Paqanini, Bax, Motsart, Verdi... - MƏTN

Paqanini, Bax, Motsart, Verdi... - MƏTN
18 aprel 2011
# 15:18
Qeyri-adi virtuozluq

Bir dəfə Nikkola Paqanininin düşmənləri konsert ərəfəsində onun skripkasının simlərini zədələyir. Nəticədə çıxış zamanı alətin 3 simi qırılır. Buna baxmayaraq, Paqanini salamat qalmış bircə simlə konsert proqramını qüsursuz ifa edir. Hətta dinləyicilər musiqinin bircə simlə ifasının belə fərqinə varmırlar.

Pan fleytası

Qədim yunan rəvayətlərinin birində belə bir hekayəyə rast gəlinir. Çobanların himayədarı Pan allahı gözəl Nimfaya (təbiət qüvvələrini təmsil edən ilahə) aşiq olur. Nimfa onun eşqini rədd edərək Pandan gizlənmək üçün qamışa çevrilir. Öz məhəbbətini unuda bilməyən Pan isə həmin qamışdan fleyta düzəldir və ifa edir. Tanıdığımız müasir fleytadan nisbətən fərqlənən bu alət tarixdə Pan fleytası adı ilə məlumdur.

Peşəkarlığın Əlaməti

Məşhur dirijor Hans fon Bülovda soruşurlar: “Yaxşı dirijorla pis dirijorun fərqi nədir?”. O cavab verir: “Yaxşı dirijor əsərin parteturasını başında, pis dirijor isə əksinə, başını partiturada saxlayır”.

Ən etibarlı sənət

Bir gün dahi Karuzo şəxsi hesabından böyük məbləğdə pul çıxarmaq üçün banka gəlir. Lakin özü ilə şəxsiyyətini təsdiqləyən sənəd götürməyi unudur. Kassir də haqlı olaraq ona pul ödəməkədən imtina edir. Onda Karuzu bir an fikrə gedib vəziyyətdən maraqlı çıxış yolu tapır. O, “Toska” operasından məşhur bir ariya oxuyur. Kassir də ödəməni dərhal təşkil edir. “Mən heç vaxt belə ilhamla oxumamışdım” deyə Karuzo zarafatından da qalmır.

Yuxusuzluğun əlacı

Rusiyanın Almaniyadakı səfiri qraf Kazerlinq daimi yuxusuzluqdan əziyyət çəkir və gecə saray müsiqiçisi Teofil Holdberqdən klavesində mülayim, “yuxu gətirən” musiqi əsəri çalmasını xahiş edir. Holdberqin repertuarı tədricən tükəndiyindən qraf Kazerlinq Sebastyan Baxa yeni əsər sifariş edir. Bax da ariya və 30 variasiyadan ibarət bir silsilə bəstələyir və həmin əsərə onu ifa edəcək Holdberqin adını verir. Beləliklə qraf Kazerlinqin yuxusuzluğu dünya musiqisinin gözəl incilərindən biri olan “Holdberq-variasiyaları” əsərinin yaranmasına səbə olur.

Litavranın zərbəsi ilə oyanış

Londonda işlədiyi zaman Yozef Haydn fikir verir ki, sakit, mülayim xarakterli, ağır templi əsərlərin ifası zamanı bəzi dinləyicilərin diqqəti musiqidən yayınır, hətta onlar yatırlar. Belə saxta musiqisevərlərin dərsini vermək məqsədilə bəstəkar növbəti simfoniyasında bir məzəli ideya tətbiq edir. Simfoniyanın ikinci, ağır hissəsində musiqi get-gedə sakitləşdiyi halda litavra alətinin birdən səslənən gur akkordu zalda bütün yatanları oyadır. O vaxtdan Haydn 94-cü simfoniyası “Litavranın zərbəsi ilə oyanış” adı ilə tanınır.

Vatikan qanunlarının pozulması

14 yaşlı Mosart Romada olarkən atası ilə birlikdə Sikst kopellasına gedir və orada Alleqrinin “Misserere” dini xor əsərini dinləyir. Sahibi Vatikan kilsəsi sayılan həmin əsərin nota köçürülməsi və yayılması qəti qadağan idi. Əsərə bircə dəfə qulaq asdıqdan sonra balaca Mosart onu bir gecədə bütövlükdə nota köçürür və bir neçə gündən sonra verdiyi kosertdə bu əsəri ifa edir. Əslində, bu, kilsə qanunlarını kobud pozmaq demək idi. Lakin konsertdə olan və uşağın möcüzəli eşitmə qabiliyyətinə və yaddaşına heyran qalan Roma Papası balaca Mosartı nəinki cəzalandırır, onu hətta “Qızıl Şpor Ordeni”nin kaveleri fəxri adına layiq görür.

Məhkəmənin qərarı ilə toy şənliyi

Robert Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənmələrinə razılıq ala bilmirmiş. Artıq ümidini itirən Şuman məhkəməyə müraciət edir. Leypsiqdəki Kral Apellyasiya Məhkəməsi bu məsələni artıq həddi-büluğa çatmış Klaranın özü tərəfindən həll edilməsi barədə qərar verir və iki gənci evləndirir. Bu nikahın ləğvi deyil, bağlanması haqda tarixdə verilmiş yeganə məhkəmə qərarıdır.

Dinləyicilərə xoş gəlmək üçün...

1855-ci ildə Londonda Betxovenin 2 simfoniyasına dirijorluq edən Vaqner konserti əzbər, yəni əsərin partiturasına baxmadan keçirir. Belə üsula adət etməyən dinləyicilər bəstəkarın çıxışını soyuq qarşılayırdılar. Növbəti konsertdə Vaqner artıq partituraya baxa-baxa orkestri idarə edir və nəticədə gurultulu alqış qazanır. Bəstəkar səhnəni tərk etdikdən sonra çoxları fikir verir ki, pultun üzərindəki Rossininin “Seviliya bərbəri” operasının partiturası imiş. Özü də baş-ayaq şəkildə.

Ailə və opera əleyhinə

Bramsı çox zaman opera janrına müraciət etmədiyinə görə tənqid edər və bunun səbəbini soruşarmışlar. Brams isə cavabında “mənim opera yazmağım elə ailə qurmağıma tən gələr. Bunların heç biri mənlik deyil”.

Gecikmiş məhəbbət

1832-ci ildə Milan Konservatoriyasının direktorunun yanına cavan bir oğlan gəlir və onu qəbul imtahanına buraxmağı xahiş edir. Qəbul komissiyası iddiaçının əsərləri ilə tanış olandan sonra ona qəti rədd cavabı verir və ondan bəstəkar olmaz deyir. Bir neçə on illikdən sonra Milan Konservatoriyası vaxtilə bəyənməyib rədd etdiyi gənc musiqiçinin adını daşımaq üçün səy göstərir. Həmin musiqiçinin adı Cüzeppe Verdidir.

Müəmmalı hadisə

İstedadlı Amerika musiqiçisi, trombonçalan Qlen Miller dünyanın ən populyar caz orkestrlərindən birinin rəhbəri olmuşdur. 1944-cü ildə onun idarə etdiyi təyyarə Amerikadan Avropaya uçan zaman müəmmalı şəkildə yox çıxıb.

Hazırladı: Nigar TAĞISOY
# 1417 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #