu ardıcıllıq saxlanılsın” fikri çoxdan aforizmə çevrilib.
Onun filmləri 1968-ci il Fransa inqilabı üçün siyasi pamflet oldu.
Həmmüəllifi olduğu “Yeni dalğa” burjualaşmış kinoya, kanonlara qarşı çıxdı, müəllif kinosu nəzəriyyəsinin əsasını qoydu.
Bu nəzəriyyəyə görə rejissor filmin tam müəlifi, kinoprosesdə həlledici fiqur olmalı, istehsalı zamanı bütün mərhələlərdə iştirak etməli, kinofilmə kommersiya yox, sənət nümunəsi kimi yanaşmalıdır.
Film çəkmək üçün maliyyə tapa bilməməkdən şikayətlənən Azərbaycan rejissorları üçün Qodarın filmləri məktəbdir, əvəzsiz təcrübədi.
Təkcə ona görə yox ki, onlar az büdcə ilə çəkilib, texniki baxımdan sadədir.
Həm də ona görə ki, Qodarın filmləri ən ağıasımaz eksperimentlər üçün inam, ideyaların kinoda necə həllinin tapmaq yolları barədə sonsuz ipucları verir.
....Bəzilərinə görə Qodar epitafiyasını artıq 1965-ci ilə ekranlaşdırdığı “Alfavil”də deyib: “Səni ölümdən betər tale gözləyir: Sən əfsanə olacaqsan”.
Sevda Sultanova

1364 dəfə oxunub
Oxşar xəbərlər
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi
09:00
6 dekabr 2024